Qüdrətli Azərbaycan Qarabağı Dirçəldəcək!

  • 20-02-2021, 12:35
  • cemiyyet
  • Baxılıb145
Qüdrətli Azərbaycan Qarabağı Dirçəldəcək!


Azərbaycan müstəqilliyini ədə etdikdən sonra,qeyri-sabit daxili və xarici siyasətini normallaşdırmaqla dünya arenasında özünün müstəqil siyasətini nümayiş etdirmişdir. Azərbaycan xalqı şərəfli yol keçməklə uğurlara imza atmışdır.Lakin qarşıda duran ən böyük probem işğal altında olan torpaqlarımızın azad olunması idi. Uzun bir müddətdən sonra 2020-ci il xalqımızın salnaməsinə “Zəfər tarixi” kimi yazıldı. Müzəffər Ali Baş Komandanımızın qətiyyətli rəhbərliyi ilə xalqımız bir yumruq kimi birləşdi və rəşadətli ordumuz düşməni torpaqlarımızdan qovaraq Qarabağ problemini həll etdi. Bu proses Ali Baş Komandanımızın uzaqgörən siyasəti ilə güclü ordunun yaradılması və idarə olunması, xalqı bir yumruq kimi birləşdirməsi nəticəsində baş tutdu. Bu gün isə Qarabağın dirçəldilməsi dövrü başlayır. Qarabağı dirçəltmək üçün dövlətimiz planlı şəkildə ardıcıl işlərin görülməsinə start vermişdir. Dövlətimiz hər zaman öz vətəndaşlarının gələcəyini düşünür.Nəzərdə tutulan perspektiv layihələrin icra olunması üçün ilk növbədə ərazilərin mina və partlayıcı hərbi sursatlardan təmizlənməsinə,sonra isə azad olunmuş ərazilərin hər bir zonasına uyğun təbii resursları nəzərə almaqla onlardan səmərəli istifadə etmək üçün münbit şəraitin yaradılması,kənd təsərrüfatının müvafiq sahələrinin inkişaf etdirilməsi nəzərdə tutulur. Geniş miqyaslı layihələri həyata keçirmək üçün enerji mənbələrini qurmaq və idarə etmək lazımdır.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Fizuli, Zəngilan, Laçın və Cəbrayıl bölgələrinə səfərləri zamanı çıxışlarında azad olunmuş ərazilərin “Yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirmişdir. Belə ki, bu torpaqlarda su, günəş, külək enerjisindən istifadə olunacaqdır. Prezident İlham Əliyev:Azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaq. Zəngilan rayonunda həyata keçiriləcək birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpa olunan enerji ilə təchiz ediləcəkdir. Quruculuq işlərinin yüksək səviyyədə ,sürətlə,vaxtında yerinə yetirilməsi üçün investisiyaların cəlb olunması vacib məsələdir.”Yaşıl enerji”nin inkişafı bu baxımdan əsas istiqamətlərdən biridir. Biz inanırıq ki, cənab prezidentimiz İlham Əliyevin apardığı düzgün siyasət nəticəsində bərpa və quruculuq işləri planlı şəkildə yerinə yetiriləcəkdir. Qarabağın resurslarının səmərəli istfadəsi nəticəsində ölkə iqtisadiyyatına uğurlu töhfələr veriləcəkdir və Azərbaycan daha da qüdrətli dövlətə çeriləcəkdir.

Xalqımızın dövlətimizin ətrafında sıx birləşməsi uğurların açarıdır.Biz birlikdə güclü oluruq.Birliyimiz Qarabağın dirçəlməsi yolunda böyük uğurlar qazanılmasına yol açacaqdır.Azərbaycan güclənəcək və qüdrətli Azərbaycan Qarabağı dirçəldəcək!

Salyan rayon “Ziyalılar birliyi”nin sədri

Respublikanın əməkdar müəllimi Allahverdi Piriyev[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Ağsu Yol Patrul Xidməti haqqında böhtan yazanlara Tutarlı cavab
Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi
HİRKAN Milli Parkının başı dərddədir
Lerik meşələri quldurların əsarətində can verir - VİDEO+FOTO
Ulu öndər Heydər Əliyevin müdriklikliyi, qətiyyətli siyasəti nəticəsində Dövlət çevrilişi cəhdinin qarşısı alındı
1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu
Azərbaycan ordusu dünyaya örnəkdir
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir
Sabah hava necə olacaq?
İlham Əliyev: “Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb”
Prezidentin təməlini qoyduğu yol Hadrutu Cəbrayıl ilə birləşdirəcək
Prezident: “Keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilib”
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
Prezident: “Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb”
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında - TAM MƏTN
Prezident Hadrutda Azərbaycan bayrağını qaldırıb
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar - CANLI YAYIM
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO
Əli Əsədov:
Toyların keçirilmə qaydası ilə bağlı daha bir AÇIQLAMA
Baş nazir Milli Məclisdə hesabat verir
DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur
Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ
Rayonlara gedənlərin nəzərinə:
Tanınmış futbolçu zavodda işə başladı
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏDƏNİYYƏT