Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR

Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR


İllərdir ki, mərc oyunları Azərbaycanda valyuta bazarına təzyiq yaradır.

Mövzunun aktuallığını nəzərə alaraq Sfera.az Analitik Qrupu bu mövzuda cəmiyyətdə dolaşan 10 sualı cavablandırıb:

1. Hər il Azərbaycan vətəndaşları online mərc oyunlarında nə qədər pul uduzur?

İl ərzində (2020-ci il hər sahədə olduğu kimi bu sahədə də istisnadır) mərc oyunlarının bütün seqmentləri üzrə dövriyyənin 800 milyon ilə 1 milyard AZN olduğu güman edilir.

2. Bu vəsaitin nə qədəri TOPAZ-ın payına düşür?

TOPAZ bu dövriyyənin ən yaxşı halda 30-35%-nə nəzarət edə bilir. Təxminən illik 300-330 milyon AZN

3. Bu vəsaitin nə qədəri qara bazarın payına düşür?

İldə 500-700 milyon AZN-lik dövriyyə illeqal saytların payına düşür. Rəqəmlərdəki dəyişiklik il ərzində böyük futbol turnirlərinin (Avropa vəya Dünya Çempionatı) keçirilməsindən asılı olur.

4. Topaz nə qədər təmiz gəlir əldə edir? Gəlir alqoritmi necə qurulub?

TOPAZ-ın gəliri ümumi dövriyyənin təxminən 30%-ni təşkil edir - illik təxminən 90 milyon AZN. Bu məbləğin bir hissəsi vergi və s ödəmələrə gedir, qalan hissə isə xalis mənfəətə çevrilir.

5. Qara bazar nə qədər təmiz gəlir əldə edir?

Qara bazar 500-700 milyon AZN-lik dövriyyə zamanı 70-100 milyon AZN gəlir əldə edir və təbii ki, burda hansısa vergi ödəməsi nəzərdə tutulmur.

6. TOPAZ niyə qara bazarı leqallaşdıra bilmir?

Ədalət naminə demək lazımdır ki, bu sahədə TOPAZIn "günahı"ndan çox ölkənin bu sahədə tətbiq etdiyi əlverişsiz vergi rejimidir. Dövriyyə vergisi, həmçinin oyunçulara tətbiq olunan gəlir vergisi nəticədə qara bazarı inkişaf etdirir.

Eyni zamanda bu sahədə requlyator rolunu oynamalı olan Azəridmanservis son 6 ildə TOPAZ-dan təxminən 100 milyon manat gəlir əldə etsə də öz işinin öhdəsindən gəlmir.

7. Qara bazardan offşor banklara uzanan sxem necə qurulub?

İlleqal saytlar Kurasao və Kipr kimi yurisdiksiyalarda qeydiyyatdan keçdikdən sonra fəaliyyətlərini "pərdələyərək" MCC (merchant category code) kodlarını dəyişir və online ödəmə zamanı sanki başqa fəaliyyətlə məşğul olurmuş kimi vəsaitlərin birbaşa bu offşor hesablara köçməsinə nail olurlar.

8. Azərbaycan bankları necə pulların ölkədən çıxmasına səbəb olur?

Banklar bu faəliyyətdən xəbərdardırlar. Sadəcə illik 700 milyon vəsaitin onların üzərindən keçməsindən əldə edilən komissiya onları buna "göz yummağa" vadar edir.

Bunun qarşısının alınması isə çox sadədir. Gün ərzində sadə monitorinq vasitəsi ilə hansı mərc saytının hansı şirkət üzərindən vəsaiti xaricə çıxardığını müəyyənlşdirib həmin "müştəri"yə xidmət göstərməyi dayandırmaqla bu vəsaitin çıxışına mane olmaq olar.

9. İldə vətəndaşlarımıza nə qədər ziyan dəyir?

İl ərzində vətəndaşa dəyən ziyan Topaz və qara bazarla birlikdə ortalama 180-200 milyon AZN təşkil edir.

10. İldə ölkədən nə qədər valyuta çıxır? Nə qədər vergidən yayınma baş verir?

500-700 milyon AZN-lik bir dövriyyə zamanı vergi itkisi təxminən 70-80 milyon AZN təşkil edir. İlleqal saytların Azərbaycandan il ərzində çıxardığı valyuta həcmi isə yüz milyonlarla ABŞ dolları həcmindədir. //Sfera.az//[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Millimizin baş məşqçisi:
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ
İlham Əliyev:
Bu rayonda vəzifələr
Prezidentin köməkçisi:
Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edildi
Erməni qadın Azərbaycan əsgərlərinə: “Evinizə xoş gəldiniz!” - VİDEO
Ermənilər döyüş bölgələrini tərk edir
Rüstəm Xəlilov: Güclü Ordumuz, Müdrik Dövlət Başçımız və onlara dəstək olan xalq birliyi var
Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Mehdiyevin adamı NARAZILIQ YARADIR... - Ağcabədidə ETİRAZ
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY
2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual
Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
«    Октябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT