İcra başçılarının sakinlərlə keçirdiyi görüşlərin qaranlıq tərəfləri

İcra başçılarının sakinlərlə keçirdiyi görüşlərin qaranlıq tərəfləri


Bu gün ölkəmizdə əsl bayram abu-havası yaşanır. 30 ilə yaxın işğal olunmuş tarixi torpaqlarımızı şanlı ordumuzun şücaəti nəticəsində geri qaytarmağımız həqiqətən də əlamətdar bir gündür. Əlbəttə ki,gedişatın bu cür müsbət mənada cərəyan etməsi,təbii ki,ölkə Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir. Zaman-zaman bir çox məmurların sərişdəsizliyi,bacarıqsızlığı və passivliyi nəticəsində ölkə başçısının apardığı uğurlu siyasətə kölgə salınıb. Yəqin ki,2019-cu ili hamınız yaxşı xatırlayırsınız. Demək olar ki,həmin il yüksək ranqlı məmurların həbsləri ilə yaddaşlara həkk olunmuşdur. Onlar arasında çoxluq təşkil edənlər,məhz İcra başçıları idi.

Bilirsiniz ki,İcra başçıları ölkə Prezidentinin göstərişi ilə bu məsul vəzifəyə təyin olunurlar. Amma bir çox hallarda göstərilən etimadı doğrultmayan çox sayda İcra başçıları var ki,etimadan sui-istifadə edərək öz şəxsi maraqlarına xidmət edirlər. Təbii ki,bu kimi rəzil və rüsvay edici halların baş verdiyi anların ötən il şahidi olmuşduq. Hətta bəzi İcra başçıları əhali üçün ayrılan maliyyə vəsaitlərini və eyni zamanda dövlət tərəfindən aztəminatlı ailələr üçün nəzərdə tutulan ərzaq yardımın da mənimsəmişdilər. Bu siyahıda Biləsuvar,İmişli,Ağstafa,Neftçala və sair rayon rəhbərlərinin adları xüsusi qeyd olunmuşdur. Bu kimi halları biraz əskik ,biraz artıq rəqəmlə,bütün rayonlara şamil etmək məqbuldur. Bu timsalda kiçik bir məsələni diqqətinizə çatdırmaq istəyirik ki,Covid-19 pandemiyası hökm sürdüyü vaxt ölkədə sərt karantin rejimi tətbiq olundu. Bunun üçün dövlət rəhbəri tərəfindən aztəminatlı ailələrə müəyyən qədər ərzaq yardımı və müəyyən məbləğdə birdəfəlik maliyyə vəsaiti verilməsi haqda aidiyyatı qurumlara müvafiq göstərişlər verilmişdir.

Amma açıq etiraf edək ki,verilən göstərişlər heç də özünü doğrultmamışdır. Belə ki,büdcədən ayrılan maliyyə vəsaitləri nəzərdə tutulan ünvana düzgün çatdırılmaması ilə yanaşı,ayrılan ərzaq yardımları da təyinatı üzrə verilməmişdi. Bütün bunlardan narazı olan çox sayda sakinlər etiraz səslərini aidiyyatı qurumların diqqətinə çatdırılmaq üçün,mətbuata üz tutmuşdular. Həmin şikayətçilər arasında Cəbrayıl rayon sakinləri də yer almışdır. Adının anonim qalmasını xahiş edən xanım "İllərdir Səbail rayon ərazisində məskunlaşmışam. Uzun illərdir ki,övladlarıma həm atalıq həm analıq edirəm. Ailəmi minbir əziyyətlə dolandırırdım,amma sərt karantin rejiminin tətbiq olunmasından sonra bütün iş yerlərinin məhdudlaşması bizi olduqca çətin durumla üz-üzə qoydu. Övladımın xəstəliyi ilə bağlı həkimin yazdığı dərmanları ala bilmirəm. Bir dəfə də olsun Cəbrayıl rayon İcra orqanından qapımı döyüb,bizimlə maraqlanan olmayıb”-deyə giley güzaran etdi."

Əlbəttə ki,biz "DogruXeber.az" informasiya agentliyi olaraq vətəndaşın müraciətini nəzarətə götürüb,yaşadığı Səbail rayon İcra hakimiyyətinin birinci müavini Bayramova Xalidə xanımla telefon əlaqəsi saxladıq. Cəbrayıl rayon məcburi köçkün ailəsinin ağır durumda olduğunu bildirdik və o ailəyə müəyyən qədər yardım etmələrini xahiş etdik. Təbii ki,X.Bayramova xahişimizi yüksək səviyyədə qəbul edərək,qısa müddət ərzində köçkün ailəsinə ərzaq və maddi yardım dəstəyini təmin etmişdir. Bunun üçün zamanında öz təşəkkürümüzü bildirmişdik,amma bu gün də böyük qürurla Xalidə xanım və onun timsalında vəzifələrinə vicdan və ləyaqətlə xidmət göstərən bütün məmurlara dərin təşəkkürümüzü bildiririk.

Bəli,bu heç kəsə sirr deyil ki,bir çox İcra başçıları var ki,qurumun rəsmi saytında işlərini görüntü xarakterli olaraq yayımlayıb və sonra özlərini arxayın hiss edərək səltənətləri barədə düşünürlər. Düşünmürlər ki,verilən görəv onun üçün verilib ki,sakinlərin dərdləri ilə yaxından maraqlansınlar və lazımı qayda ilə onların dərdlərinə məlhəm olsunlar. Bir anlıq hesab edin ki,ailədə yeməyə heçnə yox və hər kəs ailə başçısından ümidlidir ki,hansısa bir addım atacaq. Amma ailə başçısı vəziyyəti öz gözləri ilə görə-görə düşünür ki,kimsə ona desin ki,biz acından ölürük. Bax bu nümunə,bir çox İcra başçılarına aitdir,ələlxüsus da Cəbrayıl rayon İcra başçısı Kamal İltifat oğlu Həsənova. Maraqlısı budur ki,5 ilə yaxındır ki,rayon sakinlərinin vəziyyəti ilə maraqlanmır. Hətta tam məsuliyyətimlə bildirə bilərəm ki,rayon sakinlərinin böyük əksəriyyəti bu şəxsin üzünü heç görməyiblər. Müşahidə üçün Qaradağ rayon Müşviqabad qəsəbəsi məcburi köçkün şəhərciyində kiçik sorğu aparılsa,qeyd olunanların acı həqiqət olduğunun canlı şahidi olacaqsınız.

Yuxarıda qeyd etmişdik ki,əksər məmurlar bəzi işləri görüntü xarakterli edib,qurumun rəsmi saytında işıqlandırırlar. Bunun necə baş verdiyinin kiçik nümunəsini sizlərin diqqətinə çatdırırıq. Yəqin ki,xatırlayırsınız 2019-cu ilin son aylarında ölkə başçısının göstərişi ilə başladılan kadr islahatları cəmiyyətdə böyük sevinclə qarşılanmışdır. Çünki,illərdir millətin "qanını soran” harınlamış məmurların çirkin əməllərinin nəticəsi olaraq,verilən cəzaya seyirciydilər. Paralel olaraq ölkə başçısı,rayon İcra başçılarına səyyar görüşlər keçirilməsi və sakinlərlə yaxın təmas qurmaları barədə göstəriş vermişdir. Bu göstərişi hər İcra başçısı bir üslubda həyata keçirirdi. Cəbrayılın İcra başçısı hörmətli K.Həsənov isə xüsusi bir qayda üzrə aparırdı. Nədir bu qayda? Necə keçirilir bu görüşlər? Bütün bu sualların çox sadə və bəsid bir cavabı var. K.Həsənov Müşviqabad köçkün şəhərciyində Cəbrayıl sakinləri ilə görüş keçirdiyi zaman,təhsil işçilərindən başqa keçirilən görüşdən heç kimin xəbəri olmazdı.

Bilirsiniz bu necə baş tuturdu? Görüş olan gün Cəbrayıl Təhsil Şöbəsinin müdirinə göstəriş verilir və o da məktəb direktoruna məlumat verir ki,müəllimlərdən tutmuş texniki işçilərə qədər hər kəs dərsdən sonra bir nəfər kimi,İcra başçısının keçirəcəyi iclasda iştirak etməlidir. Bəli,görüş bü cür də həyata keçirilir və sonra da qurumun rəsmi saytında qeyd olunur ki,İcra başçısı bu gün Müşviqabad köçkün qəsəbəsində Cəbrayıl rayon sakinləri ilə görüşdü. Halbuki,illərdir üzünü görməyən sakinlər var ki,fürsət axtarırlar ki,İcra başçısını görsünlər və dərdlərini ona desinlər. Amma atalar yaxşı demiş "sən saydığını say gör İcra başçıları nə sayır." Son olaraq bir məsələni də diqqətinizə çatdırmaq istəyirik ki,aldığımız məlumatlara görə,Cəbrayıl İcra başçısı iradlarımızdan nəticə çıxardaraq qurumun bəzi məsul vəzifələrindən "şofer və baytar"ların işdən çıxardılmasına start verib. Amma çox əfsuslar olsun ki,hələ də bu qurumda vəzifələr miras olaraq bir-birinə ötürülür. Bu haqda növbəti buraxlışlarımızda daha geniş bəhs edəcəyik. Bizi izləyin...!!!

Redaksiya qeyd olunan şəxslərin söz haqlarını tanıyır:[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Məşhur iş adamının “Karmen”i yenə aranı qatdı - Şirkəti ermənilərə un göndərib?
Abşeronda məktəbin keçmiş gözətçisi direktor müavinini döyüb - VİDEO
Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər - Açıqlama
“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - FOTO
Prezidentin köməkçisi:
Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur
Gəncə məhkəməsində nələr baş verir? - İLGİNC
Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - Gəncədə ÖZBAŞINALIQ!
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... - Azərbaycana milyardlarla dollar lazımdır
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
Erməni miflərinin puç edildiyi qızıl dönəm - GƏLİŞMƏ
İcra başçılarının sakinlərlə keçirdiyi görüşlərin qaranlıq tərəfləri
65 saat sonra dağıntılar altından 3 yaşlı körpə sağ çıxarıldı - İzmirdə möcüzə - FOTO
Düşmənin daha 30-a yaxın hərbçisi məhv edildi
Binali Yıldırım Bakıdadır - FOTO
Bu ölkədə qrip peyvəndi vurduranlar dünyasını DƏYİŞİR
Bu gündən tədrisin distant təşkilinə başlanıldı
Düşmənin Su-25 döyüş təyyarəsi məhv edildi
Düşmən Zəngilana hücum etmək istədi, ciddi itkilər verdi
Prezident Bağdad Amreyevi, Mustafa Rifatı, Adham İkramovu və Marat Şarşekeyevi qəbul edib
Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR
«    Декабрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏDƏNİYYƏT