Haqqı tapdanan sahibkarlar başçıya ÜSYAN ETDİ - "Lap qəbrindən olsa da, pulumuzu alacağıq"

Haqqı tapdanan sahibkarlar başçıya ÜSYAN ETDİ - "Lap qəbrindən olsa da, pulumuzu alacağıq"


Xəbər verdiyimiz kimi, Suqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisini həyata keçirən bir qrup sahibkar və 400 civarında fəhlə ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov arasında borc qalmaqalı uzun müddətdir ki, davam edir. Belə ki, tikinti işlərini hələ 2016-cı ilin sentyabrında başa çatdıran iş adamları bu günə qədər milyonlarla manat vəsaitlərini ala bilməyiblər. Məsələ ilə bağlı dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət edən və dəstək istəyən iş adamları növbəti dəfə cənab Prezident İlham Əliyevə müraciət ediblər:

Cənab Prezident !

Sizin sahibkarlara, iş adamlarına dəstəyinizi həmişə hiss etmişik. Son vaxtlar sahibkarlara, iş adamlarına, vətəndaşlara qənim kəsilən icra başçılarına, məmurlara qarşı apardğınız qətiyyətli mübarizə ölkə ictimaiyyətinin diqqət mərkəzindədir.
Bir neçə rayonun icra başçılarının və digər məmurların DTX tərəfindən həbs edilməsi, haqlı olaraq cəzalandırılması Sizin siyasi iradəniz nəticəsində mümkün olub.
Cənab Prezident !
Sumqayıt Dənizkənarı Bulvarın və şəhərin giriş hissəsinin tikintisinin həyata keçirilməsini biz həyata keçirmişik. Bizim gecə-gündüz zəhmətimizn nəticəsində görülən işləri Siz Bulvarın açılışında möhtəşəın işlər adlandırmısınız. Ancaq bu möhtəşəm işləri görən 400-dən artıq iş adamı, sahibkar, fəhlə bu günədək öz halal pullarını ala bilmirlər. Gördüyümz işlərin əvəzi olaraq bizə çatmalı olan milyonlarla vəsaiti Zakir Fərəcov vermir. Zakir Fərəcov hətta bizə hədə-qorxu gəlir, həbslə hədələyir.
Cənab Prezident !
Biz dəfələrlə Zakir Fərəcovdan sənəd əsasında işləməyi tələb etsək də, o "Şəhərin sahibi mənəm, nə sənəd -zad..." deyərək görülən işlərin sənədləşməsinə imkan verməyib. Zakir Fərəcovdan hər dəfə pullarımızı tələb edəndə "Tələsməyin, Bakıya icra başçısı gedirəm..." deyərək bizləri aldadıb.
Cənab Prezident !
Zakir Fərəcov deyir ki, guya bizim pullarımızı verib, qoy ortaya bircə sənəd qoysun. Qoya bilməz, çünki bizim halal pullarımızı verməyib.
Cənab Prezident !
Zakir Fərəcov bizimlə görüşəndə yeni bəhanələr tapır, "Tələsməyin müavinim Adil Xudadatov iş adamlarından pulları yığıb borcunuzu bağlayacaq".
Görəsən, vaxtilə KAMAZ şoferi işləyən, heç bir ali təhsili olmayan, Abşeronda çalışarkən Fərəcova milyonlar atan və cəzasını çəkən, sonra Fərəcovun etimadını doğruldan və Sumqayıt icra hakimiyyətində işləyən Xudadatov kimdir ki, sahibkarlardan, ticarət obyektlərindən pul yğır? Görəsən şəhərin hüquq-mühafizə orqanları hara baxır ?
Yeri gəlmişkən, Adil Xudadatov kefi yaxşı olanda "Mən Abdullanın əsgəriyəm" deyir. Qoy təhlükəsizlik orqanları araşdırsın görək Abdulla kimdir ?

Cənab Prezident !

Adil Xudadatov kimdir ki, hansı səlahiyyətlə iş adamlarından pul yığır ?
Adil Xudadatov dəyəri yüz minlər, milyonlar olan obyektləri hansı pullarla alıb ?
Zakir Fərəcovun mülklərinin ümumi dəyəri bəlkə də Sumqayıt şəhərinin büdcəsindən çoxdur.
Cənab Prezident !
Biz dərdimizi kimə deyək, hara şikayət edək, hansı quruma müraciət edək ? Ki, problemimiz həll olunsun.
Cənab Prezident !
Bizim yazdığımız müraciətlər, şikayətlər niyə Sizə yetişmir?
Siz öz çıxışınızda qeyd etmisiniz ki, bəziləri şikayətlıərin sizə çatmasına mane olublar. Bəs bu gün niyə bizim şikayətlərimiz Sizə çatmır ?
Cənab Prezident !
Zakir Fərəcovdan halal pullarımızı necə alaq? Bəlkə, bizə bir yol göstərəsiniz. Bu adam təkcə bir obyektini satsa borcların hamısını bağlayar. Bizim də canımız qurtarar.
Cənab Prezident !
Biz iş adamları evimizi-eşiyimizi girov qoyub mal-material alıb götürüb Sumqayıtı yenidən qurmuşuq. İndi hamımız çətin durumdayıq. Bizim düşdüyümüz durumu nəzərə alın, göstəriş verin zakir Fərəcova pullarımızı qaytarsın.
Cənab Prezident ! Bir çıxışınızda vicdansız məmurlara müraciətlə " Barı Allahınız olsun" demisiniz.
Cənab Prezident! zakir Fərəcovun Allahı yoxdur, bizi bu Allahsızın əlindən xilas elə, ya da onu da göndər həbsxanadakı dostlarının yanına.

Dərin hörmətlə,

1. Məmmədov İlham Musa oğlu - iş adamı
2. Həmidov Saatxan Cəlil oğlu - iş adamı
3. Abdullayev Aydın Əzzali oğlu - iş adamı
4. Mansurov Çingiz Əfraim oğlu - iş adamı
5. Qasımov İsa Umudxan oğlu - iş adamı
6. Ənnağıyev Bəxtiyar Tapdıq oğlu - iş adamı
7. Qarayev Elçin Məhəmmədəli oğlu - iş adamı
8. Rzayev Zöhrab Rafik oğlu - iş adamı
9. Müqayis Verdiyev - iş adamı

Sonda zərərçəkən iş adamları Zakir Fərəcova bildirirlər ki, işdən çıxsan da, həbsxanaya düşsən də, ölkədən qaçsan da, hətta ölsən də biz səndən halal pulumuzu alacağıq. Lap qəbrindən olsa da, pulumuzu alacağıq. //araz.az//[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
“Binə” Ticarət Mərkəzi açılır — FOTO
Sabahın havası — Şimşək, yağış, dolu...
Rayonlara gedən bu sürücülər cərimələnəcək — RƏSMİ AÇIQLAMA
Prokurorluq Qurban Məmmədovla bağlı araşdırmaya başladı
Balaxanıda fotosessiya izdihamı — VİDEO
Azərbaycanda pensiya ilə bağlı mühüm dəyişiklik — AÇIQLAMA
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır — 16 nəfər ölüb
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər — AÇIQLAMA
AZAL Türkiyəyə gedənlərə müraciət etdi
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT