Mehdi Səlimzadəni o əvəz edə bilər, göyçaylıların tələbi- FOTOLAR

Mehdi Səlimzadəni o əvəz edə bilər, göyçaylıların tələbi- FOTOLAR




“Ölkəmizdə kadr islahatları davam edir. Kadr islahatları ümumi islahatların tərkib hissəsidir. Keçən ilki prezident seçkilərindən sonra yeni islahatlar dövrünə start verildi və bu islahatlar davam etdirilir. Sual yarana bilər ki, əgər ölkədə sürətli inkişaf təmin edilirsə, islahatlara ehtiyac varmı? Birmənalı olaraq cavab verə bilərəm ki, bəli, islahatlara ehtiyac var. İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir. Dünya miqyasında uğurlar əldə etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu nailiyyətlər məhz tərəqqi hesabına əldə edilibdir.”
Bunu prezident İlham Əliyev vəzifəyə təyin edilmiş gənc icra başçıları ilə görüşəndə demişdi.
Bəli, regionlardakı korrupsioner, xalqdan uzaq düşmüş məmurlar vəzifəsindən azad edilir, onları gənc, müasir düşüncəli, yeni tip gənc icra başçıları əvəz edir.
Prezidentin yeni kadrlara verdiyi tapşırıq budur :
“İcra başçıları peşəkar olmalıdırlar, bilikli olmalıdırlar və onlar işlədikləri rayonda, şəhərdə nüfuz qazanmalıdırlar. Bu, onların sırf öz işindən asılıdır. Prezidentin etimadı artıq xalqa bir mesajdır ki, Prezident bu şəxslərə etimad göstərir. Ancaq bu etimad mütləq deyil, bu gün var, sabah olmaya bilər. Bu, artıq sizin işinizdən asılıdır. Siz işi elə qurmalısınız ki, vətəndaşlar sizi dəstəkləsinlər, sizə dayaq olsunlar. Əgər siz hansısa bəd əmələ düçar olsanız, əlbəttə ki, biz dərhal bundan xəbər tutacağıq və cəzanızı alacaqsınız. Elə işləməlisiniz ki, xalq sizdən razı olsun. İlk növbədə, xalqa xidmət etmək və öz vəzifənizin öhdəsindən peşəkarcasına gəlmək sizin borcunuzdur. Digər tərəfdən, rəhbərlik edəcəyiniz şəhər və rayonlarda xoşagəlməz hallara qarşı çox ciddi mübarizə aparmalısınız. Korrupsiya, rüşvətxorluq Azərbaycanın gündəliyindən silinməlidir.”


Hazırda, pandemiyanın tüğyan etdiyi həssas dönəmdə bütün regionların yeni kadrlara ehtiyacı var. Məsələn Göyçayda da bu dəyişiklikləri çoxdan gözləyirlər.
Çünki Göyçay rayon icra başçısı Mehdi Səlimzadədən gələn şikayətlərin ardı-arası kəsilmir. İnternetdə azca axtarış etsəz icra başçısı ilə bağlı yüzlərlə tənqidi məqalə görəcəksiniz.


Azerinfo.tv həmin yazılardan seçmələri təqdim edir:

"Göyçay şəhərinin Rəsulzadə küçəsində yerləşən musiqi məktəbini və uşaq bağçasını sökdürən Mehdi Səlimzadə yerində mənzilləri satmaq üçün hündürmərtəbəli bina tikdirib."
""Təzə Bazar”ın ərazisini genişləndirmək üçün yaxınlıqdakı 100-200 yaşı olan böyük çinar ağaclarını bir gecədə kəsdirib yox etdirib."
"Göyçaya icra başçısı vəzifəsinə təyin olunana qədər rayonda hamının qəssab kimi tanıdığı qardaşıoğlu S.Cəbrayılovu vəzifəyə qoydu.
Orta məktəbi güclə oxuyan Səməd Cəbrayılov latın əlifbası ilə adını belə yaza bilmirdi."

Səmədin qardaşı Əlini isə hamı ruhi xəstə kimi tanıyırdı, amma əmisinin hesabına Göyçay bələdiyyəsini və şəhər sovetliyini formal olaraq idarə edirdi.
Sonda qardaşların əmilərini hoteldə hansısa görüntülərini çəkmələri, videoqalmaqalı yarandı. Səlimzadə bu iki qardaşı vəzifələrdən uzaqlaşdırdı. Hətta birinə cinayət işi də açıldı.
Mehdi Səlimzadənin diğər qardaşı oğlu, eləcə də sürücüsü Toğrul Səlim oğlu Səlimzadənin paylaşdığı fotolar qalmaqala və müzakirələrə səbəb oldu. Məmur qohumu başçının xidməti otağında, əmisinə etimad olunan vəzifənin kreslosunda oturaraq çəkdirdiyi ədalı fotoları cəmiyyətdə ikrah yaradırdı.
Rayondakı "Gənclər Mərkəzi" başçının qardaşı oğlanlarının kurasiyasında olduğu müddətdə xaraba qaldı.


İcra başçısının gənc ,lakin yarıtmaz qohumlarından fərqli olaraq rayonda əsil ziyalı, işgüzar kimi tanınan ,müasir tələblərə cavab verən məmurlar da var. Onlardan biri RİH-nin şəhər üzrə ərazi nümayəndəsi Rəşad Şükürovdur. Hər zaman əhali ilə təmasdadır. Gücü yetdiyi səviyyədə ona müraciət edən hər bir vətəndaşın problemini həll etməyə çalışır. Həm də bunu həvəslə edir. Məhz bu səbəbdən Yeni Azərbaycan Partiyası son parlament seçkisində onu öz siyahısına salmışdı. Bu böyük etimad idi.
89 saylı Göyçay-Ağdaş seçki dairəsindən namizəd oldu və xeyli səs topladı. Bu gənc məmurun böyük siyasətdə ilk sınağı idi. Və öhdəsindən gəldi.
Göyçaylılar hesab edir ki, Rəşad Şükürov daha böyük işlərə hazırdır. Səlimzadəni əvəz etmək üçün ən uğurlu kadrdır.
Mehdi Səlimzadəni o əvəz edə bilər, göyçaylıların tələbi- FOTOLAR
Mehdi Səlimzadəni o əvəz edə bilər, göyçaylıların tələbi- FOTOLAR
Mehdi Səlimzadəni o əvəz edə bilər, göyçaylıların tələbi- FOTOLAR[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Qubada vəzifə saxtakarlıgına görə işdən azad olunan icra nümayəndələrinin əməlinə hüquqi QİYMƏT VERİLƏCƏKMİ?
MASALLININ BAŞ HƏKIMININ PSIXATRIYA HƏKIMINƏ EHTIYACI VAR
Qəzənfər Ağayev ölkədən 45 milyon manat çıxarıb... - İDDİA
Gədəbəydə məmurlarla vətəndaş arasında gərginlik - NƏ BAŞ VERİR?
Qəbələdə MƏMUR YARITMAZLIĞI: - Prezident İlham Əliyev icra başçısını niyə danlayıb?
ŞƏKİDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT: - “Halal yolla dolanmağa imkan vermirlər…”
Yardımlı icra hakimiyyətinin başçısı məhkəməyə verildi: - Şok səbəb
Gülağa Əliyev: Xaricdə yaşayan soydaşlarımız da Prezident ilham Əliyevin yanındadır və onu dəstəkləyir
Qasım Muradov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Mübariz Qurbanlı bunları bilsə, yaxşıdır... - İDDİA
Deputatın qohumları kef-damaqda... - FOTOLAR
TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM
Onkoloji xəstəni intihar həddinə çatdırıblar... - Müraciət...
DGK-da nə baş verir? - İDDİA
Saatlı sakinləri çətin durumda... - “Əkin sahələri, heyvanlar susuzdur”
Adil Vəliyevin bu ailədən xəbəri varmı? - 6 uşaqlı ana fəryad çəkir
Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?
Cəsarət Əhmədov:
Ağsu rayonunun Elabad kənd sakinlərinin müraciəti ilə bağlı yayımlanmış video-informasiya ilə əlaqədar T Ə K Z İ B
Bizim qayğıkeş polislərimiz
Qarabağ əlili DSMF-dən şikayətçidir - Müraciət...
Səfər Mehdiyevin yalanları ifşa olunur - İTTİHAM
Cavid Qurbanov virusdan belə qorunur -
Cəsarət Əhmədov: “Allahdan istərdim ki, mənim də taleyimə şəhidlik zirvəsi yazılsın”
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
“Şərurlu İsfəndiyar”ın adı daha bir dələduzluqda hallanır – Bu dəfə DAK rəsmisinə 282 min dollar “atıb”
İqbal Məmmədov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Sakinlər başçıya ÇAĞIRIŞ ETDİ -
KTN subsidiya adı altında fermerə 18 manat əvəzinə 4 manat nəğd pul verilirmiş – ŞOK İDDİA
Adil Vəliyevin mənimsədiyi milyonlar... - İTTİHAM
İnam Kərimovun aqro-dələduz şəbəkəsindən doğrudanmı xəbəri olmayıb? - İLGİNC
«    Август 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏDƏNİYYƏT