Taleh Qaraşov Lənkəranı qarış-qarış satsa da... - Hələ ki yerində möhkəm dayanıb

Taleh Qaraşov Lənkəranı qarış-qarış satsa da... - Hələ ki yerində möhkəm dayanıb


Azərbaycanın “cənub incisi” sayılan Lənkəranda məmur özbaşnalıqları ucbatından acınacaqlı durum yaranıb. Rayon bir qrupun əlində girova çevrilib. İcra başçısı Taleh Qaraşov Lənkəranı özəl şirkəti kimi idarə edir-satır, uçurdur, tikir...

DİA.AZ xəbər verir ki, bu gün Lənkəran nəhəng torpaq satış mərkəzinə çevrilib. Rayonda satılması mümkün olan, hətta mümkün olmayan bütün ərazilər qarış-qarış satılıb. Bildirilir ki, Mərkəzi Qala küçəsində yol üstü, Nizami kinoteatrının yeri, uşaq xəstəxanasının binası, gimnaziyanın həyəti, Şilavar torpaqları satılıb. Ötən illər ərzində Lənkəranda barmağını qatlayıb bir yer göstərmək olmaz ki, orada abadlıq işi görülüb yaxud yol çəkilib, sosial problem həll olunub. Lakin istənilən qədər satılan əraziləri qarış-qarış göstərmək olar.

Dia.az xatırladır ki, Prezident İlham Əliyev elə son çıxışında da quruculuq-abadlıq işlərinin həyata keçirilməsində yerli icra strukturlarının fəaliyyətini sərt formada tənqid etdi. Təbii ki, bu tənqidin hədəflərindən bir elə Lənkərana rəhbərlik edən Taleh Qaraşovdur. Çünki səthi bir araşdırma belə Lənkərana sözügedən təyinat üzrə ayrılan büdcə vəsaitlərinin hansı formada xərcləndiyini tam olaraq ortaya çıxarar. Təbii ki, araşdırılarsa...

Dia.az-a daxil olan məlumatlarda qeyd olunur ki, T.Qaraşov Qala deyilən mərkəzi küçədə yol üstünü satıb və iki mərtəbəli bir bina tikilib. Bundan başqa, Nizami kinoteatrının binası da sökülüb və yerində tikinti aparılıb. Eyni zamanda Lənkəran uşaq xəstəxanasının binası satılıb və yerində hotel-restoran tikilib. Habelə, Digəh, Şilavar kəndlərinin yol üstündə torpaqlar peşkəş olunub, bələdiyyənin iştirakı ilə ayrı-ayrı adamlara satılır. İcra başçısı Lənkərana böyük bir bazar kimi baxır və gözqamaşdıran yerləri satışa çıxarır. Lənkəranda bütün gəlirli sahələr icra başçısının, övladlarının və yaxınlarının nəzarətindədir. Bütün rayonun iqtisadiyyatı T. Qaraşovun maraqlarına tabe edilib.

DİA.AZ-a daxil olan məlumata görə Lənkəranda icra başçısının bir sıra pul gətirən obyektləri var. Onların sırasında zavoddan tutmuş, mağazaya qədər hər şey sıralanıb. Bununla yanaşı Taleh Qaraşov Azərbaycanın digər rayonlarında da müxtəlif obyektlərə sahibdir. Taleh Qaraşovun obyektlərindən biri “Göl” adlanan restoranıdır. Taleh Qaraşovun digər bir biznes sahəsi Kürdəmirdə 1000 hektara yaxın sahəsidir ki, orda 10 mindən çox iri buynuzlu heyvandarlıq təsərrüfatı var. Onun Lənkəranda ələ keçirdiyi ikinci ən böyük obyekt isə “Xan bulaq” deyilən ərazidə restoranlar şəbəkəsidir.

Göründüyü kimi Lənkəran sosial-iqtisadi problemlər girdabında boğulsa da icra başçısının biznes imperiyası hər gün daha da çiçəklənir. Ancaq rayonda artan narazılıqlar, çoxalan şikayətlər tezliklə qəti tədbirlər görülməsini zəruri edir.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Düşmənin çox sayda hərbi texnikası məhv edildi - SİYAHI
Millimizin baş məşqçisi:
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Müdafiə Nazirliyindən Ermənistana XƏBƏRDARLIQ
İlham Əliyev:
Bu rayonda vəzifələr
Prezidentin köməkçisi:
Düşmənin komanda müşahidə məntəqəsi darmadağın edildi
Erməni qadın Azərbaycan əsgərlərinə: “Evinizə xoş gəldiniz!” - VİDEO
Ermənilər döyüş bölgələrini tərk edir
Rüstəm Xəlilov: Güclü Ordumuz, Müdrik Dövlət Başçımız və onlara dəstək olan xalq birliyi var
Xocavənd rayon İcra başçısı və qardaşı haqqında maraqlı məlumatlar.../VİDEO
Balakəndə dövlət tenderlərini KİMLƏR UDUR? - SİYAHI
Ali Məhkəmənin Fərhad Kərimov “kabusu”: - GÜNAHSIZ İNSANLAR NECƏ HƏBS HƏYATI YAŞAYIR?
Mehdiyevin adamı NARAZILIQ YARADIR... - Ağcabədidə ETİRAZ
Zəngilanın icra başçısı çətin durumda... - İDDİA
Balakəndə bir ailənin haqqını kim yeyir? - GİLEY
2500 manatlıq maaşla 10 milyonluq villa? - Kamaləddin Qafarova çətin sual
Şərəfli vəzifəyə yiyələnən Mirəli Qurbanov bu işin müqəddəsliyini qoruyub saxlayır
Ağstafada başçı həbs olundu, tender işi dəyişmədi - Eyni şirkətlər bütün rayonlarda qalib elan olunur
Goranboyda nələr baş verir? - İDDİA
Ramiz Mehdiyev milli kadrları necə “məhv edib”… - ŞOK FAKTLAR
FHN şefinin oğlunun başı CƏNCƏLDƏ... - TƏFƏRRÜAT
Qubada qeydiyyatdan keçib,Balakəndə oturan MMC-ni Bakıdan kimlər idarə edir? - İTTİHAM
Azərbaycandan ildə 1 milyard manat hara çıxarılır? - İLGİNC FAKTLAR
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
«    Октябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT