“Heydər Əliyevin Gəncəyə getməsi fədakarlıq idi”

“Heydər Əliyevin Gəncəyə getməsi fədakarlıq idi”













“15 İyun Qurtuluş Günü millətin, dövlətin tarixində ən əhəmiyyətli günlərindən biridir. Məhz bu gün ümumilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycanda rəhbərliyə qayıtdı və o vaxtkı məclisin sədri seçildi. Bundan sonra isə Azərbaycanda həmin dövrdə başlamış vətəndaş müharibəsinin qarşısı alındı və dövlətçiliyin itirilməsi təhlükəsindən Azərbaycan xalqı xilas oldu”.

Bu fikirləri açıqlamasında bildirib ki, Milli Məclisin deputatı Musa Quliyev 15 İyunla bağlı danışarkən deyib.

M. Quliyev qeyd edib ki, Azərbaycan öz müstəqilliyini 1991- ci ilin oktyabr ayında əldə etsə də, təəssüf ki müstəqilliyin ilk illəri xalqımız üçün çox ağır keçdi:

“O zaman dövlət rəhbərliyində olan Ayaz Mütəllibov, Əbülfəz Elçibəy hakimiyyəti dövründə xalqın arzuladığı dövləti biz qura bilmədik. Burada xarici təsirlərin də, Qarabağ müharibəsinin də rolu var idi. Ən əsası isə hakimiyyətdə olan şəxslərin xalqın etimadını tam qazana bilmədi, vahid komanda olmadı. Məhz vahid komandanın olmaması səbəbindən də 1993- cü ilin əvvəllərindən başlayaraq Azərbaycanda çox ciddi şəkildə dövlətçiliyin dağılması prosesi başlandı. Xüsusilə Kəlbəcər işğal olunduqdan sonra Azərbaycanda demək olar ki, hərbi özbaşınalıq, siyasi böhran başladı. Bu hərbi siyasi böhranın da zirvəsində Sürət Hüseynov və onun rəhbərlik etdiyi post dayandı. Sürət Hüseynov Xalq Cəbhəsi hakimiyyətinin yaratdığı və qəhrəman titulu verdiyi, Nazirlər Sovetinin müavini, deputat və Azərbaycan prezidentinin Qarabağ üzrə şəxsi nümayəndəsi idi. Amma təəssüf olsun ki vahid komandanın olmaması, prezident Əbülfəz Elçibəyin idarəçilik üsulunun sisteminin həmin dövrə uyğun olmaması hər vəzifəli şəxsin özünün komandasının formalaşmasına gətirib çıxardı. Rəhim Qazıyevə, Sürət Hüseynova tabe olan olan ayrı-ayrı qüvvələr var idi. Əlikram Hümbətovun, İsgəndər Həmidovun, İsa Qəmbərin öz qüvvələri var idi. Bütün bunlar hamısı ölkədə qarşıdurmaya, vətəndaş müharibəsi həddinə gətirdi. Buna görə də Gəncədə qan töküldü. Xalqın təkidi və tələbi ilə, prezident Əbülfəz Elçibəyin də xahişi ilə də Heydər Əliyev Bakıya gəldi. Milli Məclisdə çıxış etdi, sonra Gəncəyə getdi. Əslində Heydər Əliyevin Gəncəyə getməsi özü bir şəxsi fədakarlıq idi. Həmin dövrdə Sürət Hüseynovun ətrafında olduqca başıpozuq bir dəstə var idi. Xüsusən də dəstədə cinayətkar ünsürlər var idi. Heydər Əliyev Gəncədəki vəziyyəti öyrəndikdən sonra gəlib Milli Məclisdə çıxış etdi və nəhayət bu ağır missiyanı öz üzərinə götürdü.

Təəssüf ki həmin dövrdə Heydər Əliyevin özünün vahid komandası yox idi. Çünki seçki ilə Yeni Azərbaycan Partiyası hakimiyyətə gəlməmişdi. Elçibəy də Kələkiyə çıxıb getdi. İdarəetmənin bütün ağırlığı Heydər Əliyevin çiyinlərinə düşdü. Heydər Əliyev böyük bir xalq qarşısında misilsiz bir xidmət göstərdi və birinci vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycanı parçalanmaqdan qorudu.

Çünki o dövrdə təkcə Gəncə hadisələri bir problem deyildi. Eyni zamanda, şimalda emissarların gəlib getməsi ölkəmizdə ciddi narahatçılıq törətmişdi. Bundan əlavə, Əlikram Hümbətov özünün hərbi dəstələriylə cənubda qondarma Talış Muğan Respublikası elan etmişdi. Heydər Əliyev bütün bunların öhdəsindən təkbaşına müdrik siaysəti ilə gəldi. Azərbaycanı parçalanmaqdan xilas etdi”.

Onun sözlərinə görə, müasir Azərbaycanın bünövrəsi məhz 15 İyundan sonra qoyulmağa başlanıldı: “ Sonrakı dövrlərdə isə Heydər Əliyev ölkədə tam siyasi ictimai sabitlik yaratdı. Dövlət quruldu, Konstitusiyamız qəbul olundu. Azərbaycanın bugünkü inkişafının bünövrəsi məhz bu tarixdən qoyulub. Həmçinin qeyd edim ki, 1993- cü ildən götürüləsi ibrət dərsləri də var. İlk növbədə dövlət başçısı öz xalqına arxalanmalıdır. Xalqın dəstəyi olmadan heç bir şəxs hakimiyyətə gələ bilmir. İkincisi, əgər hər hansı bir hərbi dəstə qiyam qaldırmışdısa, onu yatırmaq adı ilə qeyri-qanuni şəkildə hərbi hissəni ora göndərmək bir cinayət idi. Bu cinayəti də sonra o dövrün baş naziri Pənah Hüseynov də öz məqaləsində etiraf etdi. Heydər Əliyev dəfələrlə söyləyib ki, müstəqilliyi əldə etmək çətindir, ancaq qorumaq ondan qat-qat çətindir. Dövlətçiliyi, vətən, milli birliyi qorumaq hər birimizin müqəddəs borcudur”.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Məşhur iş adamının “Karmen”i yenə aranı qatdı - Şirkəti ermənilərə un göndərib?
Abşeronda məktəbin keçmiş gözətçisi direktor müavinini döyüb - VİDEO
Azərbaycanda bir həftəlik çölə çıxma qadağası tətbiq edilə bilər - Açıqlama
“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - FOTO
Prezidentin köməkçisi:
Cəlilabad Diaqnostika mərkəzində özbaşınalıq - İTTİHAM
AAK-dan narazılıq pik həddə çatıb... - iki ilə yaxındır elmi işlərin müdafiəsi təşkil olunmur
Gəncə məhkəməsində nələr baş verir? - İLGİNC
Əli Həsənov dövlətin ayırdığı pulu yedi... - Azərbaycan mediasını dağıdıb böyrü üstə qoydu
Zirzəmi “işğalçısı” “16 yaşlı qətnamə” ilə əmlak hüquqlarına necə meydan oxuyub? - Gəncədə ÖZBAŞINALIQ!
Bilgəhdə vəziyyət urusca olsa da... - GİLEY
Respublika Veteran Təşkilatında QALMAQAL - Qurumu qoçu dəstəsi işğal edib?
Əhmədzadənin uğursuz Suqovuşan təcrübəsi... - NARAZILIQ...
Şəhid ailəsi Dünyamin Xəlilovun tələsinə necə düşdü... - Prezidentə müraciət olundu
Gəncədə də eyni bəhanələr qüvvədədir... - BÜROKRATİYA...
İşsiz qalan Kürdəmir sakini çarəsiz durumda... - GİLEY
Gömrük Komitəsinin ləğvi, özəlləşdirmə, “çirkli pullara azadlıq”... - Azərbaycana milyardlarla dollar lazımdır
Həm əfv, həm də amnistiya gözlənilir - Hüquq müdafiəçilərindən müjdə
Ermənistan böyük sülhü yaxına buraxmaq istəmir... - TƏHLİL
Erməni miflərinin puç edildiyi qızıl dönəm - GƏLİŞMƏ
İcra başçılarının sakinlərlə keçirdiyi görüşlərin qaranlıq tərəfləri
65 saat sonra dağıntılar altından 3 yaşlı körpə sağ çıxarıldı - İzmirdə möcüzə - FOTO
Düşmənin daha 30-a yaxın hərbçisi məhv edildi
Binali Yıldırım Bakıdadır - FOTO
Bu ölkədə qrip peyvəndi vurduranlar dünyasını DƏYİŞİR
Bu gündən tədrisin distant təşkilinə başlanıldı
Düşmənin Su-25 döyüş təyyarəsi məhv edildi
Düşmən Zəngilana hücum etmək istədi, ciddi itkilər verdi
Prezident Bağdad Amreyevi, Mustafa Rifatı, Adham İkramovu və Marat Şarşekeyevi qəbul edib
Ermənilərin “nəfəs borusu” adlandırdıqları Laçın dəhlizi – Tarixi, əhəmiyyəti, işğalı – FOTOLAR
«    Декабрь 2020    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏDƏNİYYƏT