Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...

Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...


Dünən Suqovuşan su anbarından normadan artıq su buraxılması nəticəsində Bərdə rayonu ərazisində fəaliyyət göstərən regionun ən böyük tikinti materialları bzarını su basıb və sahibkarlara külli miqdarda ziyan dəyib.

Səhər saatlarında Moderator.az-a müraciət edən sahibkarların bir qismi müvafiq dövlət qurumularından kömək göstərilməsi və fəsadların aradan qaldırılması üçün operativ müdaxilə edilməsini xahiş etdilər. Biz Moderator.az olaraq dərhal Fövqəladə Hallar Nazirliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayaraq baş verən hadisəni onların diqqətinə çatdırdıq.

Yalnız günün ikinci yarısından Melorasiya və Su Təsərrüfatı ASC-dən verilən açıqlamada bildirildi ki, həmin tikinti materialları bazarı qanunsuz fəaliyyət göstərib və Tərtər çayının sahilində elə bir bazarın fəaliyyət göstərməsi məqsədəuyğun deyilmiş, rayon rəhbərliyinə müraciət edilərək köçürülməsi məsləhət görülüb.

Bəli, dəyərli oxucu, dövlət strukturlarının baş vermiş o boyda hadisəyə müdaxiləsi mənasız açıqlama verilməsindən o tərəfə keçmədi. Sual olunur, Bərdə rayonunda o boyda tikinti materialları bazarı az qala 20 ildir fəaliyyət göstərirdisə niyə indiyədək onun köçürülməsi və müvafiq bəndvurma işləri aparılması tələbi bazar rəhbərliyi qarşısında qaldırılmayıb? Heç kimə sirr deyil ki, indiyədək həmin "qanunsuz" fəaliyyət göstərən bazarın rəhbərliyi həm özü kifayət qədər qazanıb, həm də dövlətə külli miqdarda vergi və ya digər rüsumlar ödəyib. O zaman başqa bir sual yaranır, qanunsuz fəaliyyət göstərən bazardan niyə illər uzunu qanuni rüsumlar alınaraq büdcəyə köçürülüb?

Əldə etdiyimiz məlumata görə bazarda baş verən fəlakətin əsas səbəbi heç də Suqovuşan su anbarından həddindən artıq su buraxılması olmayıb, az qala bir aya yaxın imiş ki, ermənilər həmin su anbarının çıxışını partlatdıqlarına görə Tərtər çayına su onsuz da çox gəlirmiş, amma Tərtər şəhərindən Bərdəyə qədər olan 18 kilomter məsafədə Tərtər çayının yatağı boyu onlarla qanunsuz qum-çınqıl karxanaları fəaliyyət göstərib. Həmin su gəlib fəaliyyəti dayandırımış karxanların ərazisində yığılıb az qala kiçik su anbarı yaradıb və ötən gecə həmin "su anbarı"nın partlaması nəticəsində o cür fəsadlar törədib. İndi sual olunur, günahkar kimdir? Milyonlarla manat zərərə düşən sahibkarlar onlara dəymiş zərəri kimdən istəməlidirlər?

Oxucular və rəsmilərin baş verən fəsadı öz gözləri ilə görmələri üçün sahibkarların Moderator.az-a göndərdikləri videoları təqdim edirik:[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Vüqar Səfərli ilə Nadir Məmmədov “içəri”də”, Mehrac Babayev isə azadlıqda: - Tikinti maqnatı niyə həbs edilmədi?
Oğuzun yol polisinin rəisi evində pivə içən sürücünü necə cərimələdi?
Meliorasiya İdarəsindən inanılmaz tender maxinasiyası: 1 gündə 3 tender
Ağsu Meşələri Məhv Edilir Muxtar Babayev Isə Buna Göz Yumur- VİDEO
Kəlbəcər rayonu 2 saylı tam orta məktəbdə rüşvətxorluq baş alıb gedir – VİDEOFAKT
Səfirin həbsində Cavid Qurbanov izi - ŞOK İDDİA
Zığda boş torpaqları zəbt edən makler - Yol Polisidir?
Hulusi Akar Bağdada getdi - VİDEO
Lavrov: “Azərbaycan girovların siyahısını hazırlasa da, erməni tərəfi bunu  hazırlamayıb”
Bakı metrosunun
Lavrov:
Güclü külək əsəcək, çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Lavrov:
“Caliber”: “Ermənistan ağladığı vaxtda Tonoyan qızının toyuna hazırlaşır” - VİDEO
Putin: “Ermənistan elə həddə çatıb ki…” - Moskva görüşünün KULUAR DETALLARI
Azərbaycandakı əcnəbilərin NƏZƏRİNƏ
Peyvənd olunan Oqtay Şirəliyev:
Şəhid ailələri və qazilər üçün ictimai nəqliyyat PULSUZ OLACAQ? - AÇIQLAMA
Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Moskva görüşünün PƏRDƏARXASI MƏQAMLARININ VİDEOSU
Şuşa şəhərinədək 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verildi (FOTOLAR)
Əli Həsənov Azərbaycana gətirildi - SON DƏQİQƏ
Azərbaycanda vaksin vurulmuş şəxslərə pasport veriləcək
Azərbaycanda vaksinasiya strategiyasının detalları açıqlandı
Ramin Bayramlı da vaksinasiya ediləcək
20 Yanvar günü Bakıda bir sıra yollar bağlanacaq
Oqtay Şirəliyev peyvəndləndi - Canlı yayımda
Dünyada koronavirusa yoluxanların sayı 95 milyonu ötdü
Azərbaycanda ilk vaksin Oktay Şirəliyevə vurulacaq
Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərib
«    Январь 2021    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT