Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR

Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR


Laçın dəhlizi - 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma "Dağlıq Qarabağ Respublikası" ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir.
Laçın dəhlizi Gorus – Şuşa – Kəlbəcər – Qubadlı arasında yerləşən coğrafi ərazidir. Bu ərazi strateji baxımdan çox əhəmiyyətlidir. Laçının şərq hissəsi Qarabağ silsiləsinin qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub yamaclarında ( Dəlidağ dağ, 3616 metr), qərbi Qarabağ vulkanik yaylasında yerləşir. Bu yüksəkliklərdən Qarabağın bütün ərazilərini müşahidə etmək mümkündür.

Uzun illər fəaliyyət göstərən Laçın dəhlizi, Ermənistanın Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yoludur. Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistan bu dəhlizi “nəfəs borusu” adlandırırdılar. Həm birinci Qarabağ müharibə dövründə, həm də indi Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təhcizatını bu yol vasitəsi ilə keçirir.

Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR


Ərazi etibarı ilə təbii resurslarla zənginliyi Laçın dəhlizinin əhəmiyyətini daha da artırır. Zəngəzur silsiləsinin bütün zirvə hissəsi başlanğıclarını Laçın dəhlizindən götürür. Bu dağ silsiləsi qalın otlaqlı yaylaqlardan, böyük çınqıllıqlardan, yeraltı və yerüstü mədənlərdən, mineral yataqlarından, eləcə də silsilənin ətəkləri isə nadir növlü ağaclara malik enliyarpaqlı meşələrdən və kolluqlardan ibarətdir. Zəngəzur dağ silsiləsinin şimal-şərq və cənub-şərq istiqamətlərində dağlar arasında xeyli sayda böyük şirin su ehtiyatına malik göllər vardır. Təsadüfi deyildir ki, Həkəri, Bərgüşad, Tərtər və Bazarçay çayları öz mənbələrini buradan götürür.

Laçın “dəhlizi” həm də Azərbaycan üçün strateji (tarixi əhəmiyyəti) olan ərazidir. Laçın ərazisində hələ tədqiq edilməmiş 500 tarix və mədəniyyət abidəsi, o cümlədən I-II əsrlərə aid qaya təsvirləri, 1 mağara, 5 antik qala, Siklop tipli yaşayış yerləri, kurqanlar, at – qoç fiqurları, pirlər, inanc yerləri, türbələr, məscidlər, Qafqaz Albaniyası dövrü memarlıq abidələri və s. var.

Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR


Laçın dəhlizinin işğalı

Dağlıq Qarabağın azərbaycanlılar yaşayan bir sıra şəhər və kəndini ələ keçirdikdən və mayın 8-də Şuşanı işğal etdikdən sonra Ermənistan silahlı qüvvələri öz məkrli planlarını - Ermənistanla birbaşa əlaqələri üçün Şuşa-Laçın-Zabux yolunu açmağa başladılar.

Artıq Laçın şəhərinin mərkəzi Turşsu və Gorus, Tex və Xınatsax istiqamətindən qrad və toplarla vurulurdu. Ermənistan bütün qüvvəsini, demək olar, buraya cəmləşdirmişdi.

Ermənistandan Qarabağa 3-cü dəhliz? - Mütləq bombalanmalıdır! (ANALİZ)

Mayın 16-17-si Laçında qalan digər hərbçilər də ərazini tərk etməyə başladılar. Yerli qüvvələr Laçının işğal ediləcəyini anlayaraq öz ailələrini şəhərdən çıxarır. Müdafiə Nazirliyinin bölmələri isə bölünərək Kəlbəcər və Qubadlı istiqamətinə çəkildilər. Bütün bunlar isə artıq Laçının süqutu demək idi. On minlərlə insanın yaşadığı 125 kəndin, 1 şəhərin, 1 qəsəbənin taleyi belə həll olundu. 101 ümumtəhsil məktəbi, 217 mədəniyyət mərkəzi, 140 səhiyyə obyekti, 200-dən çox IX-XV əsrlərə aid tarixi abidə hələ də erməni işğalçılarının tapdağı altındadır.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Məşhur iş adamının “Karmen”i yenə aranı qatdı - Şirkəti ermənilərə un göndərib?
Abşeronda məktəbin keçmiş gözətçisi direktor müavinini döyüb - VİDEO
Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər - Açıqlama
“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - FOTO
Prezidentin köməkçisi:
Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur
Gəncə məhkəməsində nələr baş verir? - İLGİNC
Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - Gəncədə ÖZBAŞINALIQ!
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... - Azərbaycana milyardlarla dollar lazımdır
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
Erməni miflərinin puç edildiyi qızıl dönəm - GƏLİŞMƏ
İcra başçılarının sakinlərlə keçirdiyi görüşlərin qaranlıq tərəfləri
65 saat sonra dağıntılar altından 3 yaşlı körpə sağ çıxarıldı - İzmirdə möcüzə - FOTO
Düşmənin daha 30-a yaxın hərbçisi məhv edildi
Binali Yıldırım Bakıdadır - FOTO
Bu ölkədə qrip peyvəndi vurduranlar dünyasını DƏYİŞİR
Bu gündən tədrisin distant təşkilinə başlanıldı
Düşmənin Su-25 döyüş təyyarəsi məhv edildi
Düşmən Zəngilana hücum etmək istədi, ciddi itkilər verdi
Prezident Bağdad Amreyevi, Mustafa Rifatı, Adham İkramovu və Marat Şarşekeyevi qəbul edib
Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR
«    Декабрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏDƏNİYYƏT