Prezident: "Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı"

Prezident: "Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı"



"O vaxt faktiki olaraq bizim bölgələrimizin müdafiəsi demək olar ki, özünümüdafiə qüvvələrinin öhdəsinə buraxılmışdı. Nizami ordu yox idi. Hətta insanları Kəlbəcərdən, Laçından çıxarmaq üçün lazımi tədbirlər görülməmişdi, ona görə də, əhali arasında böyük itkilər olmuşdu. Sabah Xocalı soyqırımının 29-cu ildönümüdür. Xocalı soyqırımı insanlığa qarşı törədilmiş cinayətdir. Bu cinayəti Ermənistan dövləti törədib. Xocalı qurbanlarının da qanı İkinci Qarabağ müharibəsində alındı".

Bunu Prezident İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində deyib.

"Əlbəttə ki, biz bütün bu illər ərzində müharibəyə hazırlaşırdıq. Bunu heç gizlətmirdik. Çünki bizim torpaqlarımız işğal altında idi və biz görürdük ki, bu məsələnin sülh yolu ilə həlli mümkün deyil. Artıq son illər ərzində buna tam əmin idik. Ermənistan rəhbərliyinin davranışı, təxribat xarakterli çıxışları, addımları bizi və deyə bilərəm ki, beynəlxalq ictimaiyyəti əmin etmişdir ki, bu müharibənin sülh yolu ilə həlli mümkün deyil. Halbuki bu məsələ ilə məşğul olan Minsk qrupuna həmsədrlik edən ölkələrin yüksəkvəzifəli rəsmi nümayəndələri daim təkrarlayırdılar ki, münaqişənin hərbi həlli yoxdur. Amma biz görürdük ki, münaqişənin sülh yolu ilə həlli yoxdur. Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə nə hərb, nə sülh vəziyyəti kimisə qane edirdi. Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində belə vəziyyətdə yaşasın. Kimisə qane edirdi ki, bizim torpaqlarımız işğal altındadır və sanki Azərbaycana bu, müəyyən təzyiq mexanizmi kimi qəbul edilirdi. Bizi inandırmağa çalışırdılar ki, indi reallıq yaranıb, 30 il ərzində bu reallıq mövcuddur və Azərbaycan bu reallıqla barışmalıdır. Mən isə deyirdim ki, heç vaxt biz bu vəziyyətlə barışmayacağıq. Mən deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim torpağımızda ikinci qondarma erməni dövləti yaradılsın və imkan vermədik. Bütün gücümüzü səfərbər etdik, bir çox illər ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq müstəvidə, həm iqtisadi sahədə, həm qonşu ölkələrlə münasibətlərdə, regional layihələrin icrasında və əlbəttə ki, ordu quruculuğunun təkmilləşdirilməsi üçün böyük işlər gördük. Eyni zamanda, gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil torpaqlarımızı azad etdi. Şuşada Cıdır düzündə Azərbaycan xalqına müraciət edərkən demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz onları vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişdirdik və onlar bizim torpaqlarımızı işğalçılardan azad etdilər. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan xalqı, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub edib və torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmamışdır. Azərbaycan bütün dünyaya öz gücünü göstərdi, xalqımızın iradəsini göstərdi. Bir daha bütün dünya gördü ki, əgər iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz bunu nümayiş etdirdik", - dövlət başçısı bildirib.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Ağsu Yol Patrul Xidməti haqqında böhtan yazanlara Tutarlı cavab
Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi
HİRKAN Milli Parkının başı dərddədir
Lerik meşələri quldurların əsarətində can verir - VİDEO+FOTO
Ulu öndər Heydər Əliyevin müdriklikliyi, qətiyyətli siyasəti nəticəsində Dövlət çevrilişi cəhdinin qarşısı alındı
1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu
Azərbaycan ordusu dünyaya örnəkdir
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir
Sabah hava necə olacaq?
İlham Əliyev: “Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb”
Prezidentin təməlini qoyduğu yol Hadrutu Cəbrayıl ilə birləşdirəcək
Prezident: “Keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilib”
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
Prezident: “Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb”
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında - TAM MƏTN
Prezident Hadrutda Azərbaycan bayrağını qaldırıb
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar - CANLI YAYIM
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO
Əli Əsədov:
Toyların keçirilmə qaydası ilə bağlı daha bir AÇIQLAMA
Baş nazir Milli Məclisdə hesabat verir
DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur
Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ
Rayonlara gedənlərin nəzərinə:
Tanınmış futbolçu zavodda işə başladı
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏDƏNİYYƏT