Şikayətçinin evinə basqılar edilərək təhdid olunur

Şikayətçinin evinə basqılar edilərək təhdid olunur


Dəyərli oxuyucular !
Son günlər Hirkan Milli Parkında yaşanan qanunsuzluqlardan və neqativ hallardan bəhs edilən silsilə yazılar, video reportajlar, foto-şəkillər sən demə əks tərəfi dahada qıcıqlandıraraq iyrənc üsullara əl atmağa vadar edib. Əks tərəf deyəndə söhbət Hirkan Milli Parkının "qəhrəmanlarından" və Təbii Sərvətlər və Ekologiya nazirliyinin 1-saylı Lənkəran ərazi ekologiya şöbəsindən gedir. Bir təcrübəli informasiyalı qocaman KİV-Rəhbəri kimi yazıları verməkdə video sujetləri təqdim etməkdə məqsəd aidiyyatı qurumlara baş verən neqativ halları olduğu kimi çatdırmaq, bu məsələni içtimailəşdirmək-hüquqi müstəvidə həllinə nail olmaq və şikayətçinin verdiyi faktlar əsasında araşdırılma aparılmasına obyektiv şərait yaradılmasındadır. Amma çox təəssüflər olsun ki, adları çəkilən qurumların rəhbər şəxsləri böyük rezonansa səbəb olmuş bu məsələni həll etmək əvəzinə daha ifrat yol tutaraq qisasçılıq, təhdid, hədə-qorxu, ələ alınma, müəyyən yollarla təzyiq etmə vasitələrinə əl atırlar. Görəsən 1-saylı Lənkəran ekologiya şöbəsinin rəisi Əlzamin müəllimi, Hirkan MilliParkının meşə quldurları, ağac cəlladları sayılan meşəbəyi Namazəli Əliyevi, sahə rəisi Taleh Abbasovu (bu həmin Taleh Abbasovdur ki, əvvəllər məlum maddənin 70-C bəndi ilə işdən qovulmuşdur, sonradan isə havadarlarının himayəsi nəticəsində sahə rəisi vəzifəsinə işə düzəlmişdir.)
Direktor müavini-həmdə mühafizənin rəisi işləyən İmanverdi İbrahimovu məcbur edən kimdir ki, və hansı səbəbdir ki, onlar şikayətçi Əliyev Hümmətin qapısına maşın sürüb ona hədə qorxu gələrək onunla təhdid dilində danışırlar?

Bəli biz səbəbini çox yaxşı bilirik. Çünki onlar ifşa olunurlar. Onlar əlbir olaraq şikayətçi Əliyev Hümməti hər vasitə ilə susdurmağa çalışırlar. Bu meşə qatilləri başa düşürlər ki, onlar gec-tez mühakimə olunaraq cinayət məsuliyyətinə cəlb olunacaqlar. Heç onların havadarlarıda haraylarına çata bilməyəcək. Lənkəran 1-saylı ekologiya şöbəsində, Hirkan Milli Parkında yuva salmış bu oğru quldur şəbəkəsi mütləq günlərin birində öz layiq olduğu cəzanı alacaqlar.

Şikayətçi Əliyev Hümmət Şahan oğlunun dediklərindən, bizə göndərdiyi səs yazısından, foto şəkillərdən və təqdim etdiyi video reportajlardan:
Mən hələ keçən ildən bəri Hirkan Milli Parkında baş verənlərlə bağlı mütəmadi olaraq 1-saylı Lənkəran ekologiya şöbəsinə bilgilər vermişəm, şikayət etmişəm. Şəxsən 1-saylı Lənkəran ekologiya şöbəsinin rəhbəri Əlzamin müəllimə dəfələrlə zəng edib Milli Parkda baş verən olayları olduğu kimi çatdırmışam.

Bir dəfədə zəng edib ona bildirdim ki, özünizi dediyim ünvana tez çatdırın. Burda şpalları kamazlara yükləyib daşıyırlar. Dediklərimə adekvat cavab olaraq tez həmin oğrulara meşələri qıranlara çatdırıblar ki, tez oranı tərk edin ki, sizi görənlər var. Deməli bunlar 1-saylı Lənkəran ekologiya şöbəsi ilə əlbir işləyirlər. Onların icazəsi olmadan Hirkan Milli Parkından, ümumiyyətlə meşələrdən bircə qırtıqda meşə qırıntıları çıxara bilməzlər. Ona görədə Lənkəran ekologiya şöbəsinə nə qədər faktlar subutlar təqdim etsəmdə heç bir tədbir görülmir.

Dəfələrlə olub ki, həmin yerdə ağackəsən mişar dəzgahlarını(piliorama) aşkarlamışam, iş başında yaxalamışam. Kəsilən ağacların videosunu şəklini çəkmişəm.
Etdiyim şikayətə cavab olaraq komissiya gəldi. Onlar çox düzgün qeydiyyat apardılar. Amma sonradan həmin sənəd 1-saylı ekologiya şöbəsinə getdikdən sonra onu saxtalaşdırdılar. İşlik olan ağacları odun-oduncuq kimi, nəqd pulla satılan ağacları oğurluq, mişarla kəsilmiş ağacları özü yıxılmış kimi yazıblar. İki qızılgöz ağaca işlik materiala 157-manat cərimə yazıblar. Bunların qara bazarda qiyməti 10-min azn dən çoxdu.

Şikayətçi vətəndaş Hümmət Əliyev əlavə olaraq qeyd edir ki kəndimiz Hirkan Milli Parkı ilə sərhəddir. Hirkan parkı açıq ərazidir. Camaatın mal qarası itəndə çox vaxt burda axtarmalı olur. Mənimdə atım itdiyi üçün burda axtarmaq məcburiyyətində qalırdım. Bu barədə polisədə məlumat vermişəm ki, atım yoxdu. Hər şeydə burdan başladı. Atımı axtaranda kəsilmiş-doğranmış ağaclara rast gəldim. Şəklini videosunu çəkib əlaqədar təşkilatlara xəbər verdim. Yoxlama gəldi. Onlarla birgə məndə orda iştirak edərək həmin ağacları komissiyaya göstərmişəm. Akt tərtib olunub. Hər şeyin qeydiyyatı düzgün aparılıb. Amma sonradan həmin sənəsi 1-saylı Lənkəran ekologiya şöbəsində saxtalaşdırıblar. Məndə bu saxta sənədə qol çəkməmişəm. Sonradanda 1-saylı ekologiya şöbəsinin rəhbərliyi, işçiləri, Hirkan Milli parkının adlarını qey etdiyim şəxsləri qapıma gələrək mənə hədə qorxu gələrək meşəyə girişimə qadağa qoymaq istəyirlər. Onlar gah xahiş minnət gahda təzyiq edərək məni susdurmağa can atırlar. Bunlara kim o haqqı verib ki, mənim qapıma gəlib qoca atamla-anamı qorxuya salıb mənimlə təhdid dilində danışsınlar. Cürbəcür yollara böhtanlara əl ataraq məni təxribata çəkməyə can atırlar. Sənədləri istədiyi kimi saxtalaşdırıb nazirliyə təqdim edirlər.

İndi onlar mənim meşəyə girişimə mane olmağa çalışırlar. Çünki mən onların oğurluqlarını tuturam, ifşa edirəm. Onlarda mənə təzyiq edirlər. Meşəbəyi Namazəlinin qardaşı Əliyev Feyruzu, bacısı uşaqlarını, əmisi uşaqlarını dəfələrlə ağac oğurlayanda yaxalamışam. Mühafizənin rəisi İmanverdi İbrahimovu hadisə yerinə çağırmışam. O isə Namazəli ilə dost, iş yoldaşı, iş birliyində olduğundan heç nə etməyib susmaqa üstünlük verib. Namazəlinin qohumları isə mənim üstümə hücum çəkib məni təhqir edərək hər cür üsullara əl atıblar. Bu ğün bu insanlar yüksək səviyyədə himayə olunurlar. Sanki hansısa mafiya babası bunlara himayədarlıq edir. Çünki mal heyvan oğurluğu ilə tutulan Taleh Abbasovun, narkotika ilə tutulan İmanverdinin vəzifəyə təyin olunması çox paradoks, qorxunc qəribə və təəcüblü görünir. Kimdir bunları himayə edən?

Burdakı sexlərin çoxu mühafizənin rəisinindi. Oranıda işlədənlər ən yaxın adamlarıdır.
Bəli bu insanlar təşviş içərisindədirlər. Öz cinayət əməllərinə görə mütləq bir gün mühakimə olunaraq cinayət məsuliyyətinə cəlb olunacaqlarından qorxurlar. Ona görə evimə hücum çəkib mənə hədə qorxu gələrək məsuliyyətdən yayınmaq istəyirlər. Qoca Atamla-Anamın yanında mənimlə təhdid dilində danışaraq mənim meşəyə getməyimə qadağalar qoymaq istəyirlər. Valideyinlərim isə onların qapıya gəlməsindan mənə görə narahat olurlar.
Odur ki, mən fürsətdən istifadə edərək mətbuat vasitəsi ilə Cənab nazir Muxtar Babayevə, Respublikanın baş prokuroru cənab Kamran Əliyevə, Daxili işlər naziri cənab Vilayət Eyvazova müraciət ünvanlayaraq həyatımın təhlükə altında olduğunu, təhdid olunduğumu bildirərək Sizlərdən kömək istəyirəm. Xahiş edirəm ki, etdiyim şikayətlər obyektiv araşdırılaraq hüquqi müstəvidə həll edisin.
Son olaraq bizdə KİV-nümayəndəsi kimi, xəbər informasiya portalının rəhbəri kimi bu məsələni daim diqqət mərkəzində saxlayaraq araşdırmalarımızı davam etdirəcəyik.
Qarşı tərəfində mövqeyini öyrənməyə,dinləməyə dərc etməyə hazırıq.
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Ağsu Yol Patrul Xidməti haqqında böhtan yazanlara Tutarlı cavab
Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi
HİRKAN Milli Parkının başı dərddədir
Lerik meşələri quldurların əsarətində can verir - VİDEO+FOTO
Ulu öndər Heydər Əliyevin müdriklikliyi, qətiyyətli siyasəti nəticəsində Dövlət çevrilişi cəhdinin qarşısı alındı
1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu
Azərbaycan ordusu dünyaya örnəkdir
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir
Sabah hava necə olacaq?
İlham Əliyev: “Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb”
Prezidentin təməlini qoyduğu yol Hadrutu Cəbrayıl ilə birləşdirəcək
Prezident: “Keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilib”
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
Prezident: “Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb”
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında - TAM MƏTN
Prezident Hadrutda Azərbaycan bayrağını qaldırıb
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar - CANLI YAYIM
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO
Əli Əsədov:
Toyların keçirilmə qaydası ilə bağlı daha bir AÇIQLAMA
Baş nazir Milli Məclisdə hesabat verir
DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur
Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ
Rayonlara gedənlərin nəzərinə:
Tanınmış futbolçu zavodda işə başladı
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏDƏNİYYƏT