Onkoloji xəstəni intihar həddinə çatdırıblar... - Müraciət...

Onkoloji xəstəni intihar həddinə çatdırıblar... - Müraciət...


Bakı sakini Məmmədova Sevinc Məmməd – Tağı qızı 2019-cu ildən bəri onkoloji xəsətliyi ilə əlaqədar əlillik ala bilmir. ANAXEBER.info xəbər verir ki, o bu barədə Birinci-vitse prezident Mehriban Əliyevaya ünvanladığı məktubda yazıb. Onun sözlərinə görə, xərçəng xəstəliyindən əziyyət çəkir və Hövsan qəsəbəsindəki 23 saylı poliklinikanın rəhbərliyi bu vəziyyətində onu intihar həddinə çatdırıb. “2019-cu ilin dekabrından əlilliklə bağlı bütün sənədlərimi toplayıb Hövsan qəsəbəsində 23 sayl poliklinikaya təqdim etmişdim. Məni onkoloq Nərgiz qəbul etdi və süründürməçiliyə başlandı. Halım olmadığı üçün onkologiyadakı həkimim USM-dən imtina etməyimi təklif etdi. Ancaq qan analizi vermişdim. Hövsandakı onkoloq Nərgiz isə yenidən USM-dən keçməyimi tələb etdi. Mən də keçdim”, – deyə S.Məmmədova məktubunda qeyd edib. Onkoloji xəstənin dediyinə görə, bütün cavablar qaydasında olduğu halda, Nərgiz həkim yaşayış yerindən arayış tələb edib: “Halbuki, mən o qəsəbədə doğulmuşam və arayış da gətirdim. Sonra dedi ki, kart yeni açılıb, sizə pensiya düşməz, 6 aydan sonra alınar, gedin, gələn ay baxarıq. Onun dediyi müddətdən sonra yenidən poliklinikaya getdim. Bu dəfə isə dedi ki, yerlər dolub, qol çəkdirib göndərə bilmərəm. Ondan “məni niyə belə süründürürsünüz?” soruşanda onkoloq Nərgizin cavabı belə oldu: “Baş həkim Sənan Əliyev məndən pul istəyir. Ona görə sənədlərinizi elektron qaydada göndərə bilmirəm. Uzun mübahisədən sonra onkoloq Nərgiz məni Milli Onkologiya Mərkəzində USM-dən keçməyə sövq etdi. Dedi ki, biz öz USM-in cavabına inanmırıq”. S.Məmmədova məktubunda hadisələrin gedişini belə nəql edir: “Bu o deməkdir ki, poliklinikada savadsız kadrlar işləyir. Doğrudan da həkimin dilindən bu cür sozlerin eşidilməsi qəribədir. Çünki öz həkiminə güvənmir və Onkoloji Mərkəzin müayinəsinə göndərirlər. Nəhayət, MOM-da müayinədən yenidən keçməli oldum. Sənədləri toplayıb, yenidən Hövsan qəsəbəsindəki poliklinikaya üz tutdum. Sənədlərim martın 7-də TSERAS-a göndərildi, bir ay sonra bizə rəsmi cavab gəldi. Bildirilirdi ki, natamam doldurma səbəbindən sənədiniz geri qaytarılıb. Baş həkimdən bunu soruşanda dedi ki, bizlik deyil, çalışın “VTEK”-də özünüzə adam tapın, virusla əlaqəli belə şeylər zəruridir”. Halbuki, virusun onlayn sistemə heç bir dəxli yoxdur. Bu, çox gülünc bir səbəb idi. Əgər deyildiyi kimi olsaydı, bizə başqa cavab verilərdi”. Şikayətçi qeyd edir ki, onkoloq Nərgiz baş həkim Sənan Əliyevin yanında məni və qızımı nalayiq ifadələrlə təhqir edib: “Bu adam baş həkimdən qətiyyən çəkinmir, saymazlıq edir, qapını çırpıb otaqdan çıxır. Görəsən, belə kimə güvənir?! Maraqlıdır, baş həkim onkoloqdan nə üçün çəkinir? – mənə sirr qaldı. Ancaq xərçəng xəstəsini bu qədər incitmək, aşağılamaq, süründürmək Allahsızlıqdır. Bütün əsəblərim gərginləşib, özüme cavabdeh deyiləm, intihar səviyyəsinə gəlmişəm…” Vətəndaşın düşdüyü vəziyyəti oxucular yəqin ki, dərin ağrı ilə qarşıladılar. Amma onunla üzbəüz dayanan baş həkimlə onkoloqun vicdanı zərrə qədər sızıldamayıb. Nərgiz həkim ən azından ona həmcinsi, bir qadın bir ana kimi baxmalıydı. Amma ölkənin səhiyyə sistemində rüşvət xərçəng kimi elə yayılıb ki, onkoloqları xəstəlikdən əziyyət çəkənlərin taleyi maraqlandırmır. Hövsandakı 23 saylı poliklinikanın baş həkimi Sənan Əliyevin və onkoloq Nərgiz xanımın gözünü rüşvət virusu elə tutub ki, vətəndaşın ağır durumunu da düşmən kimi qarşılayırlar.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
“Binə” Ticarət Mərkəzi açılır — FOTO
Sabahın havası — Şimşək, yağış, dolu...
Rayonlara gedən bu sürücülər cərimələnəcək — RƏSMİ AÇIQLAMA
Prokurorluq Qurban Məmmədovla bağlı araşdırmaya başladı
Balaxanıda fotosessiya izdihamı — VİDEO
Azərbaycanda pensiya ilə bağlı mühüm dəyişiklik — AÇIQLAMA
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır — 16 nəfər ölüb
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər — AÇIQLAMA
AZAL Türkiyəyə gedənlərə müraciət etdi
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT