BMT-nin sifarişi ilə aparılan araşdırma: Ermənilər Qarabağa qayıtmaq istəmirlər

  • 2-03-2021, 23:21
  • dunya
  • Baxılıb1936
BMT-nin sifarişi ilə aparılan araşdırma: Ermənilər Qarabağa qayıtmaq istəmirlər


Ötən ilin payızında İkinci Qarabağ müharibəsindəki sarsıdıcı məğlubiyyətdən sonra bir vaxtlar azərbaycanlı qonşularını fəal şəkildə qovan Qarabağ erməniləri indi özləri qaçqın vəziyyətinə düşüblər.

BMT-nin (UNHCR) sifarişi ilə aparılmış 22 yanvar 2021-ci il tarixli araşdırmaya görə, “qaçqına bənzər vəziyyətdə” (refugee like situation) olan erməni ailələrinin 85%-dən çoxu indiki yaşayış yerlərini tərk etmək istəmirlər. Qalan 15%-ə gəldikdə isə onlar ya Dağlıq Qarabağın böyük şəhərlərinə (Xankəndi, Xocavənd) qayıtmağı, ya da Ermənistanın böyük şəhərlərinə köçməyi planlaşdırırlar.

Araşdırmanın nəticələrinə görə, erməni qaçqınlarının 60%-i üçün əsas qida mənbəyi ərzaq məhsullarının birbaşa paylanmasıdır. Qaçqın erməni uşaqlarının təqribən 43%-i, həmçinin onları qəbul edən ailələrin 40%-i müharibədən sonra təhsil almaq imkanından məhrum olub.

Qaçqınların 73%-dən çoxu, eləcə də ev sahiblərinin 49%-i münaqişənin qidalanma imkanlarını azaltdığını söyləyib. Qaçqın ailələrin təxminən 14%-i və ev sahibi ailələrin 11%-i həftədə ən azı bir dəfə ərzaq ala bilmir. Nəticədə onlar qida rasionlarını azaltmağa, pəhriz saxlamağa məcbur qalırlar.

Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin təqdim etdiyi rəsmi statistikaya görə, 2021-ci il noyabrın 10-da imzalanan üçtərəfli razılaşmadan sonra 50 mindən çox erməni bölgəyə qayıdıb. Mütəxəssislər bu rəqəmin real vəziyyəti əks etdirmədiyini bildirirlər.

Belə ki, bir çox ermənilər yalnız vacib əşyalarını götürmək və yenidən Ermənistana qayıtmaq üçün geri dönürlər. Bunu 20 yanvar 2021-ci ildə BMT-nin sifarişi ilə həyata keçirilmiş digər bir araşdırma da təsdiqləyir. Orada qeyd olunur ki, Ermənistan Miqrasiya Xidmətinin rəsmi məlumatlarına görə, Dağlıq Qarabağdan ölkəyə təxminən 91 min qaçqın gəlib. Müxtəlif hesablamalara görə, onlardan yalnız 20 mini Dağlıq Qarabağa qayıdıb. Sorğuda iştirak edənlərin təxminən 70%-i ən azı yaxın aylarda bölgəyə qayıtmağı düşünmədiklərini qeyd ediblər.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Prezidentin Basqala ayırdığı milyonlarla vəsait necə xərclənir?
İsmayıllıda hələ də qazı olmayan kəndlər var
İsmayıllıda vətəndaşa məxsus ərazi yandırıldı, külli miqdarda ziyan vuruldu -Nazir Kəmaləddin Heydərovun adı hallanır - Foto+Video
Ağsuda
Siyəzən sakini icra başçısı Novruz Novruzova qarşı - Video-müraciət
Siyəzən təhsilindəki saxtakarlıqlarla bağlı vətəndaş prezidentə müraciət etdi - Video müraciət
Daxili işlər nazirliyi həbs edir Ədliyyə nazirliyi dövlət penitensiar xidməti azadlığa buraxır.Video-rolik.
Arzu Rəhimovun Lənkərandakı adamı qanunları necə pozur? - NARAZILIQ!
İsmayıllıdan şəhid ailəsi prezidentə müraciət etdi - İcra başçısı bizə kömək etmir - Video müraciət
Avtomobilinə nömrə nişanı ala bilməyən vətəndaşın problemi həll edildi
Meşəqıranların tərsinə vurulan çəkicləri - FOTO+VİDEOLAR
Daxili işlər naziri narkomaniyaya qarşı mübarizə elan edib - Ancaq İsmayıllı polisi biznesə girişib
Avtomobilinə nömrə ala bilməyən vətəndaş videomüraciət yaydı - Seymur Nəsirovdan şikayət...
Siyəzəndə məmurların başı biznesə qarışıb - Foto+Video
Zərnava bələdiyyəsi haqqında qərəzli olanlar var - İttihamlar təsdiqini tapmadı - Foto+Video
Şok! Cənub meşələrində soyqırım - Nə baş verir!
Şəhid üçün xatirə abidəsinin puluna da göz dikən icra başçıları da var…
Polisin həbs etdiyi narkabaronları Şəki CÇM-nin rəisi və hakim azadlığa buraxırlar
İsmayıllıda Zərifə Əliyeva adına olan istirahət mərkəzində biabırçılıq.Foto-Video
Nazirin NƏZƏRİNƏ: Bütün fond torpaqları məmurlar tərəfindən əkilib... - Əziyyətini fermerlər çəkir...
Buralarda qanunlar AYAQ ALTINA ATILIR... - NARAZILIQ!
“Əhalinin min bir əziyyətlə yetişdirdiyi pambıq, yonca yanır ” - Saatlıda NARAZILIQ
İcra başçısı bələdiyyə sədrini aldadıb? — Bu işdə başçının xanım müavininində əli var ŞOK İTTİHAMLAR (FOTOLAR)
İCRA BAŞÇISININ MÜLKLƏRİNİN VƏ TORPAQ SAHƏLƏRİNİN SİYAHISI… - Ali Qocayev Samuxu “özününküləşdirib” / VİDEO
Samuxa ayrılan büdcə pullarının xərcləndiyi ÜNVAN BƏLLİ OLDU... - Belə deyirlər...
Korrupsiya baş alıb gedir: - “Səhiyyəmiz yeni sistemə keçsin
Xaçmaz səhiyyəsində MƏNSƏB DAVASI... - İDDİA
Türkanda varlılar pul qazanır, kasıblar toz-torpaq udur... - GİLEY
İcra və Probasiya İdarəsi vətəndaşı İNCİDİR - GİLEY
İcra başçısı ilə qardaşı əl-ələ verərək camaata ZÜLM EDİR... - GİLEY
Cavid Qurbanovun ÇƏTİN DÖNƏMİ BAŞLAYIR... - Özünə əməlli-başlı komanda qurub...
«    Июль 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏDƏNİYYƏT