Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?

Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?


Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri, Prezidentin köməkçisi Kərəm Həsənov yenidən gündəmə gəlib. ANAXEBER.info yada salır ki, Kərəm Həsənov bir müddət əvvəl azərbaycanlı “qanuni oğru”, kriminal dünyada “Lotu Quli” kimi tanınan Nadir Səlifovun qətl hadisəsinin fonunda gündəmə gəlmişdi.
Mediada yayılan xəbərlərdə bildirilirdi ki, Lotu Qulinin qətlə yetirildiyi “Alva Donna Exclusive Hotel Spa” adlı otel əvvəllər Habil Nadiroğlu adlı iş adamına məxsus olan “Alva Donna Qrup” 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərində yerləşən “Vertex İnvestment Limited” şirkətinə satılıb. Adıçəkilən şirkət daha sonra Alva Donna Group şirkətlərinin idarə heyətinin sədri olaraq Sərxan Babayev adlı şəxsə səlahiyyət verib. Bu şəxs həm də “DetAl Holdinq”in baş direktoru olub. Adıçəkilən holdinq isə əsasən Gəncə Alüminium Zavodunun idarə edilməsi ilə bağlı məşhurlaşıb.
Sərxan Babayevin Kərəm Həsənovun yaxın adamı olduğu bildirilir. Bu faktdan çıxış edərək belə iddalar səsləndirilir ki, əslində otel də Kərəm Həsənova məxsusdur. Bu dəfə isə Kərəm Həsənov qudası, keçmiş icra başçısı Elmar Vəliyevlə yol verdiyi qanunsuz əməllərə görə gündəmə gəlib. Cavad Xan Tarix Mədəniyyət Qoruğunun vitse-prezidenti Müzadil Həsənov mediaya açıqlamasında bildirib ki, Kərəm Həsənov qudası ilə birgə Hacıkənd qəsəbəsini demək olar ki, zəbt edib. “Elmar Vəliyev vaxtı ilə Gəncədə geniş miqyaslı abadlıq, quruculuq işləri” adı altında Gəncənin ən məşhur tarixi yay istirahət məkanı olan Hacıkənd, 150-160 il yaşı olan bu qəsəbə bütün tarixi binaları ilə birlikdə ekskavatorun qabağına verilib dağıtdırdıldı. Sonra da bu yerləri qudası Kərəm Həsənovla birlikdə qeyri-qanuni yollarla özəlləşdirdi. İndi isə illərdir viran qalmış bu əraziləri artıq satışa çıxarıblar”, - deyə Müzadil Həsənov vurğulayıb.
Kərəm Həsənov vəzifə sahibləri arasında ən çox tənqidə tuş gələn məmurlar kateqoriyasına daxildir. O Əmlak Məsələləri Komitəsinin rəhbəri olanda müxtəlif ittihamlarla zəngin olan materiallar mətbuat səhifələrini bəzəyirdi. Ona görə də gözlənilirdi ki, o elə islahatların ilk dalğasında vəzifəsini itirəcək. Hətta Kərəm Həsənovun məsuliyyətə cəlb olunacağı barədə də ehtimallar irəli sürülürdü. Amma gözləntilərin əksi baş verdi. Kərəm Həsənov məsuliyyətə cəlb olunmadı, Əmlak Məsələləri Komitsənin sədri vəzifəsini itirsə də, işsiz qalmadı. Lakin bununla belə, onun da istefaya göndəriləcəyi barədə iddiaların ardı-arası kəsilmir. Bu arada qeyd edək ki, Kərəm Həsənovun adı “MTN işi”ndə də hallandırılırdı. Həmin vaxt bildirilirdi ki, Eldar Mahmudov və dəstəsinin ayrı-ayrı sahibkarldan aldığı əmlakın özünükünləşdirilməsi prosesi Kərəm Həsənovun əlilə olub. Hələ o zaman deyilirdi ki, bu məsələ onun sonunu yaxınlaşdıra bilər. Amma hakimiyyət bu məsələdə Kərəm Həsənovu əfv etdi. Bəs cəmiyyətdə narazılığın artdığı, geosiyasi oyunların gərgin fazaya qədəm qoyduğu və Azərbaycan üçün kifayət qədər həssas olan bir dövrdə hakimiyyət üçün arzuolunmaz addımlar atan Kərəm Həsənov bu dəfə əfv ediləcəkmi?\
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq![xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Mehdiyevin adamı NARAZILIQ YARADIR... - Ağcabədidə ETİRAZ
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY
2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual
Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT