Lerik meşələri imdad diləyir
Bu gün dövrü mətbuatda,sosial şəbəkələrdə,televiziyalarda işıqlandırılan sujetlərdə açıq aydın görünür ki ölkədə meşələrin qırılması,talan edilməsi ilə yaranan problemlər aradan qalxmır ki qalxmır.Ona görə haqlı olaraq mütəxəssislər bildirirlər ki meşələrin qırılması,talan edilməsi,"soyqırıma" -məruz qalmasının qarşısı vaxtında alınmasa ölkədə ağır ekoloji fəlakətlər yaşana bilər və yaranma ehtimalı çox böyükdir.
İş o vəziyyətə çatıb ki, Təbii Sərvətlər və Ekologıya nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik xidmətinin rəisi Hikmət Əlizadə etiraf edib ki, ölkəmizdə meşələrə qarşı arzu etdiyimiz münasibət yoxdur.
Dəfələrlə Lerik meşələri ilə bağlı, ümumiyyətlə cənub zonasının meşələri ilə bağlı təzadlarla dolu silsilə yazılar verilsədə əks tərəf dahada intensivləşərək artan dinamika ilə meşələrin talan olunması proseslərinə sanki məqsədyönlü olaraq start verməkdə israrlı görünməkdədirlər.
Demək olarsa hər gün bu bölgənin meşələri ilə bağlı, qırılması, talan edilməsi ilə yaranan neqativ hallarla bizlərə video görüntülər, foto-şəkillər təqdim olunur.
Amma nədənsə, hansı maraqdansa adları çəkilən məsul məsuliyyətsizlərin bu hərəkətlərinə göz yumulması doğrudanda çox maraqlıdır. Bu işə birbaşa cavabdehlik daşıyan Lənkəran Regional Meşə Təsərrüfatı idarəsinin rəisi Füzuli Məmmədov yenə öz ampulasındadır. Doğrudanda bu bir sirr olaraq, bir çətin tapmaca cavabı olaraq bilinmir ki, bu adama bu qədər hay -küyə, rezonansa qədər gətirib çıxarmış problemlərə görə gözün üstə qaşın var deyən tapılmırki tapılmır.
Problemlər isə hər gün yaşanır. Hər gündə bu bölgənin meşələri ilə bağlı ziddiyyətli xəbərlər gəlməkdədir. Meşə quldurlarıda həyat davam edir ən-ənəsinə sadik olaraq sanki harasa tələsirmiş kimi öz tapşırıqlarını can-başla yerinə yetirməkdə canfəşanlıq göstərməkdədirlər.
Çox təəssüflər olsun ki Təbii Sərvətlər və Ekologıya nazirliyinin 1-saylı Lənkəran ekologiya şöbəsinin rəhbər şəxsi Əlzamin müəllim nədənsə bu işlərdə bir susqunluq nümayiş etdirir. Sanki o bilə- bilə olanlara göz yumur.
Bu gün cənub bölgəsində Əlzamin Fizuli vəhdəti çox qaranlıq məqamlardan xəbər verir. Sanki onlar kiminsə qarşısında bir öhdəlık götürərək öz qanunsuz tapşırıqlarını kimlərəsə icra etdirməkdə çox maraqlı görünirlər.
Biz isə hər gün bu bölgə ilə bağlı yeni- yeni məlumatlar almaqda davam edirik. Son bizə təqdim olunan faktlardan,foto-şəkillərdən göründüyi kimi işbazlar yenə işbaşındadırlar. "Yaşıl Soyqırım"məsələsini təkrar -təkrar davam etdirməkdə davam edirlər. Heç nədən çəkinmədən heç kimdən qorxmadan.
Yenə Lerik meşələri. Rəhmətlik şairimiz Mikayıl Müşfiqin tədbirincə desək Yenə o bağ o dağ olaydı.
Bəli Lerik meşələri -14-ci meşə dolayı. Meşəbəyi köməkçisi Əyar Qurbanov. Sən demə bu Əyar müəllim çox istedadlı ticarətçi bəlkədə yaxşı "bazarkom"-imiş.Bəlkə hələ bu adı Əyar kimi qızıla brilyanta yaxşı qiymət əyar verməyi bacarırmış desək yanılmarıq.
Bu gün o-Əyar Qurbanov kimi -14-saylı meşə dolayında meşələrin satılıb talan edilməsi ilə cani dildən məşğuldur. Sanki o bu işdə xususi canfəşanlıq göstərərək kimlərəsə başqalarına örnək ola bıləcəyı əsil nümunəvi sadiklik nümayiş etdirir. Bəli O birbaşa kiminsə qanunsuz tapşırıqlarını yerinə yetirməklə qanunsuz işlər görür. Onun meşə fonduna etdiyi ziyanın məbləği,dəymiş zərərin ölçisi artıq çoxdan cinayət tərkibi yaratmışdır. Əlaqədar təşkilatlar,aidiyyatı qurumlar isə nəyinsə müqabilində daha çox susmağa üstünlük verirlər və bu işin mahiyyətinə göz yumurlar.
Son olaraq bizdə Regionxeber.tv olaraq bu məsələni daim diqqət mərkəzində saxlayaraq araşdırmalarımızı davam etdirəcək və qarşı tərəfin də mövqeyini öyrənməyə dinləməyə və dərc etməyə hazırıq .











