“Koroğlu” MMC öz işçilərini necə “kor” qoyur

“Koroğlu” MMC öz işçilərini necə “kor” qoyur
















Bakı Ağır Cinayətlər Məhkəməsində “Koroğlu” MMC-nin işçisi Rauf Əliyevin cinayət işi üzrə məhkəmə prosesi sona çatmaq üzrədir. Cinayət işinə hakim Mahmud Ağalarovun sədrliyi ilə baxılır. Rauf Əliyev şirkətin 120 min manata yaxın pulunu mənimsəməkdə ittiham olunur.

Redaksiyamıza müraciət edən Rauf Əliyevin nümayəndəsi Samir Zeynalov bildirib ki, müvəkkili ətrafında baş verənlər şirkət daxilində yeyintilərin olmasını üzə çıxarandan sonra cərəyan etməyə başlayıb.

R.Əliyev 5 il əvvəl - 2013ncü ildə “Koroğlu” MMC-nin direktoru Tahir Əliyevin idarəetmə sisteminə etiraz olaraq şirkətdə tutduğu yüksək vəzifədən imtina edərək ayrılıb. Bundan sonra Tahir Əliyev dəfələrlə onu şirkətə qaytarmaq istəyib. R.Əliyev rəsmi olaraq əmək kitabçasına qeyd olunmaqla 01.02.2013-cü il tarixdə işdən ayrılıb. Buna baxmayaraq o gündən sonra yenə də onun adına şirkətdən qənnadı məmulatlarının müstəqil istiqamətdə çıxışı həyata keçirilib. Şirkətə yenidən qayıtdıqdan sonra məsələni aydınlaşdırıb, buna etirazını bildirib. Məlum olub ki, işdən uzaqlaşdığı müddət ərzində adına qeyri-qanuni olaraq 134 min 471 manat həddində mal buraxılıb. Həmin vəsaitin 25 min manatı naməlum formada mənimsənilib.

R.Əliyev apardığı araşdırma zamanı müəyyən edib ki, şirkət daxilində 93 min 184 manat 81 qəpik kəsir var. Bu haqda hesabat hazırlayıb Tahir Əliyevə təqdim edib. Elə bundan sonra da Rauf Əliyevin qara günləri başlayıb. Həmin kəsiri dolayısı ilə elə onun özünün “ayağına” yazıblar.

Rauf Əliyevin səlahiyyətli nümayəndəsi Samir Zeynalov növbəti dəfə “Koroğlu” MMC-də baş verən cinayətlər haqda “Yeni Müsavat” danışıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyevə müraciət edərək Rauf Əliyevin Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə qeyri-qanuni olaraq təqsirləndirildiyini diqqətə çatdırıb: “YAP üzvü olan Rauf Əliyev 1 ildən çoxdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-qanuni və əsassız olmaqla mühakimə olunur. O, ciddi hüquqi təminatsızlıqla üzləşib, həbs olunmaq təhlükəsi qarşısındadır. Uzun müddətdir reketçilik və qeyri-qanuni fəaliyyət əməlləri ilə nüfuz qazanmış ”Koroğlu" MMC rəhbərliyi bu gün növbəti qurbanı - əməlində cinayət tərkibinin mövcudluğu sübuta yetirilməmiş Rauf Əliyevə qarşı de-yure zərərçəkmiş şəxs statusunda tanınır.

Şirkətin rəhbəri Tahir Əliyevin birbaşa təşəbbüsü ilə Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin İstintaq orqanına təqdim edilən qeyri-hüquqi sənədlər əslində birbaşa olaraq dövlətin vergi siyasətinə vurulan zərərin ümumi məcmusudur. Belə ki, hüquqi baxımdan mötəbər əsasa malik olmamaqla, cinayət prosessual qanunvericiliyi baxımından da fiksal cinayət işləri üzrə rolu bimənalı olaraq istisna edilən bu qeyri-hüquqi sənədlər şirkətin rəsmi satış dövriyyəsi üzrə hüquqi status qazanmayıb. Təqsirsizlik prezumsiyası pozularaq ittiham edilən Rauf Əliyevə qarşı iddia edilən 124 min manat dəyərində olan maliyyə kəsri 2108 ədəd qaimə-fakturaya əsaslanır. Həmin qaimələrin sadəcə 60-da Rauf Əliyevin imzası var. Rauf Əliyev satış dövriyyəsinin ilkin və müdaxilə edilməsi mümkün olan excel əməliyyatlarına dair qeyri-rəsmi sənədlərlə ittiham olunur. Belə bir məqam da diqqət çəkir ki, Rauf Əliyevə təqdim olunması iddia edilən 1 milyon 200 min vəsaitə dair “Koroğlu” MMC-in alqı-satqı münasibətlərində olduğu şirkətlər tərəfindən istintaq subyektlərinə məxaric ordenləri təqdim edilmir. Üstəlik həmin şirkətlər tərəfindən Rauf Əliyevin adına çalışdığı müddət ərzində həmin şirkətlərin maliyyə-kargüzarlıq arxivində heç bir sənədin olmadığı da məhkəməyə verilən sorğuya rəsmi cavab kimi təqdim olunur. Rauf Əliyevin hüquqi-müdafiə mexanizminin təmsilçiləri tərəfindən məhkəməyə təqdim edilən və həyata keçirilməsi obyektiv məhkəmə araşdırması, həmçinin qanuni mühakimə adına vacib olan məhkəmə-mühasibatlıq ekspertizası haqda vəsatətlər heç bir əsas olmadan təmin edilmir. Bununla da Rauf Əliyevə qarşı qərəzli dövlət ittihamının əsassızlığı aksioma çevrilir. “Koroğlu” MMC-in fəaliyyəti ilə qırılmaz şəkildə bağlı olan ictimai-sosial gerçəkliklər də mövcuddur. Belə ki, 2013-cü ildə şirkətin iqtisadi mənafeyi naminə Rauf Əliyev tərəfindən şəxsən aşkara çıxan maliyyə kəsiri faktından təqribən 6 ay sonra “Koroğlu” MMC şirkətinin törəmə şirkət olaraq fəaliyyətə başlayan “Nur Retail MMC” şirkətinin direktorluq vəzifəsinə milyonlarla vəsait etibar olunmaqla bu gün qərəzli və qondarma şəkildə ittiham edilən Rauf Əliyev gətirilib. Təkcə qeyri-hüquqi kontekstdən yanaşmaya dair bu fakt kifayətdir ki, nümayəndəsi olduğum şəxsə qarşı ittiham iflasa uğramış olsun və o, əməlində cinayət tərkibi ümumi aspektlər baxımından sübuta yetirilmədiyi üçün bəraət alsın".

Samir Zeynalov “Koroğlu” MMC-də hər gün vergidən yayınma hallarının baş verdiyini də açıqlayıb. Dövlət büdcəsindən milyonlarla manatın yayındırılması ehtimallarının araşdırılması üçün Vergilər Nazirliyinin rəhbərliyinə müraciət edib. Bundan başqa diqqətə çatdırıb ki, “Koroğlu” MMC ticarəti ilə məşğul olduğu malların tarixlərini saxtalaşdırmaqla məşğuldur: “Mağazalardan, bazar-dükanlardan yığışdırılan istifadə müddəti bitmiş şirniyyat və şokoladlar zibilliyə atılmır. Şirkət daxilindəki xüsusi anbarda yenidən qablaşdırılaraq, təzə mal adı ilə yenidən piştaxtalara qaytarılır. Hüquq mühafizə orqanlarını bu cinayətləri araşdırmağa çağırırıq”.

Qarşı tərəfi də dinləməyə hazırıq.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Qubada vəzifə saxtakarlıgına görə işdən azad olunan icra nümayəndələrinin əməlinə hüquqi QİYMƏT VERİLƏCƏKMİ?
MASALLININ BAŞ HƏKIMININ PSIXATRIYA HƏKIMINƏ EHTIYACI VAR
Qəzənfər Ağayev ölkədən 45 milyon manat çıxarıb... - İDDİA
Gədəbəydə məmurlarla vətəndaş arasında gərginlik - NƏ BAŞ VERİR?
Qəbələdə MƏMUR YARITMAZLIĞI: - Prezident İlham Əliyev icra başçısını niyə danlayıb?
ŞƏKİDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT: - “Halal yolla dolanmağa imkan vermirlər…”
Yardımlı icra hakimiyyətinin başçısı məhkəməyə verildi: - Şok səbəb
Gülağa Əliyev: Xaricdə yaşayan soydaşlarımız da Prezident ilham Əliyevin yanındadır və onu dəstəkləyir
Qasım Muradov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir!
Mübariz Qurbanlı bunları bilsə, yaxşıdır... - İDDİA
Deputatın qohumları kef-damaqda... - FOTOLAR
TƏBİB-lə “TİİM” səhiyyə müəssisələrini necə “mühafizə”edirlər? - İTTİHAM
Onkoloji xəstəni intihar həddinə çatdırıblar... - Müraciət...
DGK-da nə baş verir? - İDDİA
Saatlı sakinləri çətin durumda... - “Əkin sahələri, heyvanlar susuzdur”
Adil Vəliyevin bu ailədən xəbəri varmı? - 6 uşaqlı ana fəryad çəkir
Quba-Xaçmaz bölgəsində ekologiyaya vurulan ziyanın bədəlini kimlər ödəyəcək....?
Cəsarət Əhmədov:
Ağsu rayonunun Elabad kənd sakinlərinin müraciəti ilə bağlı yayımlanmış video-informasiya ilə əlaqədar T Ə K Z İ B
Bizim qayğıkeş polislərimiz
Qarabağ əlili DSMF-dən şikayətçidir - Müraciət...
Səfər Mehdiyevin yalanları ifşa olunur - İTTİHAM
Cavid Qurbanov virusdan belə qorunur -
Cəsarət Əhmədov: “Allahdan istərdim ki, mənim də taleyimə şəhidlik zirvəsi yazılsın”
Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
“Şərurlu İsfəndiyar”ın adı daha bir dələduzluqda hallanır – Bu dəfə DAK rəsmisinə 282 min dollar “atıb”
İqbal Məmmədov dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!
Sakinlər başçıya ÇAĞIRIŞ ETDİ -
KTN subsidiya adı altında fermerə 18 manat əvəzinə 4 manat nəğd pul verilirmiş – ŞOK İDDİA
Adil Vəliyevin mənimsədiyi milyonlar... - İTTİHAM
İnam Kərimovun aqro-dələduz şəbəkəsindən doğrudanmı xəbəri olmayıb? - İLGİNC
«    Август 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏDƏNİYYƏT