Rusiya irimiqyaslı “Qərb-2021” təlimlərini Azərbaycan ordusunun təcrübəsi üzərində qurur - PUA-LARA QARŞI MÜBARİZƏ VƏ DİGƏRLƏRİ

Rusiya irimiqyaslı “Qərb-2021” təlimlərini Azərbaycan ordusunun təcrübəsi üzərində qurur - PUA-LARA QARŞI MÜBARİZƏ VƏ DİGƏRLƏRİ


Rusiyanın bu il Belarusla birlikdə keçirəcəyi “Qərb-2021” irimiqyaslı hərbi təlimlərinin ssenarisini əsasən Qarabağdakı 44 günlük müharibənin təcrübəsi üzərində quracaq. Virtualaz.org xəbər verir ki, “Qərb-2021” təlimləri barədə müdafiə naziri Sergey Şoyqu ordu komandanları ilə keçirdiyi selektor müşavirəsində elan edib. “Qərb” təlimləri ənənəvi olaraq Rusiya ordusunun il ərzində keçirdiyi ən irimiqyaslı hərbi manevrlər hesab olunur. “Qərb-2021” təlimlərinin sentyabrda keçirilməsi nəzərdə tutulur.

Qərb hərbi dairəsinin mətbuat xidmətindən jurnalistlərə bildiriblər ki, həmin komanda-qərargah təlimlərində xüsusi diqqət pilotsuz uçan aparatlarla və qanadlı raketlərlə mübarizəyə yönəldiləcək. “Təlimlərin gedişində pilotsuz uçan aparatlarla və qanadlı raketlərlə mübarizəyə, şərti düşmənə qarşı atəş zərbəsinə və radioelektron təsirə, bir döyüş əməliyyatları növündən sürətlə digərinə keçməyə və mürəkkəb, dinamik şəraitin yaradılmasına, taktiki hava desantı qüvvələrindən istifadəyə xüsusi diqqət yetiriləcək”,-məlumatda bildirilir.

Rusiya Müdafiə Nazirliyinin telekanalı isə nazirlikdəki mənbələrə istinadən qeyd edir ki, Qarabağda bu yaxınlarda başa çatan hərbi münaqişə pilotsuz uçan aparatlara qarşı mübarizə üsullarının işlənib hazırlanmasını zəruri edir. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Qarabağ müharibəsinin təcrübəsini nəzərə alaraq döyüş pilotsuz aparatlarının işlənib hazırlanmasını sürətləndirməyi qərara almışdı. Habelə bu günlərdə Rusiya ordusu “Orion” zərbə pilotsuz aparatından ilk dəfə real döyüş şəraitində, Suriyada hədəfə raket və bomba zərbəsi endirib.

Məlumata görə “Qərb-2021” təlimlərində habelə əlahiddə bölmələrin əsas qüvvələrdən ayrılaraq şərti düşmənin nəzarətində olan ərazilərin dərinliklərində reydlər keçirməsi də məşq ediləcək. Bunu da Qarabağ müharibəsində Azərbaycan ordusunun taktikasının öyrənilməsi kimi qəbul etmək mümkündür. Çünki Azərbaycan xüsusi təyinatlı qüvvələri ordunun əsas qüvvələrindən onlarla kilometr aralanaraq düşmən nəzarətində olan ərazilərin dərinliklərinə sızırdı, məsələn, həmin qüvvələr Hadrut istiqamətindən dağ, meşə cığırları ilə onlarla kilometr irəliləyərək Şuşanın bir neçə kilometrliyinə çatmışdı. Və bu, düşmən üçün tamamilə gözlənilməz olmuşdu. Xüsusi təyinatlılar Şuşa ətrafında möhkəmlənərək əsas qüvvələrin, o cümlədən artilleriyanın irəli çəkilməsinə şərait yaratdı. Daha sonra Şuşaya həlledici hücuma keçdi.
Virtualaz.org[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Bərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa olundu
Azərbaycanda şəhərlərarası və rayonlararası hərəkət bərpa olunub
Muzey və sərgi zalları açıldı
Ticarət obyektlərinin fəaliyyəti bərpa olundu
Azərbaycanda karantin rejimi yenə yumşaldıldı
İran xarici işlәr naziri Bakıya gəlib
Vətən müharibəsinin “Canavar” ləqəbli həkimi: “Möhtəşəm taktikayla düşdüyümüz vəziyyətdən çıxdıq” - FOTOLAR
Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi - FOTO
Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi
Bill Qeyts peyvənd olundu
Vüqar Səfərli apellyasiya şikayəti verib
Uşaq bağçaları nə vaxt açılacaq? - RƏSMİ
Sənaye məhəllələri və sənaye parkları yeni agentliyə verildi - SƏRƏNCAM
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı - FƏRMAN
ABŞ-dan SON DƏQİQƏ Qarabağ açıqlaması: Azərbaycana yardım…
Azərbaycanda ali təhsil pulsuz olacaq? - Nazir AÇIQLADI
Azərbaycan ordusunun şəhid zabitinin nəşi tapıldı
Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək
Pərdə, plyonka və jalüzlərlə bağlı YENİLİK
Koronavirus riskini bu yolla azaltmaq olar - HƏKİM AÇIQLADI
Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
Erməni əsgər HƏQİQƏTLƏRİ DANIŞDI: Səngərdə 300 ölü, süfrədə isə kabab yeyib sərxoş olan... VİDEO
Nazir Azərbaycanda təhsilin bərpa edilməsindən DANIŞDI
Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək
Təhsillə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM
DSMF-nin keçmiş vəzifəli şəxslərinə cinayət işi açıldı
Hazırda yollarda vəziyyət belədir
Şuşada yeni yarımstansiya tikilir - Video
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə azalıb
«    Январь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT