Şəhid Əlizadə Pərvinin Cənnətdəki doğum günü qeyd olundu » Regionxeber.tv

Şəhid Əlizadə Pərvinin Cənnətdəki doğum günü qeyd olundu

Şəhid Əlizadə Pərvinin Cənnətdəki doğum günü qeyd olundu


Şəhid Əlizadə Pərvin Vüqar oğlu 1993-ci il sentyabırın 11-də Bərdə rayon Qazaxlar kəndində anadan olmuşdur Əslən Laçın rayonunun Minkənd kəndindən idi. Nişanlı idi Pərvin Əlizadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. "Laçın Kikboksinq Klubu"nun idmançısı idi. Tbilisi şəhərində keçirilən yarışda Zaqafqaziya çempionu, dəfələrlə respublika çempionatının və birinciliklərinin mükafatçısı olmuşdur. Müxtəlif Fəxri fərmanlarla təltif olunub. İdman hakimi idi.
Həqiqi hərbi xidmətini Fövqalədə Hallar nazirliyində keçib. Azərbaycan Ordusunun leytenantı olan Pərvin Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Pərvin Əlizadə 2020-ci il oktyabrın 20-də Ağdərə istiqamətindəki "Tülkü dərəsi" deyilən yerdə 703 saylı hərbi hissənin 5-ci bölüyünün 12-ci postunda şəhid olmuşdur Cənnətdəki 2-ci Mövludun Mübarək Şəhidim


Şəhid Əlizadə Pərvinin Cənnətdəki doğum günü qeyd olunduŞəhid Əlizadə Pərvinin Cənnətdəki doğum günü qeyd olunduŞəhid Əlizadə Pərvinin Cənnətdəki doğum günü qeyd olunduŞəhid Əlizadə Pərvinin Cənnətdəki doğum günü qeyd olunduŞəhid Əlizadə Pərvinin Cənnətdəki doğum günü qeyd olundu