Komitə sədrinin şəhid anasına münasibəti

Komitə sədrinin şəhid anasına münasibəti


MƏNİM DƏYİŞƏN DÜŞÜNCƏLƏRİMİN MÜƏLLİFİ
Hər şey Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Sədri Rövşən Rzayevlə görüşdən sonra dəyişdi.Etiraf edim ki, ona qədər mən bir jurnalist kimi hər şeyə tənqidi nöqteyi nəzərdən yanaşır, öz doğma torpaqlarından, ev-eşiyindən qaçqın və məcburi köçkün düşən zavallı insanlara göstərilən biganə, soyuq münasibətdən, ədalətsizlikdən, haqsızlıqdan, ayrı-seçkilikdən ürək ağrısı ilə yazır və bununla yanaşı acı təəssüf hissləri keçirirdim. Ötən günlərin təəssüratları, onların doğurduğu eybəcərlikləri indi yazmağı özüm üçün yetərli saymasam da amma keçmiş Komitə rəhbərlərinin bu həssas, kövrək, incik insanlarla, onların qayğıları, problemləri ilə başdansovdu, laqeyd, etinasız davranması, ikrah doğuran süni yanaşması, sonu görünməyən verilən yalançı vədlər insanlarda qəzəb hissi yaradar, etiraz etməyə, radikal addımlar atmağa, piketlər, mitinqlər keçirməyə yol alardı. Belə haqlı etiraz aksiyalarının keçirilməsinin Qaçqınkomda elə bir ciddi reaksiya doğurmaması taleyin ümidinə buraxılmış bu insanlarda respublika rəhbərliyinə qarşı inamsızlıq yaradır, özlərini arxasız, kimsəsiz, güvənsiz hiss edir, işğal olunmuş torpaqlarımızın azad olunması inamını qırıb cilik- cilik edirdi. Yaxşı yadımdadır, Müşviqabadda qaçqınlar və məcbuiri köçkünlər üçün salınmış şəhərcikdə verilmiş evlərlə bağlı yaranan problemlər böyük etiraza səbəb olmuş və nəticədə bir neçə saatlıq Bakı- Şamaxı magistral yolu bağlanmışdır. Onda mən də bir jurnalist kimi orada idim. İnsanların haqlı tələbinə səs verən yox idi. Mən işə qarışandan sonra və bəzi jurnalist həmkarlarımın köməyi ilə Qaçqınkomun keçmiş sədri Əli Həsənovun hadisə yerinə gəlməyinə və problemin həllinə nail olduq.

Mən onda bir həqiqəti başa düşdüm ki, bir nəfər hamının yerinə işləyə bilməz. Cənab Prezident seçib yerləşdirdiyi kadrlara inanır, onlara böyük etimad göstərir, tapşırıqlarını, tövsiyyələrini verir. Nəticədə isə onlar nəfslərinin qurbanına çevrilərək öz şəxsi maraqlarını milli maraqlardan, dövlət maraqlarından üstün tutaraq əyriliyə, oğruluğa, talançılığa, rüşvətxorluğa, korrupsiyaya yol verir, anti milli ünsürlərə çevrilirlər. Biz son vaxtlar belə hadisələrin tez-tez şahidi oluruq. O hadisə də hələ insanların yaddaşından silinməmişdir ki, Qaçqınkomun sabiq sədri Əli Həsənovun nəvəsi dünyanın ən bahalı maşınında avtoşluq edərkən müthiş bir qəza törətmiş və üç nəfər günahsız insanın həyatına son qoymuşdur.

Düşünməyin ki, mən hissə qapılıram. Əsla!.. Bu gün hörmətli Rövşən Rzayevlə görüşümüz mənə çox şeyləri anlatdı. Ən əsası məni o fikirlərimdən yayındırmağa nail oldu ki, seçilib yerləşdirilən kadrların hamısı heç də eyni deyil və eyni fikrin, eyni düşüncələrin, eyni nəfsin və eyni tamahın sahibi deyillər. Onlar xalqını, dövlətini, vətənini, torpağını sevən, modern düşüncəli, yeni baxışlı, yeni idarəçilik metodları ilə işləyən milli – mənəvi dəyərlərə sahib kadrlardır. Görüş zamanı bir həqiqəti də yəqin etdim ki, əvvəlki Komitə sədrindən fərqli olaraq Rövşən Rzayev insani münasibətlərdə vəzifə və mövqeyindən asılı olmayaraq bütün insanlara eyni münasibətin bəslənilməsi, idarəçilikdə yeni forma və üsulların istifadə olunması sayəsində olduqca bacarıqlı və səriştəlidir. İnsani münasibətlərdə bərabərlik olmayan yerdə hörmət də yoxdur. İnsana hörmət böyük yaradıcı qüvvədir, böyük mənəvi dayaqdır. Hörmət şəxsiyyəti öz gözündə ucaldır, ona gümrahlıq, əminlik, özünə inam verir, bir insan, bir şəxsiyyət kimi onun dəyərini artırır. Tam səmimi etiraf edim ki, az vaxt ərzində mən Rövşən Rzayevin simasında sadəliyin, hörmətcilliyin, səmimiyyətin, mehribançılığın, həqiqi böyüklüyün və mənəvi zənginliyin, bir sözlə, insaniyyətin ən bariz əlamətlərini gördüm.

Təbii ki, mövcud vəziyyətlə bağlı heç bir təşkilatda, heç bir dövlət qurumlarında canlı görüşlər keçirilmir. Amma bütün bunları nəzərə alan cənab Rövşən Rzayev bəzi yoldaşları Komitənin həyətində, açıq hava şəraitində sosial məsafə saxlamaq şərti ilə qəbul edib onların problemlərini dinlədi. Görüş zamanı mənim diqqətimi çəkən və marağıma səbəb olan əsas məsələ Füzuli rayonundan olan şəhid anası ilə Komitə sədrinin apardığı söhbətdir. Etiraf edim ki, indiyə qədər mən bir jurnalist kimi bir çox rəsmi qəbullarda və görüşlərdə olmuş və heç birində Rövşən Rzayevdə olan səmimiyyət və hörməti görməmişəm. İnsan necə də böyük olarmış!.. Rövşən Rzayevin bu böyük hörməti və səmimi münasibəti insanın daxili mədəniyyətinin və şəxsiyyətinin bütövlüyünün göstəricisi, ictimai və əxlaqi davranışların meyarı, milli kadrların yüksək idarəçilik prinsiplərinin əsl göstəricisidir.

Şəhid anasının müraciəti əlbəttə, mənzillə bağlı idi. Söhbətdən məlum oldu ki, ana və himayəsində olan oğluna bir neçə il öncə qaçqın və köçkünlər üçün inşa edilən evlərlə təmin ediblər. Aradan bir neçə il keçəndən sonra ana himayəsində olan oğlunu ayrı təsərrüfat kimi özündən ayırıb və indi ona şəhərdə evlə təmin etmək üçün cənab Rövşən Rzayevin qəbuluna gəlib. Rövşən müəllim çox böyük hörmət və səmimiyyətlə onu qəbul edib səbrlə, təmkinlə, sözünü kəsmədən axıra qədər dinlədi. Onu başa salmağa çalışdı ki, indiyə qədər ev almayan, təminatdan geri qalan minlərlə məcburi köçkün ailəsi var. Biz var gücümüzlə çalışırıq ki, onları evlə təmin edək. Bəs, bu nə dərəcədə düzgün olar ki, başqasının haqqını pozub sizə ikinci dəfə ev verək? Lakin buna baxmayaraq Rövşən müəllim şəhid anasının ümidini üzmədi,onun təklifi məni və görüş iştirakçılarını heyrətə gətirdi.Komitə sədri çox səmimi şəkildə hamının diqqətini çəkən bir tərzdə dedi ki, şəhidlər bizim qürur mənbəyimizdir və buna görə də mən daxili imkanlarımızdan istifadə edərək ali rəhbərliyimizə məruzə edərəm və çalışaram ki, oğlunuza öz rayonunuzda köçkünlər üçün tikilmiş evlərdən birini verərəm. Sonra Rövşən Rzayev tam əminliklə bildirdi ki, oğlunuzu işlə də təmin edərəm, əlavə iki baş iri buynuzlu heyvan da verərəm. Şəhidin özü də, ailəsi də bizim üçün çox əzizdir. Qəbula gələnlər bir- birinin üzünə baxdı, çöhrələrdə xoş təbəssüm oynadı. İndiyə qədər yalnız neqativ hallardan yazan bir jurnalist kimi mən də qəribə, xoş duyğular keçirdim. Düzünü deyim ki, neçə illik fəaliyyətimdə belə hallara rast gəlməmişdim. Yeni bir insan görürmüş kimi diqqətlə onun üzünə baxdım. Elə bil hansısa yad planetdən gəlmiş, insanlara öz doğması, əzizi kimi yanaşan, onlara diqqət, səmimiyyət, qayğı, mehribanlıq göstərən, hörmət bəsləyən yeni bir insan görürdüm. Mən Rövşən müəllimin simasında birinci dəfə görürdüm ki, dövlətin nümayəndəsi öz vətəndaşlarına, öz insanlarına necə böyük həssaslıq göstərir, onlara yazıq, əlacsız, problemlər içərisində boğulan bir adam kimi deyil, bir şəxsiyyət kimi yanaşır və hörmət bəsləyirdi. Şəhid anası Rövşən müəllimin təklifi ilə razılaşmadı, o, oğlu üçün şəhərdən ev istəyirdi. Əgər onun bu hərəkəti, öz doğma torpağına, elinə, obnasına olan etinasızlığı qəbul iştirakçıları arasında qıcıq yaradırdısa, Komitə sədrinin ona qarşı olan münasibəti məmnunluq doğururdu. Bu, insanların dövlətə, hakimiyyətə olan inamını artırır, onlarda güvənc hissləri yaradır, yaşamaq, qurub-yaratmaq ehtirasını daha da gücləndirirdi. Mən neqativ hallara, haqsızlığa, ədalətsizliyə qarşı həmişə barışmaz olmuşam. İmkanım daxilində belə hallara qarşı mübarizə aparmış, tənqid etmiş, ictimailəşdirmişəm. Mən indi necə qeyd etməyim ki, əgər Qaçqınkomun sabiq sədri Əli Həsənov öz kobud rəftarı, yarıtmaz fəaliyyəti, qaçqın və məcburi köçkünlərə qarşı saymaz, biganə hərəkətləri ilə onları radikal addımlar atmağa, ölkə rəhbərliyinə qarşı çıxmağa sövq edirdisə, cənab Rövşən Rzayev əksinə, öz yüksək mədəniyyəti, daxili gözəlliyi, insanlara qarşı səmimi, mehriban rəftarı, ən əsası isə bu, həssas, kövrək insanlarla böyük sevgi və məhəbbəti ilə yaddaşlara həkk olunur, onların qəlbində silinməz izlər buraxırdı. Onun bu cür münasibəti, iş prinsipi, insanlarla işləmək praktikası işçilərinə də böyük təsir göstərmişdir. Mənzil İstgismarı Departamentinin direktoru Səbuhi Əhmədov da məhz belə açıq, aydın, şəffaf iş prinsipinə malik kadrlardan biridir.O, Rövşən Rzayev yolunu,iş metodunu şərəflə,ləyaqətlə davam etdirir.Etiraf edim ki,Qaçqınkoma gedəndə tamam başqa fikirdə idim,ayrılanda isə başqa fikirdə. Rövşən Rzayevlə görüşdən sonra bir çox həqiqətləri dərk etdim. Ən əsası onu özüm üçün yəqin etdim ki,cənab Prezidentin seçib yerləşdirdiyi ,inandığı,etimad göstərdiyi kadrların heç də hamısı öz vətəninə ,millətinə,torpağına,onun yeraltı və yerüstü sərvətlərinə xor baxan,insanlara yad,ögey münasibət bəsləyən rüşvətxor və yaramaz deyillər. Sözün həqiqi mənasında Rövşən Rzayev uzun illərdən bəri formalaşan fikrimdə,düşüncələrimdə bir çevriliş, bir inqilab elədi. Və mən indi inanmağa başladım ki,belə dəyərli insanlarımızın,belə milli qeyrətli kadrlarımızın sayəsində zəbt olunmuş torpaqlaımız nə vaxtsa azad olunacaq, bu gün qapı-qapı düşən, gündə yüz dəfə ölüb dirilən,vətən həsrətilə,torpaq həsrətilə yanıb qovrulan insanlar öz doğma yerlərinə qayıdacaq,insan kimi şərəflə və ləyaqətlə yaşayacaqlar. Bunun üçün , bu düşüncə üçün mənim dəyişən fikirlərimin müəllifi Rövşən Rzayevə çox dərin təşəkkür edirəm-DogruXeber.az

Kamal Əsgərov[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Mehdiyevin adamı NARAZILIQ YARADIR... - Ağcabədidə ETİRAZ
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY
2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual
Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT