Rayonlara gedən bu sürücülər cərimələnəcək — RƏSMİ AÇIQLAMA

Rayonlara gedən bu sürücülər cərimələnəcək — RƏSMİ AÇIQLAMA


Daxili İşlər Nazirliyi Bakıya giriş-çıxışa sərbəst icazə verildikdən sonra kütləvi sərnişindaşımaya necə nəzarət olunması ilə bağlı məsələyə aydınlıq gətirib.
DİN Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qeydi-qanuni sərnişindaşımaya statsionar postlarda və inzibati ərazilərin daxilində nəzarət olunacaq: “Avtobuslarla qanunsuz sərnişin daşınması məsələsi ilə bağlı bildirirəm ki, bizim rayonlararası yollarda kifayət qədər stasionar postlarımız var. Yəni şərt deyil ki, konkret karantin postunda sərnişindaşımaya nəzarət olunsun. Bildiyiniz kimi, sərnişin nəqliyyatının, yəni avtobus və mikroavtobusların hərəkətinə yalnız avtovağzallardan icazə verilir. Hər bir avtovağzal da hansısa rayon, yaxud şəhərin daxilindədir, onlara da nəzarət bilavasitə daxildə edilməlidir. Amma ola bilsin ki, hansısa sürücünün ətraf qəsəbələrdən, yaxud ayrı-ayrı məhəllələrdən sərnişin götürüb qeyri-qanuni daşıma ilə məşğul olduğu aşkarlanarsa, həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunacaqlar. Vətəndaşlar taksilərin fəaliyyətindən istifadə edə bilərlər.
Avtobusların hərəkəti ilə bağlı isə ola bilər ki, yaxın vaxtlarda bu məsələyə yenidən baxılsın və ölkədəki sanitar-epidemioloji vəziyyətdən asılı olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müvafiq qərar qəbul edilsin. Hər halda hər şey vətəndaşlarımızın pandemiya dövründə infeksiyanın yayılmasının qarşısının alınması üçün tələb edilən qaydalara, yəni tibbi maskaların istifadə, ara məsafəsinin qorunması kimi çətin olmayan, lakin çox vacib prosedurların nə dərəcədə yerinə yetirilməsindən asılıdır. Hər kəs ən azından özünü qoruya bilsə, yoluxmanın sayı azalar və qüvvədə olan digər məhdudiyyətlər də tezliklə götürülər”.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Mehdiyevin adamı NARAZILIQ YARADIR... - Ağcabədidə ETİRAZ
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY
2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual
Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT