Torpaqların bərpası prosesi başlanıb

  • 20-02-2021, 12:33
  • cemiyyet
  • Baxılıb186
Torpaqların bərpası prosesi başlanıb



Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən canlandırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub. Təsadüfi deyil ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri məhz bu ərazilərdəki real vəziyyəti görüb qiymətləndirmək, yenidənqurma işləri ilə bağlı lazımi tədbirləri görmək məqsədilə baş tutmuşdur.

Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncam və göstərişləri ilə artıq işğaldan azad edilmiş ərazilərdə ilk zəruri bərpa işlərinə başlanıb. Dövlət başçısının dediyi kimi: “Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq-cəmi 44 gün ərzində-bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”. Qarabağın bərpası dövlətimizin başçısının “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında sərəncamı ilə müəyyənləşdirilən əsas hədəflər sırasında xüsusi yer alıb. Belə ki, növbəti 10 il üzrə inkişafımızın bundan sonrakı mərhələsi üçün yol xəritəsi sayılan bu sənədə görə, beş prioritetdən birində məhz düşməndən təmizlənən ərazilərə əhalinin qayıdışının daha intensiv formada reallaşdırılması, məskunlaşmanın dayanaqlığı və nəhayət, məskunlaşmış ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası nəzərdə tutulub. Bərpa işləri arasında elektrik enerjisinin xüsusi yer tutur, Prezident İlham Əliyev səfər zamanı sözügedən məsələyə xüsusi diqqət yetirildiyini deyərək bildirmişdir ki, ilk növbədə Şuşa şəhərini elektrik enerjisi ilə təchiz etmək üçün əməli addımlar atılır və birinci mərhələ başa çatıb və Şuşanı dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də yüksəkgərginlikli xətlər çəkir və şəhərdə elektrik yarımstansiyası inşa edir. Dövlət başçımız Güləbird kəndində Su Elektrik Stansiyasının açılışı zamanı bildirdi ki, işğaldan azad edilmiş rayonlarda “yaşıl enerji” zonasının yaradılması məqsədilə ilkin olaraq pilot layihələr qismində bəzi yerlərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının da tətbiqi baş tutacaq. Azad edilmiş ərazilərdə reallaşdırılacaq “ağıllı şəhər”, “ağıllı kənd” layihəsi ilk növbədə, dünyada baş verən qlobal çağrışlara cavab verəcək. Qarabağ regionu texnoloji investisiyalar üçün maraq mərkəzinə çevriləcək, həm də digər regionlarımızda ağıllı şəhər-kənd texnologiyalarının tətbiqi üçün təcrübə rolunu oynayacaq. Azad edilmiş torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq sürətlə inkişaf edəcək. Bu günə qədər suvarılmayan 100 min hektar torpaq sahələrinə su veriləcək. Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi daha sürətlə inkişaf edəcək, məhsuldarlıq artacaq. Qısa müddət ərzində bütün imkanlar, texnika, işçi qüvvəsi səfərbər edilib və 7 min hektarda əkin işləri aparılıb. Terrorçuluğun sahəsi, yaşı, dini, irqi, ünvanlanmış obyekti olmur. İşğalçı rejim Azərbaycana qarşı ekoloji terror törətmişdir. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Lakin qələbədən qısa müddət keçməsinə baxmayaraq ekoloji bərpa işləri də tez bir zamanda start götürüb. Artıq Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” kəlamı gerçəkləşdi! Bu Günəş ən soyuq yerdə, ən sazaq günlərdə də bizi isidəcək, bizi yeni zəfərlərə, qalibiyyətlərə səsləyəcək! Əkəcək, becərəcək, suvaracaq, yetişdirəcək, toxuyacaq, istehsal edəcəyik... Bir sözlə, gül-gülüstana çevirəcəyik el obalarımızı

Var ol Müzəffər ordumuz!

Minnətdarıq, cənab Ali Baş komandan!

Ruhunuza ehtiramımız əbədidir, əziz şəhidlərimiz

Salyan Dövlət Statistika İdarəsinin rəisi: Hüseynov Elnur
[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
Sabirabad sakinini KİMLƏR HƏDƏLƏYİR? - GİLEY
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir? - FAKT BUDUR!
Ərəb turistlər Azərbaycanda 50 min dollar rüşvəti hansı məmura verib… - İLGİNC FAKTLAR
Sahil Babayevə cinayət işi açılmalıdır – “Nə ixtiyarın var ki, insanların pensiyasını kəsirsən?”
Azad Rəhimovun qudası necə polkovnik oldu? - Gəncənin şefi ilə bağlı iddialar...
Ağsu Yol Patrul Xidməti haqqında böhtan yazanlara Tutarlı cavab
Şəki məhkəməsi rüşvət umdu, jurnalistin iddiasini haqqsiz olaraq təmin etmədi
HİRKAN Milli Parkının başı dərddədir
Lerik meşələri quldurların əsarətində can verir - VİDEO+FOTO
Ulu öndər Heydər Əliyevin müdriklikliyi, qətiyyətli siyasəti nəticəsində Dövlət çevrilişi cəhdinin qarşısı alındı
1995-ci ilin mart hadisələri müstəqilliyimizə qəsd edənlər üçün ibrətamiz bir dərs oldu
Azərbaycan ordusu dünyaya örnəkdir
Qalib Azərbaycan ordusunun Ali Baş Komandanı Cənab İlham Əliyev Azərbaycan tarixində şərəf və ləyaqətin rəmzidir
Sabah hava necə olacaq?
İlham Əliyev: “Azad edilmiş torpaqlarda 67 məscid var idi, cəmi ikisi qalıb”
Prezidentin təməlini qoyduğu yol Hadrutu Cəbrayıl ilə birləşdirəcək
Prezident: “Keçmiş Hadrut rayonu işğalçılardan tam azad edilib”
İlham Əliyev Hadrutun necə azad edildiyini AÇIQLADI
Prezident: “Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmayıb”
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında - TAM MƏTN
Prezident Hadrutda Azərbaycan bayrağını qaldırıb
İlham Əliyev və Mehriban Əliyeva Füzuli və Xocavənd rayonlarında olublar - CANLI YAYIM
Sabiq məmur Sərxan Babayev Türkiyədə yeni şirkət açdı – 24 milyonluq yatırım
Binəqədi İcra Hakimiyyətinin məsul işçisinin yalanları ifşa olundu - VİDEO
Əli Əsədov:
Toyların keçirilmə qaydası ilə bağlı daha bir AÇIQLAMA
Baş nazir Milli Məclisdə hesabat verir
DİN əməkdaşlarına vaksinin ikinci dozası vurulur
Dəm qazından 21 nəfər zəhərlənib - RƏSMİ
Rayonlara gedənlərin nəzərinə:
Tanınmış futbolçu zavodda işə başladı
«    Апрель 2021    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏDƏNİYYƏT