Cavid Qurbanovun MƏRC OYUNU... - “Topaz”ın dövlət maraqları və...

Cavid Qurbanovun MƏRC OYUNU... - “Topaz”ın dövlət maraqları və...


Azərbaycanın yeganə qanuni mərc şirkəti olan “Topaz”a yönəlik tənqidlərin ardı-arası kəsilmir. “Leqal qumar kontoru” kimi tanınan bu şirkətin yüzlərlə deyil, on minlərlə insanı mərcə şirnikləndirərək, onları son qəpiklərinə qədər soyması, hətta bəzi hallarda evsiz-eşiksiz qoyması hər zaman lənətlənib.

Bundan başqa, “Topaz”ın fəaliyyətində müşahidə olunan müxtəlif qaranlıq məqamlarla bağlı mətbuatda xeyli yazılar dərc edilib. “Topaz”ın ünvanlanan son ittihamların motivi isə cinayət məsuliyyəti yaradacaq qədər ciddidir.

Məlumata görə, mərc oyunlarından külli miqdarda gəlir götürən “Topaz” bunun qarşılığında dövlət büdcəsinə keçirməli olduğu iri həcmdə vəsaiti vergidən yayındırıb. Qeyd olunur ki, şirkət vergi borcunu ödəmək əvəzinə, 193 min 500 manatı dividend adı ailə nağdlaşdıraraq mənimsəyib.

Bundan başqa, “Topaz”ın mərc oyunlarından iri məbləqdə uduş əldə edən şəxsə pul ödənişindən boyun qaçırmasına dair faktlar da mətbuatda geniş işıqlandırılıb. Bildirilir ki, “Topaz” tək müştərilərinə deyil, öz agentlərinə qarşı da qanunsuzluğa yol verərək, onların depozitlərini geri qaytarmaqdan imtina edir, həmçinin tərəfdaş şirkətlərə milyonlarla manat məbləğində borcunu ödəmir.

Hətta bir müddət əvvəl “Topaz”ın müflis elan ediləcəyi barədə söz-söhbət də dolaşırdı. Daha sonra daxil olan məlumatlarda isə bir sıra dövlət qurumlarının “Topaz”a nəzarət uğrunda “müharibə”yə başladıqları vurğulanırdı.

Həmin iddialara əsasən Cavid Qurbanovun sədri olduğu “Azərbaycan Dəmir Yolları” QSC bu “savaş”da başında Azad Rəhimovun dayandığı Gənclər və İdman Nazirliyinin müqavimətini qıraraq, “Topaz”a sahibliyi öz əlinə keçirib. O da bildirilir ki, “Topaz”ı artıq Cavid Qurbanovun maliyyə məsələləri üzrə müavini Vüsal Aslanovla köməkçisi Vəsilə Abdulova idarə edir.

Xatırladaq ki, “Topaz”ın yaradılmasında əsas məqsədlərdən biri ölkədən xaricə pul axışının qarşısını almaq, xarici mərc şirkətlərinə yatırılan pulların ölkənin dövriyyəsində qalmasını təmin etmək idi.

Lakin dövlətin himayəsində olan “Topaz”ın öz öhdəliklərini yerinə yetirə bilməməsi ölkənin mərc həvəkarlarını yenə xarici şirkətlərin xidmətlərindən yararlanmağa sövq edib. Məhz “Topaz”ın məsuliyyətsizliyi üzündən milyonlarla manat vəsait mərc qoyuluşu nəticəsində yenə xaricə axır. Hər halda, belə düşünmək olar ki, dövlətin maraqlarını arxa plana keçirən “Topaz” barəsində tezliklə qəti tədbirlər görüləcək.

Çünki artıq belə davam edə bilməz! //YENİCAG.AZ//[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Ağsu Yol Patrul Xidməti haqqında böhtan yazanlara Tutarlı cavab
Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi
HİRKAN Milli Parkının başı dərddədir
Lerik meşələri quldurların əsarətində can verir - VİDEO+FOTO
Ulu öndər Heydər Əliyevin müdriklikliyi, qətiyyətli siyasəti nəticəsində Dövlət çevrilişi cəhdinin qarşısı alındı
1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu
Azərbaycan ordusu dünyaya örnəkdir
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir
Sabah hava necə olacaq?
İlham Əliyev: “Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb”
Prezidentin təməlini qoyduğu yol Hadrutu Cəbrayıl ilə birləşdirəcək
Prezident: “Keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilib”
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
Prezident: “Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb”
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında - TAM MƏTN
Prezident Hadrutda Azərbaycan bayrağını qaldırıb
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar - CANLI YAYIM
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO
Əli Əsədov:
Toyların keçirilmə qaydası ilə bağlı daha bir AÇIQLAMA
Baş nazir Milli Məclisdə hesabat verir
DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur
Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ
Rayonlara gedənlərin nəzərinə:
Tanınmış futbolçu zavodda işə başladı
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏDƏNİYYƏT