TƏKCƏ AĞAC DEYİL, ADAM DA KƏSMƏYƏ HAZIR OLAN MEŞƏ MƏMURLARI - VİDEO

TƏKCƏ AĞAC DEYİL, ADAM DA KƏSMƏYƏ HAZIR OLAN MEŞƏ MƏMURLARI - VİDEO




Avqustun 28-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbər şəxsləri Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzində vətəndaşları qəbul ediblər. Xezerxeber.az-ın məlumatına görə, görüşdən sonra Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, həmin gün 20-yə yaxın vətəndaş qəbul edilib. Görüşdə meşələrin qırılması ilə bağlı yayılan məlumatlar araşdırılıb və şikayətlər dinlənilib.

Firdovsi Əliyev qeyd edib ki, bu işdə meşə işçilərinin əli varsa, onlar haqqında mütləq tədbir görüləcək. Kimlərinsə adına sosial şəbəkələrdə saxta profillər açaraq qərəzli fikirlər səsləndirənlərin də hər biri lazımi cəzasını alacaq. Nazir müavininin sözlərinə görə, yerindəcə aparılan operativ araşdırmalar göstərib ki, şikayətçilərin bir qismi əvvəllər meşə gözətçiləri işləyib və yol verdikləri müəyyən qüsurlara görə işindən azad edilib, hətta barəsində 3 maddə ilə cinayət işi açılan "narazı" şəxslər var.



Firdovsi Əliyev onu da deyib ki, bunlarla yanaşı, görüşdə digər müraciət və şikayətlərin bir hissəsinin yenidən araşdırılmasına zərurət olduğu müəyyənləşdirilib, bəzi faktların isə təhqiqat üçün hüquq mühafizə orqanlarına göndərilməsi qərara alınıb.

Lakin meşələrin qırılmasından narahat olan Lerik sakinləri Firdovsi Əliyevin həmin görüşdəki çıxışında söylədiklərini qeyri-səmimi hesab edirlər və bildirirlər ki, “Xəzər” televiziyası onların həmin görüşdə Nazirlik mənsubları ilə söhbətindən əhəmiyyətli məqamları “doğrayıb”, izləyicilərə təqdim etməyib.

Redaksiyamıza video-material göndərən Lerik sakinləri aşkarladıqları faktları göstərmiş və göstərdiklərinə izahlı şərh vermişlər:

“Bu gün səhər saat 6-da Lerik meşələrini “N” saylı dolayısın da olduq. Meşələrə qənim kəsilən Füzuli Məmmədov və onun başda oturanları əməlli-başlı soyqırım aparırlar. Ona görə “N” saylı deyirik ki, sayı dəqiq göstərsək, gəlib biz aşkar etdiyimiz iki yüzdən çox qanunsuz qırıntını çıxdaş edib, 10 ədəd qırıntı rəsmiləşdirib, “çəkicləyəklər” ki, bəs “qırıntı sahəsidir”. Cavan ağaclar kök üstdən qırılır. Vəziyyət çox acınacaqlıdır. Nazir müavini Firdovsi Əliyev, Namik Xıdırov, siz efirdə çıxış edib bizi günahlandırdınız ki, biz şikayətçilər qərəzliyik, guya yaydığımız informasiyalar yalandır. Əslində isə bizim məqsədimiz Lerik meşələrinin qırılmasının qarşısını almaqdır və ona görə şikayət edirik. Bizim heç kimlə şəxsi qərəzliyimiz yoxdur.

Hörmətli Firdovsi müəllim, biz həmin qırıntıları bizi müşahidə edəcək hər hansı kəsə əyani göstərə bilərik. Onda görərsiniz ki, biz yalan danışırıq, yoxsa Sizin inandığınız meşələrə qənim kəsilən işçiləriniz və dostlarınız Rəfail Tahirov, Füzuli Məmmədov. Yenə də qeyd edirəm, amalımız Lerik meşələrini qorumaq və gələcək nəsillərə ötürməkdir. 2019-cu ilin sentyabr ayından şikayətçiyəm. Heç kəs bizim şikayətlərimizə baxmır. Cənab nazir Muxtar Babayev, Sizi aldadırlar. Xahiş edirik, bizim səsimizə səs verin. Etibar etdiyiniz adamı göndərin, gəlsin bizim iştirakımızla yoxlama aparsın. Bunları meşəçi eləməz, yalnız meşədən başı çıxmayan, anlayışı olmayan, təbiətə düşmən kəsilən adam belə hallara rəvac verər”.

Saytımızın sadiq izləyiciləri xatırlayarlar ki, “Azinfo.tv” olaraq dəfələrlə meşələrin talan edilməsinə dair faktları ictimailəşdirmişik, aiidyyati qurumlara məktubla müraciət edib onların rəhbər vəzifəli şəxslərinin diqqətini problemə cəlb etməyə çalışmışıq. Xüsusilə də son dövrlər video-foto materialların müşayiət ilə dərc etdiyimiz “Sahibsiz qalan Lerik meşələrinə sahib çıxacaqmı?”, “Lerik meşələrində “yaşıl soyqırım” davam edirilir”, “Qəzəbə tuş gələn Lerik meşələrinin acı macəraları”, “Azerinfo.az” portalının rəhbəri təhdid olunur” sərlövhəli məqalələr cəmiyyətdə geniş ictimai rezonans doğursa da, çifayda, “yaşıl soyqırım” dayandırılmayıb. Sabiq nazir Hüseynqulu Bağırovun idarəçiliyi dönəmində yol verdikləri neqativ hallara görə işdən kənarlaşdırılan şəxsləri sonradan cənab Muxtar Babayev nazir təyin olunandan sonra nazir müavini Firdovsi Əliyev sabiqlər sırasından dostlarını, tələbə yoldaşlarını yenidən əvvəlki vəzifələrinə bərpa etdirə bilib. Bəzlərini isə özlərini də olmasa, qardaşlarını, qardaşı uşaqlarını vəzifəyə gətirərək, incikliklərini qarşılayıb.

Əvvəl yazdıqlarımızdan bəzi sitatların altını cızırıq:

“Bir müddət əvvəl Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin direktoru olmuş Qardaş Əfəndiyevin işlədiyi dövrlərdə nəzarət çox güclü olduğundan meşə qırıntılarına ümumiyyətlə rast gəlmək olmurdu. Olsa da çox az və dərhal ölçü götürülürdü. Nədənsə, görünür, belə dürüs idarəçlik monopolistlərə sərf eləmədiyindən, Qardaş Əfəndiyev rəhbərlikdən kənarlaşdırıldı. İnd həmin vəzifədə işləyən Füzuli Bayramov günü -gündən öz yerini bərkidərək sanki öz biznes şəbəkəsini genişləndirir. Vəzifəli şəxslərin havadarlığı ilə meşələrin qırılması, ağacların məhv edilməsi hesabina biznes və alver baş alıb gedir. Çox təssüflər olsun ki bütün bu qanunsuzluqlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran 1 saylı Ərazi Üzrə Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Rəfael Tahirovun gözü qarşısında baş verir”.

Lerik meşələrindən işlik materialların yük maşınları ilə Lənkəran - Masallı istiqamətinə daşınmasını da daim diqqət mərkəzində saxlamışıq. Dəqiqləşdirmişik ki, meşələrin mühafizəsi ilə vəzifələndirilmiş şəxslərin özlərinin Lənkəran – Masallı ərazisində ağac emalı sexləri vardır.

İndiyədək bu möpvzuda rast gəldiyimiz ən tükürpədici olay isə Rəfael Tahirovla Lənkəran Regional Meşə Təsərrüfatı İdarəsinin Füzuli Bayramovdan əvvəl direktoru olmuş Şahin Cəfərov ilə çevirdiyi işdəycə olmuşdur. Cütlük təhdid etdiyi bir meşə gözətçisini vaxtilə pulunu mənimsədikləri vətəndaş Salman Həşimovu şərləmək üçün alətə çevirməyə çalışmışdı. Səbəb Salmanın haqsızlıqla barışmayaraq meşələrdə baş verən talanı açıb göstərməsinin qarşısını almaq istəkləri ilə bağlı idi. Həşimov Salman Qəhrəman oğlu Lənkəran, Lerik və Astara meşələrindən qanunsuz olaraq böyük diametrli nəhəng ağacların məqsədyönlü şəkildə kəsilərək məhv edildiyini əks etdirən video – kadrlar çəkib paylaşırdı. Onu zərərsizləşdirmək üçün gözətçini məcbur ediblərmiş ki, özünə xəsarət yetirsin və bunun məhz Salman tərəfindən edildiyi barədə polisə şikayət etsin. Gözətçi özünə xəsarət yetirməyə tərəddüd edəndə isə özləri onu bıçaqla yaralayıblar. Vəd ediblər ki, bu tədbir Salmanı yalnız qorxutmaq üçündür. Ancaq həmin şəxs başa düşəndə ki, məqsəd qurbanı əslində qorxutmaq deyil, həbsinə nail olmaqdır – hədəf barədə şikayətindən geri durub, əksinə, təşkilatçıları ifaşa etməyə çalışıb. Amma nədənsə, yerli hüquq-mühafizə və cinayət təqbi orqanları məsələnin “başını buraxıblar”, meşə məmurlarının təkcə ağac deyil, həm də adam kəsdiklərinin aşkar dəlillərini “görməyiblər”. Görmək istəməyiblər.

Mövzuya qayıdacağıq.


TƏKCƏ AĞAC DEYİL, ADAM DA KƏSMƏYƏ HAZIR OLAN MEŞƏ MƏMURLARI - VİDEO

TƏKCƏ AĞAC DEYİL, ADAM DA KƏSMƏYƏ HAZIR OLAN MEŞƏ MƏMURLARI - VİDEO
TƏKCƏ AĞAC DEYİL, ADAM DA KƏSMƏYƏ HAZIR OLAN MEŞƏ MƏMURLARI - VİDEO
TƏKCƏ AĞAC DEYİL, ADAM DA KƏSMƏYƏ HAZIR OLAN MEŞƏ MƏMURLARI - VİDEO
TƏKCƏ AĞAC DEYİL, ADAM DA KƏSMƏYƏ HAZIR OLAN MEŞƏ MƏMURLARI - VİDEO
TƏKCƏ AĞAC DEYİL, ADAM DA KƏSMƏYƏ HAZIR OLAN MEŞƏ MƏMURLARI - VİDEO
TƏKCƏ AĞAC DEYİL, ADAM DA KƏSMƏYƏ HAZIR OLAN MEŞƏ MƏMURLARI - VİDEO
TƏKCƏ AĞAC DEYİL, ADAM DA KƏSMƏYƏ HAZIR OLAN MEŞƏ MƏMURLARI - VİDEO
TƏKCƏ AĞAC DEYİL, ADAM DA KƏSMƏYƏ HAZIR OLAN MEŞƏ MƏMURLARI - VİDEO[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Mehdiyevin adamı NARAZILIQ YARADIR... - Ağcabədidə ETİRAZ
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY
2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual
Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT