Bu rayonda vəzifələr "vərəsə"liklə ötürülür…

Bu rayonda vəzifələr "vərəsə"liklə ötürülür…


Müharibə şəraitindəyik,şanlı ordumuz hər ötən gün qəsbkar erməni terroçularına qarşı əks-hücum əməliyyatı keçirərək,düşmənə qarşı nəticəli uğurlar əldə edir. Bu cür uğurlu naliyyətlər xalqımızı və dövlətimizi olduqca sevindirir.

Amma təəssüflər olsun ki,bu sevinci yaşamağa mane olan bəzi səbəblər var ki,bu da bizi çox narahat edir. O səbəblər ki,məmur özbaşınalığı,səhlənkarlığı və verilən səlahiyyətdən sui-istifadə etmək və sair. Bu cür hallar olub,olur və olacaqdır.

Xatırlayırsınızsa, ötən ilin son aylarından etibarən ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən bir neçə yüksək ranqlı məmurlar öz vəzifələrindən azad edildi. Hətta onlar arasında bir neçəsi də oldu ki,vəzifələrindən azad edilmələri ilə yanaşı törətdikləri əməl və buraxdıqları nöqsanlara görə birbaşa həbsə göndərildilər. Ümidvarıq ki,bu proseslər hələ davam etdiriləcək,amma öndə olan məsələ ərazi bütövlüyünün təmin olunmasıdır ki,bu sahədə də işlər uğurla həyata keçirilir.

Qaldı ki,bugünkü mövzumuzun əsas məğzinə,əlbəttə ki,hər birimiz yaxşı xatırlıyırıq ki,bir zamanlar Cəbrayıl rayonunun keçmiş İcra başçısı Mahmud Quliyev barədə mətbuatda çox sayda mənfi xarakterli məlumatlar dərc olunmuşdur. Hərçənd ki,M.Quliyev xeyli vaxdır haqqın dərgahına qovuşub. Fürsətdən istifadə edərək ona Allahdan rəhmət diləyirik. O ki,qaldı barəsində gedən məlumatlara,o zaman da buraxılan nöqsanlar və aparılan idarəçiliyin olduqca zəif olması ilə əlaqələndirilirdi. Nəhayət ki,ictimailəşdirilən məlumatlar yuxarı dairələr tərəfindən nəzərdən keçdikdən sonra,İcra başçısı M.Quliyev işdən azad edildi.

DogruXeber.az informasiya agentliyi olaraq Cəbrayıl rayonuna yeni təyin edilən İcra başçısı haqda dolğun məlumatı sizlərə təqdim edirik:

Həsənov Kamal İltifat oğlu

Həsənov Kamal İltifat oğlu 02 oktyabr 1957-ci ildə Cəbrayıl şəhərində anadan olmuş, 1978- ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək, İqtisadçı ixtisasına yiyələnmişdir.
1978–ci ildən “Azərrabitətikinti” trestinin 6 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstəsində İqtisadçı kimi əmək fəaliyyətinə başlamışdır. 1978-1980-ci illərdə hərbi xidmətdə olmuş, 1980-1981-ci illərdə Cəbrayıl rayon Aqrar İstehsalat Birliyində təftişçi-mühasib, 1981-1989-cu illərdə Azərbaycan LKGİ Cəbrayıl rayon Komitəsində təlimatçı, şöbə müdiri, 1989-1991-ci illərdə Cəbrayıl rayon XDS İcraiyyə Komitəsində Sosial-hüquq şöbəsinin müdiri, 1991-1993-cü illərdə Cəbrayıl rayon İcra hakimiyyəti başçısı aparatında baş məsləhətçi, 1993-1996-cı illərdə “Çinar” Kommersiya bankında İdarə heyətinin sədr müavini, Sədr, Şuranın məsul katibi, 1996-cı ildən 18.04.2016-cı il tarixədək isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Baş müfəttiş, şöbə müdiri vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2016- cı il tarixli Sərəncamı ilə Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin olunmuşdur.

Qeyd: Kamal Həsənovun atası İltifat Həsənov Aqrar İstehsalat Birliyinin (Aqraprom) rəisi olmuşdur.
Artıq uzun illərdir bu rayona rəhbərlik edən K.Həsənov çalışdığı bu illər ərzində rayon sakinləri üçün,heç də uğurlu işlərə imza atmayıb. Əksinə,gəldiyi gündən etibarən insanlarla yaxın təmasdan kənar olmağa çalışıb. Halbuki,əvvəlki İcra başçısı M.Quliyev Bakıda yaşayan sakinləri ayda azı iki dəfə qəbul edirdi. Amma K.Həsənov gəldiyi gündən qısa bir zamanda bu qəbulu həftədə bir dəfəyə endirdi. Hətta əksər hallarda həftədə bir dəfə keçirilən qəbul günlərini müavinlərinə həvalə edirdi. Bu isə heç də xoş olmayan hal kimi sakinlər arasında böyük narazılığa səbəb olmuşdur.

Bir maraqlı məqamı diqqətinizə çatdırım ki,bu rayonun bütün qurumlarında məsul vəzifədə çalışan hər bir kəs sanki həmin vəzifəni vərəsə olaraq özündən sonra mütləq şəkildə öz qohumuna,yaxınına və dostuna həvalə edir. Bu haqda növbəti braxlışımızda daha geniş və daha əhatəli bütün məlumatları diqqətinizə çatdıracağıq.
Bizi izləyin...!!!

Kamal Əsgərov[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Millimizin baş məşqçisi:
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ
İlham Əliyev:
Bu rayonda vəzifələr
Prezidentin köməkçisi:
Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edildi
Erməni qadın Azərbaycan əsgərlərinə: “Evinizə xoş gəldiniz!” - VİDEO
Ermənilər döyüş bölgələrini tərk edir
Rüstəm Xəlilov: Güclü Ordumuz, Müdrik Dövlət Başçımız və onlara dəstək olan xalq birliyi var
Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Mehdiyevin adamı NARAZILIQ YARADIR... - Ağcabədidə ETİRAZ
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY
2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual
Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
«    Октябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT