Gədəbəydə niyə səfərbər ola bilmirik... - İTTİHAM

Gədəbəydə niyə səfərbər ola bilmirik... - İTTİHAM

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gədəbəy rayon idarəsinə təqribən dörd ay bundan öncə polkovnik-leytenant Eldəniz Süleymanlı yeni rəis təyin olunarkən, tam əksəriyyət düşünürdü ki, bu idarədə hökm sürən “bazar qanunları”na “stop” qoyulacaq.

Amma, həmin kəslər nə biləydilər ki, əvvəlki “komissar”ların oturub işlədikləri binanın ümumi görkəmi xoşuna gəlməyən, rayonun MKTB-nin balansında olan və vaxtilə şəhər icra nümayəndəliyinin yerləşdiyi binanı, üstüstə on iş otağını 50 min manat vəsait xərcləməklə qaydaya saldıran, eyni zamanda özünə yaratdığı “super” iş otağına 25 min manat vəsait xərcləyən bu şəxs, bir hərbi bileti 6 min manata, üçildənbir həkim müayinəsindən keçməyin haqqını isə 500 manata qaldıracaq. Məsələnin düşündürücü tərəfi odur ki, Eldəniz Süleymanlı təqribən dörd ay bundan öncə adı çəkilən idarəyə rəis təyin olunur və o, ötən aylar ərzində digər xərclər istisna olunmaqla, söylənilənlərə görə, təkcə təmir işlərinə 75 min manatdan çox vəsait xərcləyir. O halda ortaya maraq kəsb edən çoxsaylı suallar çıxır. Görəsən bu şəxs daşıdığı vəzifəsinə görə ayda nə qədər əməkhaqqı alır ki, o, bu qədər işlərin öhdəsindən gələ bilib?

7GUN.az xəbər verir ki, Gədəbəy rayon idarəsininin yerləşdiyi bina Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin balansında olmadığından, sabiq “komissar”lar həmin binanı heç də qaydaya saldırmağı bacara bilməmişdilər. Çünki, vaxtilə həmin şəxslər bildirirdilər ki, “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən, bu binanın təmir olunmasına vəsait ayrılmır”. Hələ bunlar azmış kimi, Gədəbəy rayon idarəsi tərəfindən “Qurbanlıq bayramı”nda kəsilən heyvanlara xərclənən pulların necə, hansı yollarla əldə olunması da, hər kəsi düşünməyə sövq edir. Düşünürük ki, belə bir olayların varlığı hər kəsi düşündürdüyü kimi, məhz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi cənab Arzu Rəhimovu da düşündürəcək. Çünki, heç bir istehsal sahəsi olmayan, biznes fəaliyyəti ilə məşğul olmayan bir idarə rəhbərinin belə bir addımlar atması, olduqca düşündürücü nüaslardır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Gədəbəy rayon idarəsi rəisinin bir hərbi bileti 6000 min manata, üçildənbir həkim müayinəsindən keçməyin haqqını 500 manata qaldırmaqla qorxusuz-təhlükəsiz işləməsinin kökündə, sən demə başqa-başa amillərin varlığı dururmuş. Belə ki, söylənilənlərə görə adı çəkilən bu şəxs rayonda “ranqlı vəzifə” sahibi olan bir şəxslə sıx təmas qurmağı bacarıb. Elə ki, bir kimsə Eldəniz Süleymanlıya “qaşın üstə qara var” deyir, o halda həmin vəzifə sahibi idarə rəisinin “harayına çatır” və Gədəbəy rayon idarəsi rəisinin “xətrinə dəyən” həmin kəsi “məhşər ayağına” da çəkir.

Bütün bunlar qalsın bir yana, Gədəbəy rayon idarəsi rəisinin atdığı addımları analiz edərkən, ümumi çevrə arasında yaşananları müzakirəyə çıxarakən, məhz belə bir qənaətə gəlmək olur ki, müharibə şəraitində yaşayan bir ölkədə Eldəniz Süleymanlı ölkəmizə bu cür “töhfə”lərini bəxş etməklə, müasir tariximizdə silinməz izlər də buraxacaq. Görəsən səbəb nədir ki, qəlbində vətənpərvərlik hissi gəzdirən, onu göz bəbəyi kimi qorumağa çalışan bəzi gənclərimizi, o, yollarından çıxmağa şərait yaradır. Axı, belə bir addımlar heç cür yolverilməzdir. Bir hərbi biletin 6 min manata satılması isə, nə yerə, nə göyə sığası məsələ deyil. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Mövzu diqqətimizdədir.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Axtarışa verilən Əli Həsənova Abidin Fərzəliyevin bağışladığı villa — FOTO
Gözdən əlili ara fəhləsi kimi işlədirlər... - GİLEY
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Ağdamın başçısına qohumbazlıq suçlaması -
ŞOK FAKT: İnam Kərimovu necə gözdən salmaq istəyiblər? - Ramiz Mehdiyevlə Əli Həsənovun çirkin oyunları...
“Zeytun”la bağlı şok iddialar: Şantaj, hədə... - İTTİHAM
Sabirabad Olimpiya Kompleksində ŞOK YEYİNTİ... - İTTİHAM
Xalq şairi Əli Həsənovu
Bakcell Əli Həsənovun toruna necə düşübmüş? – Nəsib Həsənov onun sözündən niyə çıxa bilmirdi?
Kərəm Həsənovun “Hacıkənd əməliyyatı” – Bu dəfə onu əfv edəcəklərmi?
Kərəm Həsənov qalmaqallı əmisi oğlunu özünə köməkçi təyin edib? – FOTO
Azərbaycan nefti ucuzlaşdı
Nizami Xudiyevin prokuror oğlu işdən çıxarıldı
“Binə” Ticarət Mərkəzi açılır — FOTO
Sabahın havası — Şimşək, yağış, dolu...
Rayonlara gedən bu sürücülər cərimələnəcək — RƏSMİ AÇIQLAMA
Prokurorluq Qurban Məmmədovla bağlı araşdırmaya başladı
Balaxanıda fotosessiya izdihamı — VİDEO
Azərbaycanda pensiya ilə bağlı mühüm dəyişiklik — AÇIQLAMA
Azərbaycanın bu şəhərində yoluxma sürətlə artır — 16 nəfər ölüb
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər — AÇIQLAMA
AZAL Türkiyəyə gedənlərə müraciət etdi
Kafe restoranlar sabahdan bu qaydada işləyəcək
Azərbaycana vaksin gətirilir — Payızda bu insanlara vurulacaq - VİDEO
İlham Əliyev Bakıda 251 nömrəli məktəbin yeni korpusunun açılışında iştirak edib — YENİLƏNİB + FOTO
TƏKCƏ AĞAC DEYİL, ADAM DA KƏSMƏYƏ HAZIR OLAN MEŞƏ MƏMURLARI - VİDEO
“YouTube”  şəbəkəsinin “Mum Tv” kanalında  Ağsu  şəhər  sakini  Hacıyeva  Samirə Murad qızının müraciəti ilə bağlı yayımlanmış video-informasiyaya T Ə K Z İ B
Zibilliyə qərq olan Gəncə... - Niyazi Bayramov NƏ İŞƏ YARIYIR?
Laçın 1-saylı uşaq  musiqi məktəbində şok olaylar
«    Сентябрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏDƏNİYYƏT