GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

GDU-da əmək haqqı böhranı davam edir – MÜRACİƏT

Məlum olduğu kimi, prezident İlham Əliyevin fərmanı ilə sentyabr ayının 1-dən minimum əmək haqqı 250 manat müəyyən edilmişdir. Müvafiq sərəncama görə, büdcə təşkilatlarında çalışanların aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır. Lakin, Prezident İlham Əliyevin sərəncamları Gəncə Dövlət Universitetində demək olar ki, yerinə yetirilmir.

Bizimxeber.az-a daxil olan müraciətdə bildirilir ki, minimum əmək haqqının artırılmasına qədər GDU-da laborant, baş laborant, kabinə müdiri, laboratoriya müdiri, preperator, habelə tədris ustaları və digər texniki işçilərin maaşları arasında əsaslı fərq var idi. Hal-hazırda GDU- nun baş mühasibinin təqdimatı əsasında laborant, baş laborant, laboratoriya müdiri, kabinə müdiri, preperator, metodist və digər tədris-köməkçi heyəti üzvləri hətta xadimələr belə ayda 250 manat maaş alacaqlar. Bu ştatlara verilən maaş tariflərinin çox kobud şəkildə pozulması deməkdir.

Müəllim heyətinin maaşları isə ümümiyyətlə, artırılmır. Vəzifələr arasında verilən maaşa heç bir fərq qoyulmur, necə deyirlər yağın da, balın da qiyməti GDU bazarında eynidir. Bundan başqa digər ali məktəblərin hamısında professor-müəllimlərin əmək haqqı böyük məbləğdə artırılsa da, bu GDU-da xəyal olaraq qalır. Respublikanın digər ali məktəbləri və Gəncə Dövlət Universitetinin eyni ştatları tutan əməkdaşlarının maaşları arasında əsaslı fərqlər vardır. Bu fərq 300-500 manat arasında dəyişir.

Bildirmək istəyirik ki, Gəncə Dövlət Universitetində maaşların artırılmasına əsas əngəl “kor Teyyub” ləqəbli baş mühasibdir. Universitetdə hamı onu hətta üzünə belə bu adla çağırır, sanki bu ləqəb ona ləzzət verir və deyir ki, bu gözləri mühasibatlığın sənədləri kor edib. Respublikada heç bir mühasib məni kimi stajli ola bilməz. Bəlkə də, rektor Yusif Yusibov maaşları artırmaq istəyir.

Lakin “kor Teyyub” elə bir vay-şüvən qoparır ki, səsi universtetin beş tədris binasında cingildəyir. Elə bil dədəsindən qalan puldur. Maaşlar artsa, onda baş mühasib Teyyub və prorektor Fəxrəddin Həsənovun saxta qaimələrlə bankdan çıxartdıqları pulun miqdarı azalar. Kənardan baxan universitet işçiləri baş mühasibin necə “şişdiyini” görürlər. Ancaq kor Teyyub görəsən bilirmi ki, hər bir şişən şey irinləyib sonda partlayacaqdır.

Digər tərəfdən baş mühasib sosial şəbəkədə mühasibatlığın işçilərindən və tələbə təşkilatlarından ibarət bir trol dəstəsi saxlayır. Maaşların azlığı ilə bağlı nə isə yazılanda bu söyüşcül trollar işə başlayır.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Hotel adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları-Video
Bu Vətən üçün, bu xalq üçün yaşamağa da, ölməyə də dəyər!
Cəlilabadda “yetim malı”na tamah salanlar... - Özlərini nədən bu qədər rahat hiss edirlər?
Gömrük hospitalı da əcaib qanunlarla işləyir - İDDİA
Kəlbəcərin yeni icra başçısı “siftə elədi...” - Bizə də
Samux İH başçısının kürəkənindən hədə: “Biz resublikada 3 nəfərdən biriyik...” - GİLEY
Daha bir başçı GƏRGİNLİKDƏ... - İDDİA
Bakı Baş Gömrük İdarəsində qara maskalılar nə zaman görünəcək? - İTTİHAM
Qəzənfər Ağayev rayonda əlini “ağdan qaraya” vurmaq istəmir - Astaranın
Lerik rayonu icra başçısından Prezidentə şikayət
Lənkəranda yerli məmurlardan narazı olan əlil atası od püskürdü-VİDEO/FOTO
Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yayılıb
Məhkəmədən Vilyam Hacıyevlə bağlı – Qərar
Baş prokuror özünə yeni köməkçilər təyin etdi — RƏSMİ
Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərə əlavə bu qədər pul ödənildi
Bakıda qırmızı işıqdan keçən avtomobil qəza törətdi — ANBAAN VİDEO
TƏKZİB
Sabiq baş həkimin ittihamlarının heç bir məntiqi əsası yoxdur
Qazax yeni yüksəliş yolundadır - VİDEO
Böyük sərvət sahibi olan İcra başçısının Şəhid ailəsinə qarşı laqeyd münasibəti-Video
Burada uşaq bağçaları konslageri xatırladır... - Dəhşətli MƏNZƏRƏ...
Əhmədzadə müxalifətə belə pul ötürüb... - Sənəd-sübut...
“Torpağımı qanunsuz yolla əlimdən alan icra başçısı məni ölümlə hədələdi” - QALMAQAL
Haqqı tapdanan sahibkarlar başçıya ÜSYAN ETDİ -
Lənkaranda icra başısı və oğlundan narazılıqlar artır - İLGİNC İDDİALAR
Taleh Qaraşovu Lənkərandan Bakıya helikopterlə gətizdirən kimdir
Ağdamda elinin GÜNünə ağlayan ELGÜNün həbsi: Başçı ilə rəisin birgə əməliyyatı
Xırdalandakı “Kristal Abşeron”da faşist davranışı - vəkil dəhşətli fakt açıqladı…
Tovuz səhiyyəsində bazar qaydaları - GİLEY
«    Май 2020    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT