LONDONDA VARSA, ŞUŞADA NİYƏ OLMASIN?! – Yaxud Saleh Məmmədovun Şuşada iqamətgah sahibi olmaq haqqı

LONDONDA VARSA, ŞUŞADA NİYƏ OLMASIN?! – Yaxud Saleh Məmmədovun Şuşada iqamətgah sahibi olmaq haqqı


Ölkə başçısının məmurların “Şuşanı işğal planı” barədə söylədiklərindən sonra həmin müsahibədə barəsində söz açılan 6 iri məmurun “həyat və yaradıcılığı” barədə mətbuatda xeyli informasiyalar yayıldı. Ancaq əslində, bu informasiyalar yeni deyil və uzun illərdir elə hakimiyyət də daxil olmaqla, hamı kimin nəylə varlandığını və nələrə sahib olduğunu yaxşı bilir...

Az qala “Böyük altılıq” kimi təqdim olunan bu qrupda diqqət cəlb edən fiqurlardan biri də həmin dəstədə vəzifəcə ən böyük olmasa da, imkan baxımından heç kimdən geri qalmayan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədovdur. Ölkə başçısının dediklərindən belə aydın olur ki, digərləri kimi o da Azərbaycanın müxtəlif guşələrindəki mülklərilə kifayətlənməyib, Şuşada da “lövbər salmaq” istəyirmiş.

Saleh Məmmədovun bu “təşəbbüsü” üzə çıxarkən, istər-istəməz bir müddət əvvəl “Azəravtoyol” şefinin Londondakı mal-mülkü, ailə biznesi və oğlunun adına olan şirkətləri barədə yayımlanan sənədlər yada düşür. Jurnalist Cavanşir Həsənlinin yayımladığı həmin məlumatlardan aydın olur ki, Saleh Məmmədovun oğlu Sübhan Məmmədli hələ 20 yaşı olanda Avstriyada, 21 yaşında İngiltərədə şirkət açıb.

Britaniya ədliyyəsinə aid reyestr sənədlərinə görə, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli 2018-ci ilin dekabrın 13-də Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin hissələrini alıb və şirkətə şəriklik hüququ əldə edib. 18 may 2015-ci ildən fotoqrafiya sahəsində fəaliyyət göstərən şirkət Londonun mərkəzində, Air Street 20 ünvanında yerləşir. Sübhan Məmmədlinin şəriki isə 1981-ci il təvəllüdlü Estoniya vətəndaşı Roman Griqorievdir. Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burada 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.

Onu da qeyd edək ki, mətbuatda yazılanlara görə, Saleh Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC rəhbəri Rauf Vəliyevlə qudadır. Sübhan Məmmədli R.Vəliyevin qızı ilə ailə həyatı qurub.

Həmçinin, qeyd olunur ki, Saleh Məmmədovun Türkiyədə də bir neçə kommersiya şirkəti var. O, həmçinin İstanbulda 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir.

Bildirilir ki, “Azəravtoyol” rəhbəri “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil alıb. S.Məmmədova və oğluna məxsus olan Türkiyədəki şirkətlərin siyahısı da dərc olunub:

“Saha İnvestment Dış Ticaret Limited”

“Subhan Dış Ticaret Limited”

“Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.”

“Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited”

“Azerturk İnvestment Dış Ticaret Limited”

Saleh Məmmədovun oğlunun Avstriyada “AZSN Servis GmbH”, Londonda “Splento Ltd” şirkətləri də mövcuddur.

S.Məmmədovun Azərbaycandakı mülklərinə gəlincə, mətbuatda onun Nabranda yerləşən dəbdəbəli villasının görüntüləri yayılmışdı. Həmin villanın tikilməsinə isə 12 milyon manata yaxın pul xərcləndiyi iddia olunurdu.
Qısası, Saleh Məmmədovun özünün malikanələri və oğlunun adına olan əmlak və şirkətlərin miqyası bu məmurun imkanları barədə kifayət qədər dolğun təsəvvür yaradır. Bu baxımdan onun Şuşada da iqamətgah, villa və s. “qurub-yaratmaq” istəyində qeyri-adi bir şey yoxdur – Londonda varsa, Şuşada niyə olmasın?!

***

Saleh Məmmədovun özü və oğlu Sübhan Məmmədli barədə internetdə axtarış verərkən qarşımıza başqa bir Sübhan Məmmədli də çıxdı - 44 günlük son Qarabağ müharibəsində şəhid olmuş leytenant Sübhan Məmmədli! Bu şəhidimiz Saleh Məmmədovun oğlu ilə demək olar ki, həmyaşıddır, özü də Şuşaya gedən yolda, Fizuli-Cəbrayıl istiqamətində şəhid olub. Bəli, şəhid Sübhan Məmmədli uğrunda döyüşdüyü və həyatını qurban verdiyi Şuşanı görmədi. Əvəzində, onun adaşı olan Saleh Məmmədovun oğlunun nə vaxtsa Şuşadakı villasında dincələcəyini istisna etmək olmaz…

“AzPolitika.info”

LONDONDA VARSA, ŞUŞADA NİYƏ OLMASIN?! – Yaxud Saleh Məmmədovun Şuşada iqamətgah sahibi olmaq haqqı[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Prezidentin Basqala ayırdığı milyonlarla vəsait necə xərclənir?
İsmayıllıda hələ də qazı olmayan kəndlər var
İsmayıllıda vətəndaşa məxsus ərazi yandırıldı, külli miqdarda ziyan vuruldu -Nazir Kəmaləddin Heydərovun adı hallanır - Foto+Video
Ağsuda
Siyəzən sakini icra başçısı Novruz Novruzova qarşı - Video-müraciət
Siyəzən təhsilindəki saxtakarlıqlarla bağlı vətəndaş prezidentə müraciət etdi - Video müraciət
Daxili işlər nazirliyi həbs edir Ədliyyə nazirliyi dövlət penitensiar xidməti azadlığa buraxır.Video-rolik.
Arzu Rəhimovun Lənkərandakı adamı qanunları necə pozur? - NARAZILIQ!
İsmayıllıdan şəhid ailəsi prezidentə müraciət etdi - İcra başçısı bizə kömək etmir - Video müraciət
Avtomobilinə nömrə nişanı ala bilməyən vətəndaşın problemi həll edildi
Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR
Daxili işlər naziri narkomaniyaya qarşı mübarizə elan edib - Ancaq İsmayıllı polisi biznesə girişib
Avtomobilinə nömrə ala bilməyən vətəndaş videomüraciət yaydı - Seymur Nəsirovdan şikayət...
Siyəzəndə məmurların başı biznesə qarışıb - Foto+Video
Zərnava bələdiyyəsi haqqında qərəzli olanlar var - İttihamlar təsdiqini tapmadı - Foto+Video
Şok! Cənub meşələrində soyqırım - Nə baş verir!
Şəhid üçün xatirə abidəsinin puluna da göz dikən icra başçıları da var…
Polisin həbs etdiyi narkabaronları Şəki CÇM-nin rəisi və hakim azadlığa buraxırlar
İsmayıllıda Zərifə Əliyeva adına olan istirahət mərkəzində biabırçılıq.Foto-Video
Nazirin NƏZƏRİNƏ: Bütün fond torpaqları məmurlar tərəfindən əkilib... - Əziyyətini fermerlər çəkir...
Buralarda qanunlar AYAQ ALTINA ATILIR... - NARAZILIQ!
“Əhalinin min bir əziyyətlə yetişdirdiyi pambıq, yonca yanır ” - Saatlıda NARAZILIQ
İcra başçısı bələdiyyə sədrini aldadıb? — Bu işdə başçının xanım müavininində əli var ŞOK İTTİHAMLAR (FOTOLAR)
İCRA BAŞÇISININ MÜLKLƏRİNİN VƏ TORPAQ SAHƏLƏRİNİN SİYAHISI… - Ali Qocayev Samuxu “özününküləşdirib” / VİDEO
Samuxa ayrılan büdcə pullarının xərcləndiyi ÜNVAN BƏLLİ OLDU... - Belə deyirlər...
Korrupsiya baş alıb gedir: - “Səhiyyəmiz yeni sistemə keçsin
Xaçmaz səhiyyəsində MƏNSƏB DAVASI... - İDDİA
Türkanda varlılar pul qazanır, kasıblar toz-torpaq udur... - GİLEY
İcra və Probasiya İdarəsi vətəndaşı İNCİDİR - GİLEY
İcra başçısı ilə qardaşı əl-ələ verərək camaata ZÜLM EDİR... - GİLEY
Cavid Qurbanovun ÇƏTİN DÖNƏMİ BAŞLAYIR... - Özünə əməlli-başlı komanda qurub...
«    Июль 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT