DSMF-nin keçmiş vəzifəli şəxslərinə cinayət işi açıldı

  • 22-01-2021, 11:53
  • cemiyyet
  • Baxılıb15
DSMF-nin keçmiş vəzifəli şəxslərinə cinayət işi açıldı


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) vəzifəli şəxsinin qanunsuz hərəkətləri barədə daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, aparılmış istintaqla müəyyən edilmişdir ki, DSMF-nin Qusar rayon şöbəsində vəfat etmiş və digər səbəblərə görə kart hesabları bağlanılmamış pensiyaçıların, habelə, əvvəlki dövrlərdə ailə başçısını itirmə növünə görə təyin olunmuş pensiya işləri üzrə ödəniş müddəti bitmiş vətəndaşların, eləcə də yaşlı və xəstə olmaları səbəbindən pensiyalarını bankomat vasitəsi ilə nağdlaşdıra bilməyən cəmi 47 vətəndaşın plastik kartlarına əsassız olaraq ümumilikdə 480 min manat pul vəsaiti köçürülərək ələ keçirilib.

Toplanmış sübutlarla cinayət hadisəsinin baş verdiyi dövrdə DSMF-nin Qusar rayon şöbəsinin müdirləri işləmiş Arif Tahirov və Azər Cəbrayılov, həmin şöbənin Mühasibat uçotu sektorunun müdiri vəzifəsində işləmiş Mətanət Əhmədova, habelə Qusar rayonu, Gündüzqala Poçt şöbəsinin müdiri vəzifəsində işləmiş Nasir Abdullayev Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində polisin nəzarəti altına vermə və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq zamanı vurulmuş ziyanın 268 min manat məbləğində olan hissəsinin ödənilməsi təmin edilib.[xfgiven_video][/xfgiven_video][xfgiven_video2][/xfgiven_video2]
Oxşar xəbərlər
SABİQ PROKUROR PREZİDENTƏ MÜRACİƏT ETDİ!!!
Vətəndaşlar yenidən hərbi təlimlərə çağırılır? - RƏSMİ AÇIQLAMA
Prezident İlham Əliyev hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
BMT-nin sifarişi ilə aparılan araşdırma: Ermənilər Qarabağa qayıtmaq istəmirlər
“Haber Global” Qarabağa böyük qayıdış haqqında süjet hazırlayıb - VİDEO
RED BULL şirkəti iflasa uğrayıb?- Şirkət böhrandan çıxmaq üçün satışa çıxarılıb ?
Tural Abbaslıdan “Proqress 2016” MTK rəhbərinə ağır ittiham: Şəhidin evini satıb – Video
Yeni Suraxanıda,neft quyularının üstündə tikinti aparmağa kim icazə verib?
Rektor Mustafa Babanlının imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır?
Ağstafanın başçısı postunda çox qalmayacaq... - Belə görünür...
Səlim Müslümov əlillərin sayını necə artırıb? – Dövlətə milyonlarla ziyan vuran maxinasiyanın izi ilə...
Talan edilən Lerik meşələrinin acınacaqlı durumu - VİDEO
““Araz“ marketlər şəbəkəsində süni qiymət artımı... - Möhtəkirlik...
80 gündür komada qalan QAZİMİZİN HƏMKƏNDLİLƏRİ TOVUZDA AYAĞA QALXDI -
“Qubada həkimlər əlillərlə qeyri-insani davranır” - NARAZILIQ!
Gədəbəydə NƏ BAŞ VERİR? - QALMAQAL
Nə rektor, nə də nazir əsgərimizə kömək etmirlər... - Prezidentə müraciət olundu
Saatlıda keçmiş başçının həbsi tələb olunur - Rayonu dağıdıb...
FHN şefinin
İcra başçısı işğaldan azad olunan kəndinə sərxoş vəziyyətdə gedib? - İDDİA
“Saloğlu” qanunları saymır
İlham Əliyev: “İyulda Ermənistan ərazisinə keçsəydik, əgər mən o vaxt ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola bilərdi”
Prezident:
Azad edilən ərazilərdə “ağıllı şəhərlər” və “ağıllı kəndlər” sisteminin yaradılmasına başlanılıb
Əsir düşən zabitimizin atasından ürəkdağlayan müraciət - VİDEO
«    Март 2021    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏDƏNİYYƏT