Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!

  • 13-04-2021, 14:51
  • cemiyyet
  • Baxılıb17
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!


Oqtay Şirəliyev Səhiyyə naziri təyin ediləndən Azərbaycan səhiyyəsinin inkişafı dalana dirənib. Azərbaycan səhiyyəsinin acınacaqlı durumda olması barədə çox yazılıb. Koronavirus pandemiyası dövründə isə bu özünü daha açıq şəkildə biruzə verdi. Pandemiyanın hələ ilk günlərindən məlum oldu ki, Azərbaycan səhiyyəsi probemin qarşısında acizdir. Ötən gün yayılan bir məlumat da dediklətimizi təsdiq edir. Söhbət türkiyəli iş adamı Surur Aydının Azərbaycanda koronavirusa yoluxmasından gedir. Anaxeber.info yazır ki, Türkiyə KİV-inin yaydığı məlumata görə, iş adamı, toxum istehsalı və ixracı ilə məşğul olan Surur Aydın ixracla bağlı danışıqlar aparmaq üçün Azərbaycanda səfərdə olarkən Bakıda koronavirusa yaxalanıb. Gaziantepdə fəaliyyət göstərən şirkətin sahibi olan Aydın özünü pis hiss edib və Bakıdakı xəstəxanalardan birinə müraciət edərək test verib. Onun koronavirus testinin nəticəsi müsbət çıxıb. Surur Aydın Bakıda müalicə olunmaq istəməyib və müalicəsinin Türkiyədə aparılmasını istəyib. Türkiyə İxracatçılar Məclisinin başqanı İsmayıl Güllenin təşəbbüsü ilə onun ölkəsinə aparılması üçün Türkiyənin Səhiyyə Nazirliyi ambulans-təyyarə ayırıb. Təyyarə ilə Bakıdan Gaziantepə aparılan Surur Aydın orada xəstəxanaya yerləşdirilib. İş adamının Azərbaycanda koronavirusa yoluxması bir yana, onun ölkəmizin səhiyyəsinə etibar etməməsi utancverici haldır. Oqtay Şirəliyevin bu barədə düşünəcəyi inandırıcı görünmür. Amma ölkə rəhbərliyinin nəhayət, səhiyyə kimi məsuliyyətli sahəyə ciddi diqqət ayırmasının vaxtı çatıb. Yoxsa bu sahəyə məsul olanların yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan biabır olmaqda davam edəcək.
Anaxeber.info[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Lerik və Lənkaran rayonundan şikayyətlər səngimək bilmir..
“Rövnəq Abdullayev və onun dəstəsi yola salınacaq” – Ekspert
İnsan hüquqları müvəkkili niyə susur?
Eldar İlyasov: Prezident İlham Əliyevin liderliyi dünya ictimaiyyəti tərəfindən alqışlanır
Cənub meşələri talan olunur - FOTOLAR
Pənah Hüseynov ona dəymiş maddi və mənəvi zərərlərə görə təzminat tələb edir - VİDEO // FOTO
Ekologiyaya və təbiətə dəymiş ziyanın acı fəsadları - FOTOLAR
Başçısı Ağsuya göndərildi, problemlər isə qalır... - Lerikdə məmur qəbuluna düşmək nədən çətindir?
Azərbaycanda psixi problemləri olan nə qədər məmur, deputat var? - ABUTALIBOVUN DAVAMÇILARI...
Səlim Müslümovun Xətaidəki kadrı iş başındadır... - İTTİHAM
“Qaçqınkom” Bakıda binaları kimlər üçün tikir? - Qeyri-müəyyən məsələyə ziddiyyətli izahlar...
Əhmədzadənin Biləsuvardakı adamı köhnə ab-havadadır... - İLGİNC İDDİALAR...
“Prezident fərman verir, icra başçıları icra etmir” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
Başlıq: Mədəniyyətin meşə sintezi və ya peşəsinə-tutduğu vəzifəsinə dəxli olmayan arxalı məmur
İsmayıllıda kütləvi narazılıq var - Rayonda məmur özbaşnalığı tüğyan edir
İsmayıllı səhiyyəsi direktor Vidadi Rəhimovun yarıtmaz fəaliyyəti
Sumqayıtda da HƏKİM HƏBSLƏRİ OLA BİLƏR... - Gedişat bunu göstərir...
Biləsuvarda başçı dəyişsə də, iş prinsipi dəyişməyib - Şəhid ailəsi məhkəməyə verildi
Ucar sakinindən məmura İTTİHAM - Müraciət...
Xəqani Cəbrayılovla bağlı ŞOK İDDİALAR... - İTTİHAM
“Bünövrəsinə mərmi düşmüş evə yamaq vurmaq istəyirlər” - Ağdamda NARAZILIQ
Sahil Babayev narazılıq yaratmaqda davam edir... - Özbaşınalıq...
Elşad Həsənov və Şair Alxasov da GEDİCİDİR... - Həbsləri belə mümkündür...
NÖVBƏSİNİ GÖZLƏYƏN FAZİL MƏMMƏDOV... - Sabiq nazirin də “xidmətlərinin” nəzərə alınmasının vaxtı çatıb
Hüseynbala Mirələmov MƏLUM VİDEOSUNDAN DANIŞDI -
Prezident icra başçısını işdən çıxartdı - SƏRƏNCAM
İşğaldan azad edilmiş Azərbaycan torpaqlarına basdırılmış minaların xəritələrinin Azərbaycana təhvil verilməməsi hərbi cinayətdir
İcra nümayəndələri müğənnini öldürtmək üçün qatil tutublar
Sabah Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
«    Май 2021    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏDƏNİYYƏT