İcra nümayəndələri müğənnini öldürtmək üçün qatil tutublar

  • 23-04-2021, 14:53
  • cemiyyet
  • Baxılıb497
İcra nümayəndələri müğənnini öldürtmək üçün qatil tutublar


Cəlilabad rayonunda müğənninin öldürülməsinə görə Türkiyə vətəndaşı da həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, aprelin 19-da rayonun Fərzili kənd sakini Samrad Abdullayev polisə müraciət edərək atası Əflatun Abdullayevin aprelin 18-dən itkin düşdüyünü bildirib.

Axtarış nəticəsində Ə.Abdullayevə məxsus “Mercedes” markalı avtomobil Salyan rayonu, Noxudlu kəndi ərazisində fermaların yaxınlığında tapılıb. Maşının içində qan izləri aşkarlanıb. Daha sonra Ə.Abdullayevin öldürülərək Sabirabad rayonunda kanala atıldığı məlum olub.

İstintaq müəyyən edib ki, Ə.Abdullayev rayonun Təklə kənd icra nümayəndəsi Famil Mahmudova külli mqidarda pulu sələmə verib. Daha sonra F.Mahmudov rayonun Seyidbazar kənd icra nümayəndəsi Zeydulla İsmayılovla birgə Əflatub Abdullayevi öldürmək planı qurublar.

Onlar bu məqsədlə Bakıda yaşayan Türkiyə vətəndaşı, 1980-ci il təvəllüdlü Kürtoğlu Mehmet Ali ilə anlaşıblar. Razılığa görə, icra nümayəndələri M.Kürtoğluna 20 min dollar verəcəklər, o da Cəlilabad rayonuna gələrək Əflatub Abdullayevi öldürüb gizlincə geri qayıdacaqmış. Lakin bu plan baş tutmayıb.

Borcun qaytarılması üçün Təklə kənd icra nümayəndəliyinin ofisində görüşüblər. Mübahisə zamanı M.Kürtoğlu Əflatun Abdullayevi boğub, icra nümayəndələri isə onu “lom”la vuraraq öldürüblər.

***

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə açıqlamada qeyd olunub ki, faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Famil Mahmudov, Zeydulla İsmayılov və Mehmet Ali Kurtoğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb ediliblər.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Lerik və Lənkaran rayonundan şikayyətlər səngimək bilmir..
“Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert
İnsan hüquqları müvəkkili niyə susur?
Eldar İlyasov: Prezident İlham Əliyevin liderliyi dünya ictimaiyyəti tərəfindən alqışlanır
Cənub meşələri talan olunur - FOTOLAR
Pənah Hüseynov ona dəymiş maddi və mənəvi zərərlərə görə təzminat tələb edir - VİDEO // FOTO
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Başçısı Ağsuya göndərildi, problemlər isə qalır... - Lerikdə məmur qəbuluna düşmək nədən çətindir?
Azərbaycanda psixi problemləri olan nə qədər məmur, deputat var? - ABUTALIBOVUN DAVAMÇILARI...
Səlim Müslümovun Xətaidəki kadrı iş başındadır... - İTTİHAM
“Qaçqınkom” Bakıda binaları kimlər üçün tikir? - Qeyri-müəyyən məsələyə ziddiyyətli izahlar...
Əhmədzadənin Biləsuvardakı adamı köhnə ab-havadadır... - İLGİNC İDDİALAR...
“Prezident fərman verir, icra başçıları icra etmir” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Başlıq: Mədəniyyətin meşə sintezi və ya peşəsinə-tutduğu vəzifəsinə dəxli olmayan arxalı məmur
İsmayıllıda kütləvi narazılıq var - Rayonda məmur özbaşnalığı tüğyan edir
İsmayıllı səhiyyəsi direktor Vidadi Rəhimovun yarıtmaz fəaliyyəti
Sumqayıtda da HƏKİM HƏBSLƏRİ OLA BİLƏR... - Gedişat bunu göstərir...
Biləsuvarda başçı dəyişsə də, iş prinsipi dəyişməyib - Şəhid ailəsi məhkəməyə verildi
Ucar sakinindən məmura İTTİHAM - Müraciət...
Xəqani Cəbrayılovla bağlı ŞOK İDDİALAR... - İTTİHAM
“Bünövrəsinə mərmi düşmüş evə yamaq vurmaq istəyirlər” - Ağdamda NARAZILIQ
Sahil Babayev narazılıq yaratmaqda davam edir... - Özbaşınalıq...
Elşad Həsənov və Şair Alxasov da GEDİCİDİR... - Həbsləri belə mümkündür...
NÖVBƏSİNİ GÖZLƏYƏN FAZİL MƏMMƏDOV... - Sabiq nazirin də “xidmətlərinin” nəzərə alınmasının vaxtı çatıb
Hüseynbala Mirələmov MƏLUM VİDEOSUNDAN DANIŞDI -
Prezident icra başçısını işdən çıxartdı - SƏRƏNCAM
İşğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış minaların xəritələrinin Azərbaycana təhvil verilməməsi hərbi cinayətdir
İcra nümayəndələri müğənnini öldürtmək üçün qatil tutublar
Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
«    Май 2021    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏDƏNİYYƏT