"Sultan" MTK-nın narazılıq dolu səltənəti... - Mülkiyyətçilər çıxılmaz vəziyyətdə qalıb

"Sultan" MTK-nın narazılıq dolu səltənəti... - Mülkiyyətçilər çıxılmaz vəziyyətdə qalıb


Sumqayıt şəhəri, 5-ci mkr, N. Nərimanov küçəsi/589 sakini Zəka Səfərli Zakir oğlu tərəfindən GundemXeber.Az-a daxil olan şikayət məktubunu olduğu kimi təqdim edirik:

"Yazıb Sizə bildirmək istəyirik ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon, Nəriman Nərimanov küçəsi ərazisində `Sultan` MTK tərəfindən yaşayış binası inşa edilmişdir. Artıq on il keçməsinə baxmayaraq sakinlərin (payçı/mülkiyyətçi) sivil və sağlam yaşayış haqları pozularaq mülkiyyət hüquqları kobudcasına tapdanmaqda və hər gün sosial təcavüzə məruz qalınmaqdadır. Mütəxəssis sakinlərin dəfələrlə etirazlarına baxmayaraq mülki təhlükəsizlik predmetləri indi də böhran vəziyyətindədir. Problem ilə bağlı müvafiq icra strukturlarına artıq müraciətlər edilib və məsələ günbəgün ictimailəşməkdədir. Bununla əlaqədar sakinlərin məhkəmə qətnamələri də mövcuddur. Bundan başqa qanunsuz hərəkətlərin qarşısının alınması üçün həmçinin hörmətli başçının birbaşa müdaxiləsi və göstərişləri mövzu-bəhsdir. Təəssüflər olsun ki, mülkiyyətçilər çıxılmaz vəziyyətdə qalıbdır.

Anti-human əməllərilə heç bir sərhəd tanımayan MTK icraçılarına qarşı sakinlərin özlərinin zəruri müdafiəsi qaçınılmazdır. Vətəndaşları xaosa, qarşıdurmaya, ayaqlanmaya və provakasiyaya sövq edən kəslər aşikarcasına `reketçiliklə` məşğuldurlar. Binalar dövlət istismarına qəbul edilsə də mövcud qüsur və çatışmazlıqlar hələ də aradan qaldırılmayıb.

Belə ki; -cənab Prezidentin müvafiq fərman və sərəncamlarına, eləcə də qanunvericiliyin digər aktlarına məhəl qoyulmur, -vəzifə səlahiyyətlərindən sui-istifadə edilir; -müqavilə öhdəlikləri yerinə yetirilmir; -qaçaq sahibkarlıq, dələduzluq, məqsədli qrup hərəkətlərilə vergidən yayınma hallarına yol verilir; -mənzillərin özəlləşdirilməsi üçün təqdim edilməli olan sənədlər pulla verilir və dövlət rüsumlarına süni əngəl yaradılır; -Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC) yaradılmasına ciddi şəkildə maneə olunur; -saxtakarlıqları gizlətmək üçün öncə “Sultan” MTK və “Xalid-Xidmət.SH” MMC, son ildə isə “Hovuslu” MMC (işin gedişindən görünür ki, bundan sonra da yaradılacaq MMC`lər silsiləsi) vasitəsilə sakinlər qanunsuz istismara məruz qalır; - payçıların ümumi razılığı və xidməti müqavilələri olmadığı təqdirdə `kommunal` adıyla sakinlərdən pul toplanaraq saxta qəbzlər verilir.

Bundan başqa -MTK ləğvinin qanuni qaydada həyata keçirilməməsi, -bina idarəçiliyinin mülkiyyətçilərə təhvil verilməməsi, -əmlaka sərəncam hüququnun kobudcasına pozulması, -ümumi xərclərin hesabatlılığının payçılara bildirilməməsi, -mənzillərin real ölçülərinin sənəddəki ölçüdən az olması, -layihədən kənara çıxma və yarımçıq təmir-tikinti hallarının mövcudluğu, -bina girişlərinin və təxliyyə çıxışlarının məkrli şəkildə məhdudlaşdırılması, köməkçi sahələrin ümumi istifadədən xaric şəxsi mənfəət üçün istismar edilməsi, lift istifadəsinin şantaj predmetinə çevrilməsi, saxta yollarla domofon və lift kartlarının quraşdırılması və satılması, haqlı mövqe sərgiləyən sakinlərin kartlarının bloklanması, qadağan sahələrdə kameralar qoyularaq şəxsi həyata müdaxilə edilməsi, payçıların aldadılması, sakinlərə şər-böhtan atılaraq ailələrinə şiddət göstərilməsi, təəssübkeş vətəndaşların şərlənərək köçməyə vadar edilməsi, MTK və lift idarəsinin ciddi nöqsanlara göz yumaraq məsuliyyətdən qaçması, vətəndaşların dövlət vergilərini qanuni qaydada ödəməsinin əngəllənməsi və s. kimi mülki zorakılıq halları indiyədək sakinlərin canını boğazına yığaraq hətta ölüm həddinə çatdırıb!

MTK rəhbərliyi fərqli MMC`lər təsis edərək bina sakinlərini (payçı/mülkiyyətçiləri) çaşqınlıq içində saxlamağa çalışır. Tahir adlı kəs guya göstərilən xidmətlər müqabilində borclu olduqları iddia edilən sakinlərə öz konstitusiyon (mənzil və mülkiyyət) hüquqlarından istifadəni birbaşa olaraq məhdudlaşdırmaqla onları öz təsir dairəsi altında tutmaq niyyətindədir. Mənzilə görə payçı kimi pay haqqını tam ödəyərək heç bir borcumuz olmadığı halda yaşadığımız mənzilə mülkiyyət hüquqlarımızın qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilməsi üçün tələb olunan sənədlərin - (protokol çıxarışı, mənzilin planı və yerləşmə sxemi, maliyyə arayışı, forma 2) alınması da sözü gedən icraçının bizə göstərdiyi xidmətin ən bariz nümunəsidir ki, həmin sənədləri əmlak sahibləri məhkəmələr qaydasında əldə edəbilirlər.

Təbii ki, mülkiyyətçilər bir mənalı olaraq öz mənzilləri üzərində sərəncam hüquqlarını özlərində saxlayır və hər hansı bir kənar müdaxiləni qətiyyətlə qəbul etmir, xüsusilə hazırda MTK ilə əlbir olaraq qanuna zidd fəaliyyət göstərən “Hovuslu” MMC istismarını şiddətlə pisləyərək rədd edir!!!
Sizdən həyati əhəmiyyət kəsb edən bu ictimai iradların müsbət həlli və cinayətkarların cəzalandırılması üçün biz məğdur sakinlərin təbii insan haqlarının müdafiəsinə və konstitusiyon hüquqlarının təmin edilməsinə köməklik göstərməyinizi artıq dərəcədə xahiş edirik.

PS. İcra başçısının tapşırığına baxmayaraq yerli organlar, xüsusilə də güc strukturları ötən ildən bəri səsimizə laqeyd qalmaqla heç bir mübahisə predmeti olmadığı halda pozulmuş mülki haqlarımızın bərpasının ancaq məhkəmə müstəvisində davam olunmasına sövq edərək vətəndaş şikayətinin yerindəcə birmənalı həllinə dırnaqarası yanaşırlar. Bu isə haqq davası verən vətəndaşların düşmüş olduqları acınacaqlı vəziyyətin ömrünü daha da uzadır. Bundan istifadə edən fitnəkarlarsa sakinlərə aid qaraj vs. köməkçi sahələri mənimsədikləri kimi təxliyyə keçidi çıxışlarını bağlayaraq və insanların həyataını riskə ataraq çardaq sahəsinə də tamah salmaqla olduqca vəhşət bir maddi (!) maraq güdürlər. Anlaşılan bugünədək ölkə boyu çıxmış bənzəri qəzalar hələ də bunlara dərs olmayıb. Görünür istəkləri basurd bəhanələrlə hansısa fövqəl qəza nəticəsində kül olacaq bizlərin üzərinə `gül` düzməkdir. FHN əməkdaşlarının məlum cəza protokollarına baxmayaraq böhran halı bü gün də potensial təhlükə mənbəyi olaraq bizləri təhdid edir. Fərdi şəkildə edilmiş aidiyyatı məhkəmə müraciətimsə yerli və apelyasiya olmaqla xeyrimə həllini tapıb. Təəssüf ki, vətəndaşların haqqlarını boğmaq üçün əl-ayağa düşmüş kəslərsə ali məhkəmənin yolunu tutublar. Şəxsən dövlətin ədalətinə sığınaraq ali məhkəmənin hakimi Ə. Mehparə xanımın da femida ruhuna sədaqət göstərərək adil qərar verəcəyinə inanıram. Qəbul olunmuş aidiyyatı qanunlarımızın icrası isə təəssüf ki, bu gün də kağız üzərində qalmaqdadır. Bununla da mənfur niyyətli məxluqlar cənab prezidentin sahibkarlığa da göstərdiyi etimaddan sui-istifadə halları törədərək cəmiyyətdə dövlətçiliyimiz əleyhinə inamsızlıq mühitini körükləməkdə israrlı görünürlər. Halbuki koorrupsiya nəinki hər hansı sosial bəla, iqtisadi cinayət, eyni zamanda başı `dəmir yumruqla` əzilməli bir dövləti xəyanətdir!!!"

GundemXeber.Az[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Ağsu Yol Patrul Xidməti haqqında böhtan yazanlara Tutarlı cavab
Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi
HİRKAN Milli Parkının başı dərddədir
Lerik meşələri quldurların əsarətində can verir - VİDEO+FOTO
Ulu öndər Heydər Əliyevin müdriklikliyi, qətiyyətli siyasəti nəticəsində Dövlət çevrilişi cəhdinin qarşısı alındı
1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu
Azərbaycan ordusu dünyaya örnəkdir
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir
Sabah hava necə olacaq?
İlham Əliyev: “Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb”
Prezidentin təməlini qoyduğu yol Hadrutu Cəbrayıl ilə birləşdirəcək
Prezident: “Keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilib”
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
Prezident: “Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb”
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında - TAM MƏTN
Prezident Hadrutda Azərbaycan bayrağını qaldırıb
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar - CANLI YAYIM
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO
Əli Əsədov:
Toyların keçirilmə qaydası ilə bağlı daha bir AÇIQLAMA
Baş nazir Milli Məclisdə hesabat verir
DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur
Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ
Rayonlara gedənlərin nəzərinə:
Tanınmış futbolçu zavodda işə başladı
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏDƏNİYYƏT