Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA

Keçmiş nazirin şirkəti borclu məcburi köçkünün başına oyun açdı... - İDDİA


Laçından olan məcburi köçkün, 37 yaşlı Maarif Şahgəldiyev “Fortis Group” MMC tərəfindən aldadıldığını deyir. DİA.AZ-ın məlumatına görə, 27 ildir Kürdəmir rayonunda Laçın köçkünlərinin məskunlaşdığı yataqxanada yaşayan şikayətçinin sözlərinə görə, 2015-ci ildən “Azbentonit” Zavodu ilə əməkdaşlıq edib. Zavodun sement məhsullarını alıb, üstünə müəyyən məbləğ qoyaraq satırmış. Sonradan zavodun adı “Garant İnşaat Sənaye”, indi isə “Fortis Group” olub.

Ticarət zamanı Maarif Şahgəldiyevin zavoda 30 min manata yaxın borcu yaranıb. Deyir, borc övladının xəstəliyi və zavoddan aldığı yarıyararsız materiallara görə artıb: “Satılan materiallardan bəzisi geri qayıtdı. İstifadəyə yararsız idi. Burada bir az zərər etdim. Övladım da ağır xəstə idi, ürəyində problem vardı. Onun müalicəsinə də çox xərcim çıxdı. Nəticədə, satılan məhsulun pulunu vaxtında verə bilmədim. 30 min manata yaxın borc yığıldı”.

Şikayətçi deyir ki, zavodun əvvəlki müdiriyyəti ilə borcda razılaşıblar. Yenə əvvəlki kimi material götürüb satır, əldə etdiyi bütün vəsaiti zavoda verirmiş: “Mənə qalan qazancı da götürmürdüm. Allah bilir ki, borcu söz verdiyim kimi qaytarım deyə, həmin vaxt ailəmlə necə çətin günlər yaşamışıq. Yaxşı da qaytarırdım. 1 ilə 8 min manat verdim. Qaldı 22 min. Sonra müdiriyyət dəyişdi. Yeni gələn müdir Elşad Bayramov dedi ki, ya 22 mini tam gətir, ya da səni verirəm məhkəməyə”.

Maarif Şahgəldiyev deyir ki, işlədiyi illər ərzində zavoddan dövriyyəsi 1 milyon manata yaxın olub. Material alıb, satıb və pulunu ödəyib. Ancaq zavod sahibinin borcunu tam ödə tələbini yerinə yetirə bilməyib. Çox söz-söhbətdən sonra Elşad Bayramov ona 30 min manat müqabilində limit açmağa razı olub.

“Daha nə edim, 22 mini tam ödəyə bilmirdim deyə, razılaşdım. Mənə 30 minlik mal verəcəkdi, əvvəlki kimi satıb, borcumu qaytaracaqdım. Sənədi gətirdi, imzaladım. Sonradan mənə mal vermədi. Ancaq vermiş kimi göstərib, məni məhkəməyə verdi. Guya 60 min manat borcum var ona”.

Maarif Şahgəldiyev deyir ki, o, heç vaxt zavoddan qaimə və fakturasız mal götürməyib. Odur ki, Kürdəmir Rayon Məhkəməsindən xahiş edib ki, Elşad Bayramov ona mal verməsi ilə bağlı sənəd təqdim etsin: “Hər şeyi açıq dedim. Borcumun necə yaranmasını. Nə qədərini ödədiyimi və s. Hakim mənimlə razılaşdı. Elşad Bayramovdan sənəd tələb etdi. Ancaq 5 məhkəmə iclası boyunca onlar heç bir sənəd təqim edə bilmədilər. Hakim mənim onlara 22 min borcumun olduğuna qərar verdi”.

Maarif Şahgəldiyev deyir ki, Elşad Bayramov bundan sonra da ondan əl çəkməyib. 60 minlik borc tələbi ilə Şirvan Apelyasiya Məhkəməsinə müraciət edib. O, yenə məhkəmədən sənəd verilməsini tələb etsə də, bu dəfə hakim onun dediyini etməyib. 60 minlik borcun olmasına, onun 8 mininin qaytarılıb, 52 mininin qaldığına qərar verib: “Məhkəmə mənim heç bir xahişimi, tələbimi nəzərə almadı. Zavod sahibinin haqsız iddiası təmin edildi”.

Qeyd edək ki, Maarifin anası Minayə Şahgəldiyeva onkoloji xəstəlikdən əziyyət çəkir. Deyir, bir balası var. Onu şərləyib, həbs edəndən sonra yaşamaq istəmir: “Oğlum həbs edilsə, nə yolla olur-olsun, dağla, meşəylə keçəcəm Laçına. Qoy ermənilər məni vurub öldürsünlər. İnanın, pul tapıb, xəstəxanaya gedə bilmirəm. Ürəyim də problemlidir, təzyiq də bir tərəfdən. Yemirik-içmirik ki, borcumuzu qaytaraq. Daha nə edək? Borcdan imtina etmirik ki. Şərait yaratsın, ödəyək də. Niyə tutdurmaq istəyir?”

Minayə Şahgəldiyeva deyir ki, Laçından çıxara bildiyi tək varı-dövləti oğlu Maarifdir. Ondan başqa övladı yoxdur. 6 nəfərlik ailə oğlunun öhdəsindədir. O, həbs olunsa, ailə hərtərəfli məhv olacaq: “İki azyaşlı uşağı var, köçkünük, bizə acısınlar, nolar. Çox şey istəmirik, sadəcə ədalətli məhkəmə araşdırması istəyirik. O pulu bizə hədiyyə etməsinlər. Sübut olunan borcun hissə-hissə ödənməsinə imkan versinlər, bəsimizdir. Oğurluq, quldurluq etsə, deyərəm, tutun. Etməyib axı. Balasının xəstəliyinə görə borcu yaranıb. Ondan da qaçmır, deyir: “ödəyirəm”. Sadəcə bir yola gəlmirlər. Dirəniblər, həbsini istəyirlər. Olmaz axı belə”.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Qubada vəzifə saxtakarlıgına görə işdən azad olunan icra nümayəndələrinin əməlinə hüquqi QİYMƏT VERİLƏCƏKMİ?
MASALLININ BAŞ HƏKIMININ PSIXATRIYA HƏKIMINƏ EHTIYACI VAR
Qəzənfər Ağayev ölkədən 45 milyon manat çıxarıb... - İDDİA
Gədəbəydə məmurlarla vətəndaş arasında gərginlik - NƏ BAŞ VERİR?
Qəbələdə MƏMUR YARITMAZLIĞI: - Prezident İlham Əliyev icra başçısını niyə danlayıb?
ŞƏKİDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT: - “Halal yolla dolanmağa imkan vermirlər…”
Yardımlı icra hakimiyyətinin başçısı məhkəməyə verildi: - Şok səbəb
Gülağa Əliyev: Xaricdə yaşayan soydaşlarımız da Prezident ilham Əliyevin yanındadır və onu dəstəkləyir
Qasım Muradov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Mübariz Qurbanlı bunları bilsə, yaxşıdır... - İDDİA
Deputatın qohumları kef-damaqda... - FOTOLAR
TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM
Onkoloji xəstəni intihar həddinə çatdırıblar... - Müraciət...
DGK-da nə baş verir? - İDDİA
Saatlı sakinləri çətin durumda... - “Əkin sahələri, heyvanlar susuzdur”
Adil Vəliyevin bu ailədən xəbəri varmı? - 6 uşaqlı ana fəryad çəkir
Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?
Cəsarət Əhmədov:
Ağsu rayonunun Elabad kənd sakinlərinin müraciəti ilə bağlı yayımlanmış video-informasiya ilə əlaqədar T Ə K Z İ B
Bizim qayğıkeş polislərimiz
Qarabağ əlili DSMF-dən şikayətçidir - Müraciət...
Səfər Mehdiyevin yalanları ifşa olunur - İTTİHAM
Cavid Qurbanov virusdan belə qorunur -
Cəsarət Əhmədov: “Allahdan istərdim ki, mənim də taleyimə şəhidlik zirvəsi yazılsın”
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
“Şərurlu İsfəndiyar”ın adı daha bir dələduzluqda hallanır – Bu dəfə DAK rəsmisinə 282 min dollar “atıb”
İqbal Məmmədov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Sakinlər başçıya ÇAĞIRIŞ ETDİ -
KTN subsidiya adı altında fermerə 18 manat əvəzinə 4 manat nəğd pul verilirmiş – ŞOK İDDİA
Adil Vəliyevin mənimsədiyi milyonlar... - İTTİHAM
İnam Kərimovun aqro-dələduz şəbəkəsindən doğrudanmı xəbəri olmayıb? - İLGİNC
«    Август 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏDƏNİYYƏT