Yardımlı icra hakimiyyətinin başçısı məhkəməyə verildi: - Şok səbəb

Yardımlı icra hakimiyyətinin başçısı məhkəməyə verildi: - Şok səbəb


“Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Yardımlı rayon İcra Hakimiyyətini, Yardımlı rayon Astanlı Ərazi İcra Nümayəndəliyini, Yardımlı rayon Astanlı bələdiyyəsinə Yardımlı Astanlı Həkim Ambulatoriyasını, Yardımlı rayon Astanlı kənd klubunu, Yardımlı rayon Astanlı Poçt şöbəsini məhkəməyə verib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, MMC qeyd olunan cavabdehlərdən 155.912.610 manat pul vəsaitinin və 150.000 manat mənəvi ziyan tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisad Məhkəməsinə müraciət edib.

İddiaçı qeyd edib ki, “Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti 17 iyun 2003-cü ildə təsis edilib və Dövlət qeydiyyatından keçib.

İddiaçının nümayəndəsinin qeydlərinə görə, 2003-cü ildən Yardımlı rayon İcra Hakimiyyətinin göstərişi ilə “Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Astanlı Ərazi İcra Nümayəndəliyi arasında Astanlı Ərazi Nümayəndəliyi üçün inzibati idarə binasının tikilməsi ilə bağlı müqavilə bağlanıb.

“Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti layihə və smeta dəyərini müəyyən edərək (smetanın dəyəri 155.912.610 manat), təsdiq edilməsi üçün Yardımlı rayon İcra Hakimiyyətinə təqdim edib.

İcra başçısı bildirib ki, işlərə başlayın tezliklə tikinti üçün lazım olan vəsaiti, yəni smetada göstərilən məbləği, 155.912,610 manatı “Araz” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi barədə göstəriş veriləcək, “Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti 1 oktyabr 2004-cü il tarixdə binanı layihəyə uyğun olaraq Yardımlı rayon İcra Hakimiyyətinə tam təhvil verib.

Lakin Yardımlı rayon İcra Hakimiyyəti smetada müəyyən olunmuş və təsdiq edilmiş pul vəsaitini “Araz” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürməyib.

Yardımlı rayon İcra Hakimiyyətinə müraciət etdikdə büdcədə hələ pul olmadığından gözləmələri bildirilib.

“Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həmin tikilidə Astanlı Ərazi İcra Nümayəndəliyi, Astanlı bələdiyyəsi, Astanlı Həkim Ambulatoriyası, Astanlı kənd klubu və Astanlı Poçt şöbəsi ilə 1 il müddətinə haqqı ödənilmədən binada yerləşmək və fəaliyyət göstərmək üçün müqavilə bağlanıb.

Bu günə kimi də Astanlı Ərazi İcra Nümayəndəliyi, Astanlı bələdiyyəsi, Astanlı Həkim Ambulatoriyası, Astanlı kənd klubu və Astanlı Poçt şöbəsi də hal-hazırda tikilidə fəaliyyət göstərir, heç bir icarə haqqı ödəmədən orada yerləşir.

Şirvan İnzibati-İqtisad Məhkəməsi “Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Yardımlı rayon İcra Hakimiyyətinə, Yardımlı rayon Astanlı Ərazi İcra Nümayəndəliyinə, Yardımlı rayon Astanlı bələdiyyəsinə Yardımlı Astanlı Həkim Ambulatoriyasına, Yardımlı rayon Astanlı kənd klubuna, Yardımlı rayon Astanlı Poçt şöbəsinə qarşı iddia ərizəsini təmin etməyib.

Bundan sonra “Araz” Məhdud Məsuliyyətli Cəmiyyəti apelyasiya şikayəti verib.

Şirvan Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasında hakm Zeynal Zeynalovun sədrliyi ilə baş tutan iclasda Araz” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rafiq İslam oğlu Tağıyevin iddia ərizəsi təmin olunmayıb.

Qeyd edək ki, hazırda Yardımlı İcra hakimiyyətinin başçısı Ayaz Nəriman oğlu Əsgərovdur.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
“Binə” Ticarət Mərkəzi açılır — FOTO
Sabahın havası — Şimşək, yağış, dolu...
Rayonlara gedən bu sürücülər cərimələnəcək — RƏSMİ AÇIQLAMA
Prokurorluq Qurban Məmmədovla bağlı araşdırmaya başladı
Balaxanıda fotosessiya izdihamı — VİDEO
Azərbaycanda pensiya ilə bağlı mühüm dəyişiklik — AÇIQLAMA
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır — 16 nəfər ölüb
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər — AÇIQLAMA
AZAL Türkiyəyə gedənlərə müraciət etdi
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT