“InvestAZ”ın rəhbəri ilə bağlı iddialar araşdırılır - Bakıdan dünya birjasına keçidin müdhiş sirləri

“InvestAZ”ın rəhbəri ilə bağlı iddialar araşdırılır - Bakıdan dünya birjasına keçidin müdhiş sirləri



Bir qədər əvvəl mediada belə bir informasiya yayıldı ki, Azərbaycanın məşhur forex şirkəti olan “InvestAZ” Türkiyəli iş adamının 1 milyon dollarını mənimsəməkdə ittiham olunur.
Sonradan bu informasiya nə təkzib, nə də rəsmi olaraq tsıdiqini tapmadı. Mediada yayılan xəbərlərdən belə aydın olurdu ki, əslində baş verənlər daha çox Azərbaycanla bağlıdır.

Məlumatda deyilirdi ki, Türkiyənin Birja Yatırımları Şurası (BYŞ) daha əvvəl bir neçə dəfə cəza və cərimə tətbiq etdiyi “InvestAZ”ı aparılan araşdırmalar nəticəsində yenidən cərimələyib.

Şuranın həftəlik bülletenində qeyd olunur ki, “InvestAZ” 46 958 lirə cərimələnib.

“InvestAZ”ın rəhbəri Elşən Quliyev, idarə heyəti üzvü Ceyhun Abdullayev, icraçı direktor Ümit Arca barəsində cinayət işi başlanılıb.

Belə ki, Türkiyəli iş adamı Yunus Akgün “InvestAZ”da öz hesabına 891 bin 753 dollar yatırım edərək alqı-satqı etməyə başlayıb. Bir müddət sonra isə bu pul onun razılığı olmadan xaricdə başqa bir şirkətin hesabına köçürülüb. Bu məsələni aydınlaşdırmaq üçün “InvestAZ”ın Türkiyədəki ofisinə müraciət etsə də, onu Bakıya yönləndiriblər. Azərbaycanda isə şirkət rəsmilərindən heç kim onu qəbul etməyib.

Bundan sonra İstanbul prokurorluğuna şikayət ərizəsi ilə müraciət edib. Araşdırma nəticəsində məlum olub ki, təxminən 1 milyon dollarlıq yatırım heç vaxt Yunus Akgünün hesabında olmayıb. “InvestAZ” onun üçün bir bulud sistemi yaradıb və iş adamı orada saxta alqı-satqı hərəkətləri edib.
Daha sonra onun pulu Yeni Zellandiyada fəaliyyət göstərən “Invest-AZ Limited” adlı şirkətin hesabına köçürülüb. Bu araşdırmadan sonra “InvestAZ” 1 milyon 836 min 538 lirə cərimə olundu.

Daha sonra istintaqa cəlb edilən Elşən Quliyev, Ceyhun Abdullayev və Ümit Arca iş adamı Yunus Akgünü tanımadıqlarını, belə bir müştərilərinin olmadığını, Yeni Zellandiyada fəaliyyət göstərən “Invest-AZ Limited” şirkəti ilə bir əlaqələrinin olmadığını bildiriblər.

İstintaqla müəyyən edilib ki, pul cəza aldıqdan sonra “InvestAZ” təcili şəkildə saytını, email adresini və yatırımçı girişi panellərini dəyişib. İstintaqdan öncə şirkətin Türkiyədəki saytından Azərbaycandakı və Yeni Zellandiyadakı şirkətlərin saytına keçid olduğu, lakin araşdırmalardan sonra bu yönləndirmənin çıxarıldığı müəyyən olunub.

İstanbul prokurorluğu ittiham aktı tərtib edərək “InvestAZ”ın rəhbəri Elşən Quliyev, şirkətin İdarə heyətinin üzvü Ceyhun Abdullayev və icraçı direktor Ümit Akcanın, hər birinin 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. İşə İstanbul Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Hazırda davam edən məhkəmə prossesini izləyirik. Prossesin gedişi, əslində Bakıda vətəndaşların şikayətlərini araşdırmağa davam edəcəyik.
Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
SABİQ PROKUROR PREZİDENTƏ MÜRACİƏT ETDİ!!!
Vətəndaşlar yenidən hərbi təlimlərə çağırılır? - RƏSMİ AÇIQLAMA
Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
BMT-nin sifarişi ilə aparılan araşdırma: Ermənilər Qarabağa qayıtmaq istəmirlər
“Haber Global” Qarabağa böyük qayıdış haqqında süjet hazırlayıb - VİDEO
RED BULL şirkəti iflasa uğrayıb?- Şirkət böhrandan çıxmaq üçün satışa çıxarılıb ?
Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video
Yeni Suraxanıda,neft quyularının üstündə tikinti aparmağa kim icazə verib?
Rektor Mustafa Babanlının imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır?
Ağstafanın başçısı postunda çox qalmayacaq... - Belə görünür...
Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...
Talan edilən Lerik meşələrinin acınacaqlı durumu - VİDEO
““Araz“ marketlər şəbəkəsində süni qiymət artımı... - Möhtəkirlik...
80 gündür komada qalan QAZİMİZİN HƏMKƏNDLİLƏRİ TOVUZDA AYAĞA QALXDI -
“Qubada həkimlər əlillərlə qeyri-insani davranır” - NARAZILIQ!
Gədəbəydə NƏ BAŞ VERİR? - QALMAQAL
Nə rektor, nə də nazir əsgərimizə kömək etmirlər... - Prezidentə müraciət olundu
Saatlıda keçmiş başçının həbsi tələb olunur - Rayonu dağıdıb...
FHN şefinin
İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? - İDDİA
“Saloğlu” qanunları saymır
İlham Əliyev: “İyulda Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi”
Prezident:
Azad edilən ərazilərdə “ağıllı şəhərlər” və “ağıllı kəndlər” sisteminin yaradılmasına başlanılıb
Əsir düşən zabitimizin atasından ürəkdağlayan müraciət - VİDEO
«    Март 2021    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏDƏNİYYƏT