“Torpağımı qanunsuz yolla əlimdən alan icra başçısı məni ölümlə hədələdi” - QALMAQAL

“Torpağımı qanunsuz yolla əlimdən alan icra başçısı məni ölümlə hədələdi” - QALMAQAL


“4 ildir Şəmkir rayonu Dəllər-Daşbulaq kənd bələdiyyəsindən 50 illik icarəyə götürdüyüm torpağı əkib-beçərə bilmirəm. Rusiyada qazandığım pullarımı xərcləyib yararlı hala gətirdiyim bu sahəni bütün meliorasiya işləri bitəndən sonra zorla əlimdən almaq istəyirlər”.

Ovqat.com-a bu barədə məlumatı kənd sakini, sahibkar Səbahəddin Məmmədov bildirib.

Onun sözlərinə görə, 2003-cı ildə bələdiyyədən 12 hektar ərazini 50 illik icarəyə götürüb. Qarabağ veteranı olan qardaşının 100 illiyə icarəyə götürdüyü 10 hektar sahəni də qarşılıqlı razılaşma əsasında birləşdirib böyük təsərrüfat qurmaq istəyiblər.

Məmmədov qardaşlarının icarəyə götürdükləri yer əkinə tam yararsız olub. İş adamı cibindən 300 min dollar xərc çəkərək, ərazidə lazımi meliorasiya tədbirləri aparıb. Torpağı üzvi və qeyri-üzvi gübrələrlə münbitləşdirib. Artezian quyuları qazdırıb və torpağı yerin təkindən çıxardığı suyla becərib. Və bütün bunları dövlətdən heç bir kredit almadan həyata keçirib. Ölkədə quraqlıq olan dövrlərdə artezian quyusundan çəkdiyi suyun hesabına əkin yerini becərib və yüksək məhsuldarlıq alıb.

Alimpaşa Məmmədovun 2014-cü ildə Şəmkirə icra başçısı təyin olunması ilə Səbahəddin Məmmədovun min bir zəhmət hesabına ərsəyə gətirdiyi təsərrüfatının da qara günləri başlayıb. İş adamının dediyinə görə, əkinə yararlı hala gətirdiyi torpaq sahəsi Şəmkir rayon icra hakimiyyətinin məsul şəxslərinin diqqətini və tamahını cəlb edib. Nəhayət, bir gün rayon icra başçısının müavini Rasim Mustafayev iş adamıyla sövdələşməyə gəlib. Ondan icarəyə götürdüyü torpağın 3 hektarını peşkəs istəyib. Rəsmən ona deyib ki, bu ərazi yaşayış yerinə yaxın olduğundan sotunu 1000-1300 manata satmaq niyyətindədirlər. Ya o 3 hektar ərazidən könüllü imtina etməli, ya da da zəhmət çəkib xərcini özü ödəməlidir. Əks halda Dəllər-Daşbulaq kənd bələdiyyəsi 2003-cü ildə imzaladığı icarə müqaviləsində səhvə yol verdiyini təsbit edib məsələyə yenidən baxa bilər.

Sözsüz ki, icra başçısının müavininin “səmərəli” təklifiylə razılaşmayan Səbahəddin Məmmədovun bu “üzəağlığından” sonra başına gəlməyən qalmayıb. Bələdiyyə həqiqətən də 14 il əvvəl verdiyi icra müqaviləsindəki “səhvini” görüb və bu barədə imzladığı bütün sənədləri ləğv edib. İş adamı bələdiyyənin qanunsuz qərarından Şəmkir rayon Məhkəməsinə şikayət edib. Sənədləri o qədər “daşdankeçən” olub ki, Alimpaşa Məmmədovun bir sözünün iki olmadığı rayon məhkəməsi belə, sahibkarın əleyhinə qərar çıxara bilməyib. Rayon icra hakimiyyəti məhkəmənin sahibkarın xeyrinə verdiyi qərardan Gəncədəki Apellyasiya Məhkəməsinə müraciət edib. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb və sahibkarın işinə mane olduğu üçün kənd bələdiyyəsini 26 min 500 manat cərimələyib.

İş adamı hara müraciət etsə də, məhkəmə qərarının icrasına müvəffəq ola bilməyib. O, hətta bu barədə I vitse-prezident Mehriban Əliyevaya da şikayət məktubları göndərib. Nəhayət, xanıma yazıdığı şikayət məktublarını paytaxtda oxuyan tapılıb. Bakıdan Şəmkirə mesaj göndərilib ki, şikayətçinin bütün haqlı tələbləri yerinə yetirilsin.

Şəmkir icra başçısı bundan sonra şikayətçini qəbul edib. Uzun söhbətdən sonra ona Azərbaycan dövləti adından çıxarılan məhkəmə qərarlarının Şəmkirdə keçmədiyini bildirib: “Alimpaşa Məmmədov dedi ki, bu rayonu mənə tapşırıblar. Mən necə istəsəm, o cür də olacaq”.

İcra başçısının bu özbaşınalığına etiraz edəndə isə sahibkar icra başçısı tərəfindən ölümlə təhdid olunub. Bu hədə-qorxudan sonra ayağa qalxıb kabineti tərk etmək istəyəndə növbəti iradla qarşılaşıb: “Hara gedirsən? Mən sənə icazə vermişəm, gedəsən?”.

Qısası, Alimpaşa Məmmədov iş adamına başa salıb ki, bu rayonda sahibkarlar hətta oturub qalxanda, məmur özbaşınalığını eşitmək istəməyib kabinetdən çölə çıxanda belə mütləq icra başçısından icazə almalıdır.

İş adamıyla başına gələnlərin təfərrüatı barədə telefon söhbətimiz yazılıb və sabah videolaşdırılıb yayımlanacaq.

[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
İmişli poçtunun rəisi həbs olunacaqmı: Vilyam Hacıyevin cinayətlərinə şərik olub-VİDEO
Mehdi Səlimzadəni o əvəz edə bilər, göyçaylıların tələbi- FOTOLAR
Sevindik Hətəmovun Qaradağ arzuları: karyer müdirini Bakıya maskalılar gətirə bilər
Suriya həbsxanasında Azərbaycana qarşı hazırlanan terror planları — ŞOK FAKTLAR
“Polat Yol Yapı”-nın çəkdiyi Şəki-Qax yolu vaxtından əvvəl niyə dağılır? - İTTİHAM
Əbülfəs Qarayevin işlədiyi dövr YOXLANILIR - Keçmiş nazir HƏBS OLUNUR?
Ramiz Mehdiyevin “kabinet-qərargah”ındakı gizli toplantılara kimlər nə üçün qatılıb? - İDDİA
Qağaməli Seyfullayev: Respublikamızın müasir yüksəliş dövrü həmin vaxtdan ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının uğurları ilə başlanmışdır
GƏNCƏ ŞƏHƏR TƏHSİL İDARƏSİNDƏ MALİYYƏ MAXİNASİYASI – Doğranmış odun və ya istifadəyə yararsız taxta parçalarına 299 min manat pul ayırılıb…
ADAU
Astaranın başçısına qarşı köhnə ittihamlar yenidən gündəmə daşınır - İDDİA
Ağdaşda bərbad günə qalan səhiyyə sistemi - NARAZILIQ...
Rővşən Rzayevin qorbaçovsayağı “perestroykası” - VİDEO
Cəfər Cəfərovun Prezidentə «ŞÜBHƏLİ SƏDAQƏTİ» - İTTİHAM
Xocavənd uğrunda döyüşdə şəhid olan gizirin ailə üzvləri evlərinə köçə bilmir - GİLEY
Gəncənin xanı da dövlətin pullarını belə dağıdır... - Görün, tenderləri kimlərə satır?
Hotel adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları-Video
Bu Vətən üçün, bu xalq üçün yaşamağa da, ölməyə də dəyər!
Cəlilabadda “yetim malı”na tamah salanlar... - Özlərini nədən bu qədər rahat hiss edirlər?
Gömrük hospitalı da əcaib qanunlarla işləyir - İDDİA
Kəlbəcərin yeni icra başçısı “siftə elədi...” - Bizə də
Samux İH başçısının kürəkənindən hədə: “Biz resublikada 3 nəfərdən biriyik...” - GİLEY
Daha bir başçı GƏRGİNLİKDƏ... - İDDİA
Bakı Baş Gömrük İdarəsində qara maskalılar nə zaman görünəcək? - İTTİHAM
Qəzənfər Ağayev rayonda əlini “ağdan qaraya” vurmaq istəmir - Astaranın
Lerik rayonu icra başçısından Prezidentə şikayət
Lənkəranda yerli məmurlardan narazı olan əlil atası od püskürdü-VİDEO/FOTO
Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yayılıb
«    Июль 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏDƏNİYYƏT