Şərlənərək həbs olunmuş jurnalistin səhhəti kritik durumda – Mübariz Nağıyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürlməsini kim və niyə əngəlləyir?

Şərlənərək həbs olunmuş jurnalistin səhhəti kritik durumda – Mübariz Nağıyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürlməsini kim və niyə əngəlləyir?


Möhtətəm Prezidentimiz cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Vətən müharibəsində qazanılan Qələbə, Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı düşmən işğalından azad etdi, xalqımıza böyük sevinc bəxş etdi.

Dövlətimizin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş humanist siyasətini alqışlayan Azərbaycan cəmiyyəti artıq çoxdandır ki, böyük bayramlar münasibətilə cənab Prezidentimizin imzaladığı əfv və amnistiyalara ümid edir. 30 illik həsrətə son qoyan Qələbədən böyük nə bayram ola bilər ki?! Ona görə də Azərbaycan xalqı bu münasibətlə də dövlətimizin humanist addım atacağına şübhə etmir.

Regionxeber.tv internet televiziyasının Mərkəzi Aran zonası üzrə sabiq bölgə müxbiri, 5 ildir ki məhkumluq həyatı yaşayan həmkarımız Mübariz Nuru oğlu Nağıyev də əfv olunacağına ümidlidir.

O, “Dəryaz” qəzetinə müraciət etmiş və Penitensiar Xidmətin Şəki Qarışıq Tipli Cəzaçəkmə Müəssisəsi rəhbərliyinin ona qərəzli münasibətindən şikayətlənmişdir.

Məlumat üçün qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin çıxarmış olduğu hökmlə M.Nağıyev 2016-cı ildə 7 (yeddi) il müddətinə azadlıqdan məhrum olunmuş, çıxarılmış hökmdən verilmiş apellyasiya şikayəti əsasında ona verilmiş cəzanın bir ili götürülmüşdür. Bu gün Mübarizin himayəsində olan üç azyaşlı övladı ata yolu gözləyirlər. Aldıqları sosial yardım ailənin zəruri ehtiyaclarını ödəmir. Valideynlərinin tək oğul övladı olan Mübarizin iki il əvvəl anası həsrətdən dünyasını dəyişmiş, 5 ildən çoxdur ki, üzünü görə bilmədiyi 76 yaşlı xəstə atası Nuru kişi isə intizar içində, ölümlə üz-üzədir.

M.Nağıyevin şikayətinin qayəsi bundan ibarətdir ki¸ məhkəmə onun çəkilməmiş cəzanın qalan hissəsinin şərti cəza ilə əvəz edilməsi barədə ərizəsini geri qaytararkən haqsızlıq etmişdir: “Mənimlə eyni vaxtda hökmü oxunan daha ağır cinayət törətmiş şəxsləri - narkotik vasitələrinin əkini və satışı ilə məşğul olanları, qəsdən adam öldürməyə cəhd edənlər buraxıblar. Mən də adam öldürməliydim ki, mənimlə də humanist davransınlar?”

M.Nağıyev məruz qaldığı ədalətsizliyin səbəbini rüşətxorluqda görür: “Cəza müddətimin başa çatmasına 1 il 2 ayım qalır. CÇM rəhbərliyi və məhkəmə hakimi sanki mənə güzəştə getməyəcəkləri barədə qarşılıqlı öhdəlik götürüblər. Çünki mən onların korruptiv şərtlərini yerinə yetirməmişəm. Hakim 1 il 11 ayı qalanları buraxır, məni yox. Çünki il yarımı qalmışlardan 3500, iki ili qalmışlardan 4500 manat rüşvət tələb edilir. Hakim Hacıyev cəza çəkdiyim müəssisədən məhkəməyə barəmdə verilmiş müsbət xarakteristikanı da nəzərə almır, israr edir ki, guya mən dəyişkən fikirliyəm. CÇM rəisi bu müddəanə (guya dəyişkən fikirli olmağımı) qəsdən xasiyyətnaməyə saldırıb ki, güzəştə nail ola bilməyim. Hətta məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməyim barədə xahişim də yerinə yetirilmir. Halbuki, cinayət törətmiş şəxslərin islah olunması nəinki onlara törətdikləri cinayətə görə şəxsiyyətlərinə və əməllərinin xarakterinə uyğun qanuni, obyektiv və ədalətli cəza verilməsindən, həmçinin azadlıqdan məhrum edilmiş məhkumlara cəzaçəkmə müəssisəsinin növünün düzgün tətbiq edilməsindən xeyli dərəcəd asılıdır.

Həmkarımız özünə münasibətdə humanist qərar verilməsinin vacibliyini şərtləndirən daha bir amil kimi səhhət durumunun ağırlığını qeyd edir: “Mənim ayağım qırılıb. Vacib ehtiyaclarımı ödəyə bilmirəm, sanitar qovşağından isifadədə çətinlik çəkirəm. Həkim deyir ki, belə davam etsə, sümüyüm arteriya damarımı kəsə bilər. Arxası üstə qalmağım tövsiyə olunub”.

Ən nəhayət, M.Nağıyev müraciətində vaxtilə onun həbsinin sifarişlə yerinə yetirildiyini də xatırlatmışdır: “Beş il əvvəl də məmurların – Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun, onun müavini Arzu Rəhimovanın, Tərtər polisinin əməkdaşı mayor Tofiq Məmmədovun və digərlərinin sifarişini yerinə yetirən hakimlərin ədalətsiz hökmü ilə Cinayət Məcəlləsinin 182.1 – ci maddəsi ilə təqsirli bilinərək həbs olundum. Çünki həmin məmurların qanunsuz əməllərini öz tənqidi yazılarımda ifşa edirdim”.
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
Oğuzun yol polisinin rəisi evində pivə içən sürücünü necə cərimələdi?
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: 1 gündə 3 tender
Ağsu Meşələri Məhv Edilir Muxtar Babayev Isə Buna Göz Yumur- VİDEO
Kəlbəcər rayonu 2 saylı tam orta məktəbdə rüşvətxorluq baş alıb gedir – VİDEOFAKT
Səfirin həbsində Cavid Qurbanov izi - ŞOK İDDİA
Zığda boş torpaqları zəbt edən makler - Yol Polisidir?
Hulusi Akar Bağdada getdi - VİDEO
Lavrov: “Azərbaycan girovların siyahısını hazırlasa da, erməni tərəfi bunu  hazırlamayıb”
Bakı metrosunun
Lavrov:
Güclü külək əsəcək, çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Lavrov:
“Caliber”: “Ermənistan ağladığı vaxtda Tonoyan qızının toyuna hazırlaşır” - VİDEO
Putin: “Ermənistan elə həddə çatıb ki…” - Moskva görüşünün KULUAR DETALLARI
Azərbaycandakı əcnəbilərin NƏZƏRİNƏ
Peyvənd olunan Oqtay Şirəliyev:
Şəhid ailələri və qazilər üçün ictimai nəqliyyat PULSUZ OLACAQ? - AÇIQLAMA
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünün PƏRDƏARXASI MƏQAMLARININ VİDEOSU
Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)
Əli Həsənov Azərbaycana gətirildi - SON DƏQİQƏ
Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək
Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı
Ramin Bayramlı da vaksinasiya ediləcək
20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq
Oqtay Şirəliyev peyvəndləndi - Canlı yayımda
Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu ötdü
Azərbaycanda ilk vaksin Oktay Şirəliyevə vurulacaq
Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərib
«    Январь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT