Sabiq baş həkimin ittihamlarının heç bir məntiqi əsası yoxdur

Sabiq baş həkimin ittihamlarının heç bir məntiqi əsası yoxdur


Vaxtilə Fizuli Müalicə Diaqnostika Mərkəzinin baş həkimi olmuş, amma yarıtmaz idarəçiliyi səbəbindən 10 oktyabr 2019-cu il tarixdə daşıdığı vzifəsinə “əlvida” deməli olan Cümşüd Məmmədovun adı ətrafında dolaşan söz-söhbətlərin varlığı, bu gün də tam əksəryyətin müzakirə etdiyi mövzulardan birinə çevrilməkdədir. Beləki, bu şəxsin vaxtilə həyata keçirdiyi yarıtmaz idarəçiliyin mahiyyəti haqda yayılan söz-söhbətlərdə vurğulanır ki, Cümşüd Məmmədov Füzuli Müalicə Diaqnostika Mərkəzində baş həkim vəzifəsini daşıyarkən, o, USM, rentgen, kardiologiya, laboratoriya və s. kimi şöbələrin rəhbərlərinə aylıq “toskı” qoyur, hər doğuşdan, cərrahi əməliyyatdan “haqq-hesab” tələb edir. Elə ki, bu səhiyyə müəssisəsində müayinə və müalicə olunan xəstələr hansısa haqsızlıqlara, özbaşınalıqlara üz-üzə qalırlar və belə bir səbəb üzündən də Cümşüd Məmmədova şikayətlərini təqdim edirlər, o halda o, bir baş həkim olaraq heç bir tədbir görmür. Əksinə, bu şəxs rüşvətə meylli olan həkimləri müdafiə etməyə çalışır.

Bəzi iddialarda isə qeyd olunur ki, Cümşüd Məmmədov spirtli içkilərə olduqca meylli şəxs olduğundan, o, günün istənilən saatlarında sərxoş vəziyyətdə olur və belə bir səbəb üzündən də, Füzuli Müalicə Diaqnostika Mərkəzində idarəçilik işi ilə məşğul ola bilmir. Bu şəxsin daşıdığı vəzifəsindən uzaqlaşdırılmasında, məhz onun xroniki alkoqalizmdən əziyyət çəkməsinin səbəb olduğu da söylənilir. Yəni, bu haqda Füzuli sakinlərinin tam əksəriyyətinin məlumatlı olması danılmaz həqiqətdir. Elə ki, bu şəxs barəsində hansısa çevrədə müəyyən söz-söhbət düşürmüş, o halda əksəriyyət Cümşüd Məmmədova “alkaş baş həkim” deyə yanaşma ortaya qoyurlar. Belə olan halda sual oluna bilər ki, respublikamızın olduqca strateji bir sahəsində, düşmənlə üz-üzə dayanan bir ərazidə fəaliyyət göstərən belə bir səhiyyə müəssisəsinə, içkiyə olduqca meylli olan bir şəxsin rəhbərlik etməsinin nə dərəcədə məntiqi əsası var?. Əgər sadalananlar həqiqət deyilsə, o halda bu şəxsin qanından analiz götürməklə, yəqin ki, əsl həqiqətləri aşkara çıxartmaq mümkün olar. Söylənilən iddialarda o da bildirilir ki, sabiq baş həkim hər iş günü uzağı saat 3-ə kimi işləyər və sonrakı saatlarda isə, onun vəziyyəti “gül olarmış”. Belə bir halın varlığı da, məhz çoxsaylı problemlərin əmələ gəlməsi ilə nəticələnər. Məsələn, tutaq ki, saat 3-dən sonra Füzuli Müalicə Diaqnostika Mərkəzinə hansısa ünvandan xəstə gətirilir, o halda baş həkimin “dobro” deyə bilməməsi səbəbindən, həmin xəstəni Mərkəzi Rayon Xəstəxanasına göndərməli olurlar. Belə bir halın varlığı da, bu səhiyyə müəssisəsinin olduqca “yüklənməsi”nə səbəb olur. Çünki söylənilənlərə görə, Füzulinin səhiyyə müəssisələri bu gün 160 nəfər həkim çatışmazlığı üz-üzə qalıb. Elə ki, sabiq baş həkimin dönəmində Füzuli Müalicə Diaqnostika Mərkəzinə çatdırılan xəstələri MRX-na göndərirlər, o halda bu səhiyyə müəssisənin rəhbərliyi köməklik göstərilməsi məqsədilə hərbi hospitaldan həkimləri dəvət etməli olur.

Ümumiyyətlə, Füzuli ictimaiyyəti arasında belə bir söz-söhbətlər də dolaşır ki, Cümşüd Məmmədov Fizuli Müalicə Diaqnostika Mərkəzində rəhbər vəzifəsini daşıyarkən, rayon ərazisində baş verən yol-nəqliyyat və digər hadisələr zamanı bəzi xəstələri bu səhiyyə müəssisəsinə çatdırsalar da, əksər hallarda xəstələri qəbul etmirlər. Belə bir halın varlığı da, bəzən ciddi fəsadlara yollar açırdı. Məsələn, söylənilən iddialarda qeyd olunur ki, ötən illərin birində yerli sakinlərdən biri puçaqlanma səbəbindən ağır bədən xəsarəti alır və həmin xəstəni təcili Fizuli Müalicə Diaqnostika Mərkəzinə çatdırsalar da, onu qəbul etmirlər. Belə olan halda həmin xəstəni digər səhiyyə müəssisəsinə çatdırmaq istəsələr də, çox keçmir ki, xəstə dünyasını dəyişməli olur.

Artıq xeyli müddətdir ki, adı çəkilən bu səhiyyə müəssisəsində fərqli idarəçilik tətbiq olunduğundan, Fizuli Müalicə Diaqnostika Mərkəzində yeni bir ab-hava yaşanır və bu müəssisəs koronovirus (COVİD-19) infeksiyasına qarşı aparılan mübarizə tədbirlərində olduqca önəmli rol oynamaqda da davam edir. Digər bir xatırlamanı yada salaq ki, Cümşüd Məmmədov daşıdığı vəzifəsindən uzaqlaşdırılan zaman daha çox ittiham etdiyi şəxslərdən biri də, Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov idi. İntertv.Az olaraq sabiq baş həkimin bu yöndə açıqlamalarını dəqiqləşdirmək məqsədilə bəzi səhiyyə müəssisələrinin baş həkimləri ilə əlaqə saxladıqda “biz heç zaman Gülmirzə Poladovun rüşvət tələbi, hansısa haqsızlığı ilə üz-üzə qalmamışıq. Əksinə, o, hər zaman problemlərimizin həllinə köməklik göstərməyə çalışıb” deyə cavab verdilər. Bütün bunlar da onu sübut edir ki, Cümşüd Məməmodun istər Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov haqda, istərsə də Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və Füzuli rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov haqda səsləndiyi ittihamlar şər və böhtandan başqa bir şey deyil.

İntertv.Az
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
“Binə” Ticarət Mərkəzi açılır — FOTO
Sabahın havası — Şimşək, yağış, dolu...
Rayonlara gedən bu sürücülər cərimələnəcək — RƏSMİ AÇIQLAMA
Prokurorluq Qurban Məmmədovla bağlı araşdırmaya başladı
Balaxanıda fotosessiya izdihamı — VİDEO
Azərbaycanda pensiya ilə bağlı mühüm dəyişiklik — AÇIQLAMA
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır — 16 nəfər ölüb
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər — AÇIQLAMA
AZAL Türkiyəyə gedənlərə müraciət etdi
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT