Biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik

  • 20-02-2021, 12:34
  • cemiyyet
  • Baxılıb187
Biz döyüş meydanında Qələbə qazandıq, torpaqları vuruşaraq işğalçılardan azad etdik




Möhtərəm cənab prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2020-ci il noyabrın 16 dan başlayaraq işğaldan azad olunmuş rayonlara səfərləri davam etməkdədir. Noyabrın-16 da Füzuli və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində cənab prezidentimiz Füzuli – Şuşa avtomobil yolunun təməlinin qoyulmasından bəhs edərək bildirmişdir ki, bu yol bizi əziz Şuşamıza aparacaq. 2020-ci il noyabrın 23-də cənab prezident və birinci xanım Mehriban xanım Əliyeva Ağdam şəhərinə səfər etmişdilər. Ağdam məscidini ziyarət edərək, prezident Məkkədən gətirdiyi Qurani-Kərim kitabını məscidə təqdim etmişdir. 2020-ci il dekabrın 23-də cənab prezident və Mehriban xanım Əliyeva Zəngilan rayonunda olmuş, barbar düşmənin bu ərazidəki vandalizminin canlı şahidi olmuşlar. 2021-ci il yanvarın 14-də Şuşaya səfəri çərçivəsində cənab prezident və Mehriban xanım Əliyeva Əhmədbəyli-Füzuli-Şuşa yolunun, hava limanın təməl qoyma mərasimində iştirak etmişlər. 2021-ci il fevralın 16-da 28 illik həsrətdən sonra cənab prezident və Mehriban xanım Əliyeva Laçın torpağına səfər etmişdilər. Prezident İlham Əliyev bildirmişdir ki,”işğaldan azad olunmuş ərazilərimizin o cümlədən Qarabağın tacı olan Şuşamızın hər bir məhəlləsi, küçəsi, divarı, daşı tarixdir. Bu ərazilərimizdə qədimliklə müasirliyin vəhdəti qorunacaqdır.Bərpa işlərinin aparılmasında xarici mütəxəsisilərin də cəlb olunacağını prezidentimiz vurğulamışdır.

Azərbaycan Xalq cəbhəsinin 1992-1993-cü illərdə hakimiyyət çəkişmələri, düzgün idarəetmənin olmaması ölkəmizin müdafiə qabiliyyətini zəiflətdi. 1992-ci il 8 mayda Şuşanın,18 mayda Laçının itirilməsinə səbəb oldu. Bununla da mənfur düşmənlərimiz Qarabağa nəzarəti tam ələ aldılar. O zamanki xain və satqın rəhbərlərimizin səhvləri ucbatından 28 il idi ki, Qarabağda tarixi ədalətsizlik hökm sürürdü. Biz haqq ədaləti 44 gün ərzində ali baş komandanımız başda olmaqla dünyaya örnək olan ordumuz və igidlərimizin qanı,canı hesabına bərpa etdik.Torpaqlarımıza qayıdaraq dövlət sərhədlərimizi bərpa etməklə ən böyük zəfərə nail olduq. Dünyada neft qaz ölkəsi, mötəbər idman yarışlarına ev sahibliyi edən, mədəniyyət beşiyi kimi tanınan ölkəmiz 44 günlük müharibə zamanı öz torpaqlarını döyüş meydanında öz güclü ordusu ilə geri qaytaran, zəfər çalan ölkə kimi tanındı.Qalib ölkənin vətəndaşı olaraq ölkəmizlə fəxr edirik. Tarixi qələbə qazanaraq düşmənə diz çökdürdük, məcbur etdik ki, 3 rayonu –Kəlbəcər, Ağdam, Laçın rayonlarını özləri könüllü olaraq qaytardılar. Ermənistan bu məğlubiyyəti hələ də həzm edə bilmir, müəyyən təxribatlara əl atır. Bu Azərbaycan xalqını heç də qorxutmur. Çünki xalq,ordu,prezident dəmir yumruq olaraq birləşib düşmənə sarsıdıcı zərbələr vurub,hər zaman da düşmən təxribatlarının, revanşist qüvvələrin hədələrinə layiqli cavab verməyə hazırıq.

Yaşasın Güclü Sərkərdəmiz!

Yaşasın Müzəffər Ordumuz!

Qarabağ Azərbaycandır!

Salyan şəhər 2 saylı tam orta məktəbin tarix müəlliməsi Aynur Hüseynova
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Ağsu Yol Patrul Xidməti haqqında böhtan yazanlara Tutarlı cavab
Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi
HİRKAN Milli Parkının başı dərddədir
Lerik meşələri quldurların əsarətində can verir - VİDEO+FOTO
Ulu öndər Heydər Əliyevin müdriklikliyi, qətiyyətli siyasəti nəticəsində Dövlət çevrilişi cəhdinin qarşısı alındı
1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu
Azərbaycan ordusu dünyaya örnəkdir
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir
Sabah hava necə olacaq?
İlham Əliyev: “Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb”
Prezidentin təməlini qoyduğu yol Hadrutu Cəbrayıl ilə birləşdirəcək
Prezident: “Keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilib”
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
Prezident: “Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb”
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında - TAM MƏTN
Prezident Hadrutda Azərbaycan bayrağını qaldırıb
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar - CANLI YAYIM
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO
Əli Əsədov:
Toyların keçirilmə qaydası ilə bağlı daha bir AÇIQLAMA
Baş nazir Milli Məclisdə hesabat verir
DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur
Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ
Rayonlara gedənlərin nəzərinə:
Tanınmış futbolçu zavodda işə başladı
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏDƏNİYYƏT