“Binalar yararsız vəziyyətdədir, su sızır” - GİLEY

“Binalar yararsız vəziyyətdədir, su sızır” - GİLEY


Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən, məcburi köçkünlər üçün inşa edilən “Qobu Park-2” yaşayış massivinin sakinləri “Kristal Abşeron” şirkətindən şikayətçidir

Sözügedən massivdə yaşayan bir qrup məcburi köçkün ölkə başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya açıq şikayət məktubu ünvanlayıblar.

Məcburi köçkünlər ölkə başçısına və birinci xanıma müraciət edərək işğal altında olan ərazilərdə aparılan tikinti işlərinə “Kristal Abşeron” şirkətinin cəlb edilməməsini xahiş ediblər. Onlar əlavə ediblər ki, adıçəkilən şirkətin Lökbatan qəsəbəsində inşa etdikləri binalar bir il keçməsinə baxmayaraq yaşanılmaz və rahatsız vəziyyətə gəlib.

Həmin müraciəti oxucularımıza təqdim edirik:

“Ölkə başçısı və birinci xanıma Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 2" yaşayış massivinin bir qrup sakinləri tərəfindən müraciət.

Cənab prezident və birinci xanım, əvvəla sizi qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edir, 30 ilə yaxındır işğal altında qalan torpaqlarımızın azad olunmasında ortaya qoyduğunuz iradə və qətiyyətə görə məcburi köçkünlər adından sizlərə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Möhtərəm prezident və birinci xanım, yazıb sizdən təvəqqe edirik ki, işğaldan azad olunan torpaqlarımızda yeni binaların inşasını "Kristal Abşeron" şirkətinə həvalə etməyəsiniz və onları tikinti işindən uzaq tutasınız. Çünki hazırda məskunlaşdırıldığımız "Qobu Park 2" yaşayış massivində durum heç də ürəkaçan deyil.

Belə ki, "Qobu Park 2" yaşayış massivində xeyli müddət su problemi yaşadıq, böyük narazılıqdan sonra problem həllini tapdı, daha sonra binaların üzlüyü qopub başımıza tökülməyə başladı. Onun çıxış yolunu isə üzlüyü binaya "şuruplamaqla" gördülər. İndi həmin "şuruplar"ın yerindən binaya su sızmağa başlayıb və divarlar nəmişlikdən göyərir. Bu azmış kimi binaların üstü də keyfiyyətsiz, başdangetdi tollandığı üçün 10-cu mərtəbədə yaşayanların evlərinin tavanları kiflənməyə, evlərdən üfunət qoxusu gəlməyə başlayıb.

Aidiyyəti alt quruma müraciət etsək də problemin köklü həll olacağına inanmırıq. Xahiş edirik ki, sözügüdən şirkət barəsində ölçü götürülməsi üçün göstəriş verəsiniz. Və bizim yaşadıqlarımızı onlarla, yüzlərlə, hətta minlərlə sakinə yaşatmaması üçün "Kristal Abşeron" şirkətini tikinti prosesindən kənarda saxlamağınızı sizdən xahiş edirik”.

Qeyd edək ki, məcburi köçkünlərin şikayəti və səsləndirdikləri iddialarla bağlı “Kristal Abşeron” MTK-ya informasiya sorğusu göndərilib. Onların da mövqeyini dərc etməyə hazırıq. (correct.az)[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Vətən müharibəsinin “Canavar” ləqəbli həkimi: “Möhtəşəm taktikayla düşdüyümüz vəziyyətdən çıxdıq” - FOTOLAR
Deputatlar şəhid ailələri ilə bağlı məsələni müzakirə edəcək
Şəhid zabitimizin dünyaya gələn körpəsinə Şuşa adı verildi - FOTO
Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi
Bill Qeyts peyvənd olundu
Vüqar Səfərli apellyasiya şikayəti verib
Uşaq bağçaları nə vaxt açılacaq? - RƏSMİ
Sənaye məhəllələri və sənaye parkları yeni agentliyə verildi - SƏRƏNCAM
Azərbaycanda İqtisadi Zonaların İnkişafı Agentliyi yaradıldı - FƏRMAN
ABŞ-dan SON DƏQİQƏ Qarabağ açıqlaması: Azərbaycana yardım…
Azərbaycanda ali təhsil pulsuz olacaq? - Nazir AÇIQLADI
Azərbaycan ordusunun şəhid zabitinin nəşi tapıldı
Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək
Pərdə, plyonka və jalüzlərlə bağlı YENİLİK
Koronavirus riskini bu yolla azaltmaq olar - HƏKİM AÇIQLADI
Emin Əmrullayevdən xəbərdarlıq: “Qısa müddətdə qapanmalara qayıda bilərik”
Erməni əsgər HƏQİQƏTLƏRİ DANIŞDI: Səngərdə 300 ölü, süfrədə isə kabab yeyib sərxoş olan... VİDEO
Nazir Azərbaycanda təhsilin bərpa edilməsindən DANIŞDI
Bakı, Sumqayıt və Abşeronda şagirdlər həftədə 3, digər bölgələrdə isə 4-5 dəfə məktəbə gedəcək
Təhsillə bağlı son qərarlar açıqlanır - CANLI YAYIM
DSMF-nin keçmiş vəzifəli şəxslərinə cinayət işi açıldı
Hazırda yollarda vəziyyət belədir
Şuşada yeni yarımstansiya tikilir - Video
İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə azalıb
Baydendən Rusiya və NATO-nun xeyrinə təklif
Prokurorluq jurnalistin qətli ilə bağlı məlumat yaydı
Bu dəfə postlardan 2059 maşın qaytarıldı
Eyni gündə torpağa tapşırılan şəhid xala oğlular...
Azərbaycan millisində yeni baş məşqçi
İlham Əliyevlə Türkmənistan Prezidenti arasında səmimi dialoq - Video
Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı
«    Январь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT