Səfər Mehdiyevin yalanları ifşa olunur - İTTİHAM

Səfər Mehdiyevin yalanları ifşa olunur - İTTİHAM


DİA.AZ olaraq Avropada "Azərbaycanın dostları" Cəmiyyətinin sədri,"Xudafərin" jurnalının baş redaktoru Elman Mustafazadənin ürək ağrısı ilə qələmə aldığı xaricdə yaşayan iş adamalrımzın vətənlə əlaqələri və nəsə iş görmək istəyərkən gömrükdə başlarına gələn müsuibətləri təsvir edən yazısını oxuculara təqdim edirik. Vətənsevər qardaşlarımzdan olan Elman bəy yazır:

Atalar deyib ki, yalan ayaq tutar yeriməz... Yalansa, onu deyən ataların goruna nəhlət olsun!..

Elə bizim başımızın altına belə uydurma ataların "kəlamları" ilə yastıq qoyub uyudublar...

Bəziləri deyir ki, yalan danışmaq həyasızlığın ən yüksək formasıdır. Mən bunu qəbul etmirəm. Onda belə çıxır ki, Azərbaycanın bütün məmurları o söz?...

Ya da ki, bəlkə də atalar bunu deyəndə onda hələ dünyada erməni, qaraçı, bəzi hindli tayfalar və onların törəmələri olmayıb..

Ancaq ədalət naminə deyim ki, yalan danışmaqda bizdəki bəzi onların törəmələri ulu balalarının yalançılıq estafetini əllərində möhkəm saxlayıblar...

Hər halda yalan danışmağa da gərək adamda sifət olmalıdı... Özü də ki elə-belə sifət yox ey, maçalka sifət...

Azərbaycanda unikal yalan danşırlar.... Əvvəl şayiə buraxıb ictimai rəyi sabunlayırlar, sonra proses başladılır....

Azərbaycanda yalan nəinki ayaq tutub yeriməz, yalanı divara dırmaşdırarlar, tavanda belə ayaq aşdırıb yeridirlər... Yalanı oynadıb oxudurlar.... Dünya siyasətinin yalan ansambllarının dirijorları yalnız bizdə təlim-təhsil alır...


Hə... Keçək indi əsas məsələyə...

Hər dəfə Avropada Azərbaycan diasporunun arasına şayiə buraxırlar ki, guya Azərbaycanda güclü islahat gedir, artıq Gömrükdə monopoliya yığışdırılır və təklif edirlər ki, qoy Avropada yaşayan iş adamları heç nədən çəkinmədən, bölgələrindən asılı olmayaraq, öz tarixi vətənləri ilə ticarətə başlasinar... Yəni diasporumuz varlansın və ermənilərə qarşı gözləmə deyil, hücuma keçsinlər... Can!!! İllərdir oxuduqları azdır... Qurban olum avazınıza....

Nə başınizi ağridim, defələrlə bele şayiələrə inanıb, Avropada yenicə dirçəlməyə başlayan 4-5 nəfər is adamimiz, Bismillah ir-Rahman ir-Rahim deyib sevincle Azerbaycana mallar gonderenlerin coxunun sonradan nedense səsleri cixmir, üzlerin turşudurlar...

Sabir demişkən:

Sən nə yamansan a buz...


Bir dəfə Bakıdan çox yaxın bir dost, uzun təkiddən və malların pullarını artıqlaması ilə öncədən ödədikdən sonra, onun üçün 2 TIR yeyinti malı vurdum. Hə... Deyir sən saydığını say, gör Azərbaycan GÖMRÜYÜ nə sayır...

Mənim vurduğum mallarin səsi bir aydan sonra gömrükdən geldi... Ancaq məndən önce mal vuran dostlarin artiq mallari yeyiləsi olmayib... Gömrukçülərimizin ənənəvi sözləri: bu məhsullar insan orqanizminə zərərlidir. Gedin təzədən gəlin...

Haqq-ədalət naminə deyim ki, mənim vurduğum malların sahibinə yaziqlari gəlib, faktura qiymətində yazilmis pullari qaytaribalar ve deyibler gedin başınızı başlara qoşmayin...

Mənim müştərim nehrəmliyə (gömrükçü oxu) bildirib ki, bizim də yuxarıda "adamimiz" var...

Gömrükdə monopolist adı altında at oynadan biri deyib ki: "sənin adamin qələt edir, başın da daşa döyür"...

İndi yenə Avropada haray düşüb ki Azərbaycanda monopoliya yığışıb, iş adamlarımıza sərhədləri açıblar, nə məsləhət edirsən deyə soruşurlar. Ay soydaşım keçəl dərman bilsə, elə öz başına sürtər də...

30 ildir qürbətdəyəm və hələ də dərdimizi deməyə bir qurum, müstəqil bir qəzet-jurnal, obyektiv bir jurnalist tapilmir ki, Avropada yasayan is adamlarimizin dərdlərini dinləsinlər. Axi biz iqtissadi cəhətden ermeni, gurcu ve diger milletlerden cox geri qaliriq. Onlara tarixi vətənlərindən dəstək var, bizim vətənden isə... Kərəmi burda aglamaq tutur...

Bu dəfə bir şad xəbər yayıldı ki, Bakıda xanım bir jurnalist Avropaya təşrif buyurub qürbətçilərimizin dərd-səri ilə maraqlanacaq, kim istəsə xorla ona dərdini anlada bilər....

Dərhal toplaşıb planlaşdıraraq 3-4 min avro da pul toplayib, qərara alındi ki, jurnalist xanıma maddi yadim edilsin ki, bütün Avropa olkələrini gəzib, qürbətçilərimizin dərdlərini dinləyib, gədib bütün hadisələri Bakıda rahat araşdırsın və həqiqəti ortaya çıxarsın... Bəlkə yuxarılarin xəbəri yoxdur....

Mən xanım jurnalistə məktub yazdım və mütləq onunla görüşəcəyimizə söz də aldım. Sonradan məlum oldu ki, xanım yalnız öz partiyadaşlari ile görüşlər keçirir... Görüşdüyü soydaşların arasında çoxlu dəyərli insanlarla yanaşı, təbii ki, ləyaqətsiz adamlar da az deyildi... Onların işi yalnız böhtan və şayiələrlərlə soydaşalarımızi qalaramaq üşün Avropada sülənənlərdi... Görünür dəyərli xanım jurnalistə, süləngi gədələrdən palaz-palaz müsahibə almaq tapşırılıbmış... Ya da bəzi süleyin soydaşlarin təbliğatının təsirine duşub iş adamları və müstəqil diaspor fəallari ilə görüşmədi...

Dəfələrlə demişəm və yenə təkrar edirəm. Azərbaycanda müstəqil bir KİV belə yoxdur ki, bütün soydaşlarimızın ağrı-acılarını dinləyib qələmə alsın. Qəzetlər ya iqtidarın, ya müxalifətin, yada oliqarxların nəzarətindədir. Bir nəfər də olsun qərəzsiz jurnalist tapılmır.

Gələn qonağı da səmimi, təmənnasız, əliaçıq, kişi kimi qarşılayıb və yola salmaq qabiliyyətimiz yoxdur... Ümumiyyətcə, biz millət yolunda əlini cibinə salmayan ən xəsis millətik. Xəsislik isə insanlığa yaraşmayan murdar bir adətdir.

Rusların səmimiyyətinə inanmaya bilərsiniz, heç olmasa bu məsəlini qulağınızda sırğa eləyin: "жадность губит фраера".

Elman Mustafazadə

Avropada "Azərbaycanın dostları" Cəmiyyətinin sədri,
Teref.az[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
“Binə” Ticarət Mərkəzi açılır — FOTO
Sabahın havası — Şimşək, yağış, dolu...
Rayonlara gedən bu sürücülər cərimələnəcək — RƏSMİ AÇIQLAMA
Prokurorluq Qurban Məmmədovla bağlı araşdırmaya başladı
Balaxanıda fotosessiya izdihamı — VİDEO
Azərbaycanda pensiya ilə bağlı mühüm dəyişiklik — AÇIQLAMA
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır — 16 nəfər ölüb
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər — AÇIQLAMA
AZAL Türkiyəyə gedənlərə müraciət etdi
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT