“Proqress 2016” MTK sahibi 1,4 milyonluq “əməliyyat”da – İş polisdə…

“Proqress 2016” MTK sahibi 1,4 milyonluq “əməliyyat”da – İş polisdə…


Abşeron rayonunda yerləşən “Proqress 2016” MTK-nın sahibi Emil Səməndərovun daha bir müdhiş və müəmmalı əməlinin üstü açılıb.
Reportyor.info məlumat verir ki, E.Səməndərovun 1,4 milyonluq maliyyə əməliyyatı barədə iş Abşeron polisinə və Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə göndərilib.
Məlumatda deyilir ki, əmlakları olan bir şəxsin (adı açıqlanmır – red) E.Səməndərovla tanışlığı yaranıb. Şirkət rəhbəri ona təklif edib ki, əmlaklarını ona versin, əvəzində pula çevirib qaytaracaq.
O da inanır, 1 milyon 400 minlik dəyərində əmlaklarını E.Səməndərova verir. Lakin pulu geri istəyəndə “Proqress 2016” MTK rəhbəri məsələlərin uzandığını bəhanə gətirir.
Bir müddət sonra isə E.Səməndərov pul əvəzi tikdiyi binadan mənzillər və obyektlər təklif edir, o da məcbur razılaşır.
Həmin mənzilləri satmaq üçün müştərilərlə tanışlıq quran iş adamına bu zaman məlum olur ki, aldadılıb, E.Səməndərova saxta sənədlər verib.
Səməndərovla görüşəndə ona deyib ki, arxayın olsun, problem yoxdur, ortadakı Samir adlı şəxsi özü yola verəcək:
“Gördüm ki, Emil Səməndərov dələduzluqdan əl çəkmir, qərar gəldim tədbir görmək lazımdır. Əminəm ki, sənədlər saxtadır.
Artıq materiallar Abşeron polisindədir. Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsinə də məlumat vermişəm”.
Yeri gəlmişkən, “Proqress 2016” MTK-dan ev alan, aldadılan payçıların da paralel olaraq mübarizəsi davam edir.

Onlardan biri – Abdullayev Adilin sözlərinə görə, 2019-cu iildə həmi binanın 2-ci blokunda, 1 saylı mənzili alıb:
“Demişdilər ki, 5-6 aya təhvil veriləcək, amma iki ildir verilmir. Ən əsas məsələ bir mənzilin bir neçə adama satılmasıdır. Prokurorluğa getmişik, heç bir nəticəsi yoxdur”.
Digər payçı Qasımov İlkin Zərgər oğlu da eyni aqibətlə üzləşdiyini bildirir. Ümumiyyətlə, yüzlərlə insan mənil fırıldağının qurbanıdır.
Lakin hələlik E.Səməndərov və şirkət barəsində real addımlar atılmayıb. Ümumiyyətlə, sözügedən şirkətin adı bir sıra qanunsuzluqlarda çəkilir, ittiham olunur. Məsələn, “Proqress 2016” MTK-nın sahibi olan Emil Səməndərov 2018 ilin iyulunda Binəqədi rayon məhkəməsinin hakimi Vüqar Məmmədovun (iş №1(001)-185/2018 saylı) hökmü ilə Cinayət məcəlləsinin 178.2.2. və 178.2.4. maddələr ilə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilib.
AR CM-in 69.4.-cu maddəsinə görə onun 14 iyun 2017-ci il tarixindən 15 iyul 2017-ci il tarixə qədər saxlandığı 1 (bir) gün müddət alınaraq ona təyin edilmiş cəzanın məbləği azaldılaraq üzərində 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzası saxlanılmışdı
Halbuki məhkəmə artıq dəfələrlə məhkum edilən Emil Səməndərov barədə həbs qəti imkan tədbiri seçməli, həmçinin azadlıqdan məhrum etmə cəzası verməli olduğu halda nədənsə bu qanunları “görməzdən” gəlmişdi.
Emil Səməndərov binanın tikintisini başa çatdırmadan 1000-dən çox insana mənzilləri yenidən başqa insanlara satıb.
Aldadılmış sakinlər mənzilləri görmək üçün binaya gedərkən Emil Səməndərov və onun adamları tərəfindən hədə-qorxu ilə üzləşiblər. Bütün bu detallarla bağlı MTK rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
Oğuzun yol polisinin rəisi evində pivə içən sürücünü necə cərimələdi?
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: 1 gündə 3 tender
Ağsu Meşələri Məhv Edilir Muxtar Babayev Isə Buna Göz Yumur- VİDEO
Kəlbəcər rayonu 2 saylı tam orta məktəbdə rüşvətxorluq baş alıb gedir – VİDEOFAKT
Səfirin həbsində Cavid Qurbanov izi - ŞOK İDDİA
Zığda boş torpaqları zəbt edən makler - Yol Polisidir?
Hulusi Akar Bağdada getdi - VİDEO
Lavrov: “Azərbaycan girovların siyahısını hazırlasa da, erməni tərəfi bunu  hazırlamayıb”
Bakı metrosunun
Lavrov:
Güclü külək əsəcək, çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Lavrov:
“Caliber”: “Ermənistan ağladığı vaxtda Tonoyan qızının toyuna hazırlaşır” - VİDEO
Putin: “Ermənistan elə həddə çatıb ki…” - Moskva görüşünün KULUAR DETALLARI
Azərbaycandakı əcnəbilərin NƏZƏRİNƏ
Peyvənd olunan Oqtay Şirəliyev:
Şəhid ailələri və qazilər üçün ictimai nəqliyyat PULSUZ OLACAQ? - AÇIQLAMA
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünün PƏRDƏARXASI MƏQAMLARININ VİDEOSU
Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)
Əli Həsənov Azərbaycana gətirildi - SON DƏQİQƏ
Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək
Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı
Ramin Bayramlı da vaksinasiya ediləcək
20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq
Oqtay Şirəliyev peyvəndləndi - Canlı yayımda
Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu ötdü
Azərbaycanda ilk vaksin Oktay Şirəliyevə vurulacaq
Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərib
«    Январь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT