Fuad Muradov nə işlə məşğuldur? - İTTİHAM

Fuad Muradov nə işlə məşğuldur? - İTTİHAM


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov sərt tənqid edilib.

Pia.az-ın xəbərinə görə, F.Muradov sosial şəbəkədəki hesabında Azərbaycan diasporunun xüsusi fəallıq göstərdiyini yazıb.

F.Muradov bildirib ki, Tovuz hadisələri və Vətən müharibəsi başlayan gündən Azərbaycan Prezidentinin çağırışına cavab olaraq dünya azərbaycanlıları ayağa qalxıb, Azərbaycana dəstək məqsədilə ümumilikdə 182 aksiya, yürüş-mitinq keçirilib, soydaşlarımız tərəfindən müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli şəxslərə minlərlə bəyanat ünvanlanıb, dünyanın demək olar ki, hər yerində diaspor fəaliyyəti və aksiyalarla bağlı 26 dildə məlumat yayılıb: “Azərbaycan diasporunun fəaliyyətinə mühüm töhfələr verən 30 ölkədən 92 nəfər “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunur”.

F.Muradovun açıqlaması birmənalı qarşılanmayıb. Xaricdə yaşayan azərbaycanlılar komitənin fəaliyyətindən narazılıqlarını bildiriblər.

Jurnalist Tünzalə Rafiqqızı: “Hörmətli komitə sədri o tədbirlərə nə zaman, nə qədər vəsait ayrıldığını açıqlasın. Zəhmət olmasa, son Tovuz hadisələri və İkinci Qarabağ savaşında dəstək nümayiş etdirən və medal alan o fəallar kimdir, adlarını sadalasın. Mən qarışıq mitinqlərdə fəal olan yüzlərlə insan öz parasının hesabına, balasının boğazından kəsib, o mitinqlərə getmişik! Diasporla İş üzrə Dövlət Komitəsindən bir zərrə dəstək görməmişəm”.

Jurnalist Rəşid Mustafazadə: “Keçirilən tədbir və aksiyalarda komitə olaraq rolunuz nədən ibarət olub, hörmətli Fuad bəy və komandanız?”

Jurnalist Fərahim İlqaroğlu: “Hörmətli Fuad Muradov, heç bir diaspor fəaliyyətindən söhbət gedə bilməz. Təbii ki, söhbət sizin komitəyə bağlı, Azərbaycandakı vergi ödəyicilərinin hesabına formalaşan fonddan maliyyələşən təşkilatların fəaliyyətindən gedir. Həmin təşkilatlar 20 nəfərdən artıq adamı bir yerə yığmağı bacarmayıb. Səs-küylü aksiya və yürüş mitinqlərinin əksəriyyəti Avropada, xüsusilə Almaniyada yaşayan mühacir azərbaycanlılar tərəfindən təşkil olunub. Diaspor fəaliyyətinin iqtidarı, müxalifəti olmur, ancaq buna siz və rəhbərlik etdiyiniz komitə əməkdaşları, yuxarıda qeyd etdiyim kimi vergi ödəyicilərinin pullarını kabab qonaqlığına, şəkərbura-paxlava paylamaq kimi mənasız tədbirlərə xərcləyənlər şərait yaradıblar”.

Digər istifadəçilər də komitə rəhbərliyini tənqid ediblər. Qurumun fəaliyyətini müsbət qiymətləndirənlər də olub.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
Oğuzun yol polisinin rəisi evində pivə içən sürücünü necə cərimələdi?
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: 1 gündə 3 tender
Ağsu Meşələri Məhv Edilir Muxtar Babayev Isə Buna Göz Yumur- VİDEO
Kəlbəcər rayonu 2 saylı tam orta məktəbdə rüşvətxorluq baş alıb gedir – VİDEOFAKT
Səfirin həbsində Cavid Qurbanov izi - ŞOK İDDİA
Zığda boş torpaqları zəbt edən makler - Yol Polisidir?
Hulusi Akar Bağdada getdi - VİDEO
Lavrov: “Azərbaycan girovların siyahısını hazırlasa da, erməni tərəfi bunu  hazırlamayıb”
Bakı metrosunun
Lavrov:
Güclü külək əsəcək, çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Lavrov:
“Caliber”: “Ermənistan ağladığı vaxtda Tonoyan qızının toyuna hazırlaşır” - VİDEO
Putin: “Ermənistan elə həddə çatıb ki…” - Moskva görüşünün KULUAR DETALLARI
Azərbaycandakı əcnəbilərin NƏZƏRİNƏ
Peyvənd olunan Oqtay Şirəliyev:
Şəhid ailələri və qazilər üçün ictimai nəqliyyat PULSUZ OLACAQ? - AÇIQLAMA
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünün PƏRDƏARXASI MƏQAMLARININ VİDEOSU
Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)
Əli Həsənov Azərbaycana gətirildi - SON DƏQİQƏ
Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək
Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı
Ramin Bayramlı da vaksinasiya ediləcək
20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq
Oqtay Şirəliyev peyvəndləndi - Canlı yayımda
Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu ötdü
Azərbaycanda ilk vaksin Oktay Şirəliyevə vurulacaq
Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərib
«    Январь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT