"Oqtay Əsədovun qudası Samuxda insanlara zülm edir..." - İTTİHAM

"Oqtay Əsədovun qudası Samuxda insanlara zülm edir..." - İTTİHAM


“Onlaq ancaq çalışırlar ki, xalq arasında narazılıq yaratsınlar. Bunu da Azərbaycanda cənab prezident çox gözəl görür və ona görə də bu adamların vəzifədən getməsi onlar üçün böyük hədiyyə olardı”

Bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Partiya sədri bu gün vəzifədən çıxarılacaq icra başçılarının fəaliyyətinin yoxlanmasının vacibliyini vurğulayıb:

“Artıq ölkədə kadr islahatları başlayıb, cənab prezident bunu ardıcıl şəkildə həyata keçirir. Bu kadrların da səksən faizi R.Mehdiyevin adamlarıdır. Özünüz də şahidisiniz ki, Ziya Məmmədovun da kadrları Ucarda vəzifədədir. R.Mehdiyevin qoyduğu insanların hamısı vəzifədədir və saxtakarlıqla məşğuldurlar, ölkədə gedən inkişafa uyğunlaşa bilmirlər və ancaq təxribatla məşğul olurlar. Onlaq ancaq çalışırlar ki, xalq arasında narazılıq yaratsınlar. Bunu da Azərbaycanda cənab prezident çox gözəl görür və ona görə də bu adamların vəzifədən getməsi onlar üçün böyük hədiyyə olardı. Onların hər birinin fəaliyyəti yoxlanılıb həbs edilməlidir. Rayonlara ayrılan pulları R.Mehdyevlə birlikdə yeyiblər və hətta zəng vurub deyiblər ki, yediyiniz pulun 60-70 faizini geri qaytarın. Məsələn, vaxtilə Salyanın icra başçısı T.Kərimova göstəriş vermişdilər ki, pulu geri qaytar, o, pulu geri qaytarmadığı üçün başına oyun açdılar.

Bu gün rayonların əksəriyyətində narazılıq, haqsızlıq, camaatın torpaq sahələrinin əlindən alınması halları var. Xalqla dövlət arasında bu cür narazılıq salan məmurların hamısı həbs edilməlidir. Onları belə buraxsaq, yığdıqları milyardların hesabına gedib yaşayacaqlar. Həmin adamlar yığdıları pulları dövlət çevrilişinə xərcləriylər və hər biri də müəyyən media qruplarında dövlət başçısının əleyhinə əks-təbliğat aparırlar. Bizim Samux rayon təşkilatının rəhbərinin məktublarını ortaya qoysaq, görərsiniz ki, rayonun icra başçısı xalqa necə zülm edir. Ölkə başçısı keçən dəfə çıxışında dedi ki, “Hansı rayona gedirəm soruşuram deyirlər ki, hər şey əladır. Amma sonra baxırsan ki, heç də belə deyil”. Bu icra başçıları rayonun girişini bəzəyib ölkə başçısı gələndə ona göstərirlər. Amma gedin görüm kəndlərdə vəziyyət necədir. Elə kəndlər var ki, nə yolu, nə qazı, nə də işığı var. Ölkə başçısı bu işlərə pul ayırıb, amma hamısını özlərinə xərcləyiblər.

R.Mehdiyevin əlində milyardlarla pulu var və o, bu pulla xalqı küçələrə çıxarıb dövlət başçısının əleyhinə qaldırmaq istəyir. Bu torpaq, vətən hamımızındır, ürəyim yandığı üçün bunları deyirəm. O, icra başçılarından soruşmaq lazımdır ki, siz maaşla bu qədər mülkləri necə əldə etmisiniz? İcra başçıları vətəndaşların problemləri ilə maraqlanmırlar. Biz çalışmalıyıq ki, bu cür işlərlə başımızı qatmayaq və türk ordusunun iştirakıyla Dağlıq Qarabağın işğaldan azad edilməsi üçün dövlət başçısının yanında olaq”.

Xatırladaq ki, Beyləqan, Lerik, Tovuz, Astara, Samux və Qəbələnin icra başçılarının vəzifədən azad ediləcəyi bildirilir. Onların bəzilərinin hətta həbs olunması ehtimalının da böyük olduğu deyilir.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Mehdiyevin adamı NARAZILIQ YARADIR... - Ağcabədidə ETİRAZ
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY
2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual
Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT