Ağdam musiqi kollecində 200 minlik skandal: Rafael Musayevə şok ittihamlar

Ağdam musiqi kollecində 200 minlik skandal: Rafael Musayevə şok ittihamlar

Ağdam Musiqi Kollecinin qalmaqallı direktoru Laura Ağayeva vəzifəsindən kənarlaşdırıldıqdan sonra onun postu satışa çıxarılıb.

Xalqxeber.az sosial şəbəkələrdə yayılmış məlumatlara istinadən xəbər verir ki, Ağdamda L.Ağayevanın yerinə onun müavini Rafael Musayevin keçəcəyi haqda danışırlar.

Yaşı 65-dan çox olan, təqaüd vaxtı çatan R.Musayevin keçmiş direktorun yerinə keçməsi üçün dəridən-qabıqdan çıxdığı iddia olunur. Deyilənə görə, bu məsələdə ona Ağdam rayon İcra Hakimiyyəti rəhbərliyi dəstək verməkdədir.

Rayonda gəzən söz-söhbətə görə, R.Musayevin Ağdamın musiqi kollecinin direktoru təyin olunması üçün Ağdam RİH-lə anlaşdığı iddia edilir.

Hətta belə iddialar səslənir ki, R.Musayev L.Ağayevanın kreslosuna sahiblənmək üçün nə az, nə çox 200 min manatından keçməli olub.

Bildirilir ki, əvəzində Ağdam rayon rəhbərliyi ona vəd verib. İcra hakimiyyəti başçısı Musayevi inandırıb ki, Təhsil Nazirliyi ilə danışıqlar aparıb, məsələ həllini tapıb, yaxın zamanlarda musiqi kollecinə direktor təyinatı təsdiqlənəcək.

Amma hələlik bu işin rəsmiləşməsi qeyri-müəyyən səbəblərdən uzanır. R.Musayev isə möhkəm təlaş, həyəcan içindədir, işin alınmamasından qorxur. Üstəgəl, ara yerdə 200 minin batmasından narahatdır.

R.Musayevdə 200 min manatın haradan olması da maraq doğurur. O, müavin işləyərkən nə qədər maaş alıb, rüşvət əldə edib ki, indi direktor postuna keçməyə 200 mini var?

Sual doğuran ikinci məsələ budur ki, Ağdam rəhbərliyi və R.Musayev Təhsil Nazirliyində hansı səlahiyyət sahibi ilə dil tapıblar?

Bəlkə nazirə bu pul çatıb? Ümumiyyətlə, nazir Ceyhun Bayramovun Ağdam musiqi kolleci ətrafında baş verənlərdən xəbəri varmı?

Xalqxeber.az feysbukda yazılanlara istinadla xəbər verir ki, Ağdam musiqi kolleci L.Ağayevanın vaxtından tədris səviyyəsi aşağı, rüşvətə bulaşmış təhsil ocağı idi.

Elə iddialara görə, tələbələrdən imtahanlarda pul yığılmasını Rafael Musayev həyata keçirirmiş və Laura Ağayevaya çatdırırmış.

Deyilənlərə görə, R.Musayev indi müavinlikdən direktorluğa yüksəlmək üçün hər tələbədən 600 manat tələb edir.

Görünür ki, nazirliyə çatacağı deyilən 200 mini tələbələrin və onların valideynlərinin dərisindən çıxarmağa hazırlaşır. Əlbəttə, ziyana düşmək istəmir.

Məlumatlarda deyilir ki, Ağdam musiqi kollecində tar-kaman kökləyə bilməyən, musiqi notu tanımayan, adı keçən tələbələr var.

Hətta imtahan günü kollecdə olmayanlar var ki, növbəti semestrə adlayırlar. Ona görə ki, R.Musayev tələbələrin hamısını “razı” salmağın yollarını bilir.

Amma belə bir imicə malik kadrın direktor təyin olunması indidən deməyə əsas yaradır ki, Ağdam musiqi kollecini və tələbələrini nə gözləyir.

Məsələ ilə bağlı Ağdam RİH-nin və R.Musayevin mövqeyini işıqlandırmağa hazırıq.

Mənbə: Xalqxeber.az[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Hotel adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvaları-Video
Bu Vətən üçün, bu xalq üçün yaşamağa da, ölməyə də dəyər!
Cəlilabadda “yetim malı”na tamah salanlar... - Özlərini nədən bu qədər rahat hiss edirlər?
Gömrük hospitalı da əcaib qanunlarla işləyir - İDDİA
Kəlbəcərin yeni icra başçısı “siftə elədi...” - Bizə də
Samux İH başçısının kürəkənindən hədə: “Biz resublikada 3 nəfərdən biriyik...” - GİLEY
Daha bir başçı GƏRGİNLİKDƏ... - İDDİA
Bakı Baş Gömrük İdarəsində qara maskalılar nə zaman görünəcək? - İTTİHAM
Qəzənfər Ağayev rayonda əlini “ağdan qaraya” vurmaq istəmir - Astaranın
Lerik rayonu icra başçısından Prezidentə şikayət
Lənkəranda yerli məmurlardan narazı olan əlil atası od püskürdü-VİDEO/FOTO
Xalq artisti Zeynəb Xanlarovanın ölüm xəbəri yayılıb
Məhkəmədən Vilyam Hacıyevlə bağlı – Qərar
Baş prokuror özünə yeni köməkçilər təyin etdi — RƏSMİ
Azərbaycanda koronavirusla mübarizə aparan həkimlərə əlavə bu qədər pul ödənildi
Bakıda qırmızı işıqdan keçən avtomobil qəza törətdi — ANBAAN VİDEO
TƏKZİB
Sabiq baş həkimin ittihamlarının heç bir məntiqi əsası yoxdur
Qazax yeni yüksəliş yolundadır - VİDEO
Böyük sərvət sahibi olan İcra başçısının Şəhid ailəsinə qarşı laqeyd münasibəti-Video
Burada uşaq bağçaları konslageri xatırladır... - Dəhşətli MƏNZƏRƏ...
Əhmədzadə müxalifətə belə pul ötürüb... - Sənəd-sübut...
“Torpağımı qanunsuz yolla əlimdən alan icra başçısı məni ölümlə hədələdi” - QALMAQAL
Haqqı tapdanan sahibkarlar başçıya ÜSYAN ETDİ -
Lənkaranda icra başısı və oğlundan narazılıqlar artır - İLGİNC İDDİALAR
Taleh Qaraşovu Lənkərandan Bakıya helikopterlə gətizdirən kimdir
Ağdamda elinin GÜNünə ağlayan ELGÜNün həbsi: Başçı ilə rəisin birgə əməliyyatı
Xırdalandakı “Kristal Abşeron”da faşist davranışı - vəkil dəhşətli fakt açıqladı…
Tovuz səhiyyəsində bazar qaydaları - GİLEY
«    Май 2020    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏDƏNİYYƏT