Nahid Bağırov İsmayıllı rayon sakinini ÖLÜMLƏ üz-üzə qoyub - DƏHŞƏT - VİDEO+FOTO » Regionxeber.tv

Nahid Bağırov İsmayıllı rayon sakinini ÖLÜMLƏ üz-üzə qoyub - DƏHŞƏT - VİDEO+FOTO

İsmayıllı rayonu Mollaisaqlı kənd sakini 1955-ci il təvəllüdlü Bağıyeva İzafət Qorxmaz qızı tərəfindən

Ə R İ Z Ə

Hörmətli cənab Prezident! Yazaraq bildirmək istəyirəm ki, təxminən 3 il müddətdir yaşadığım ev qəzalı vəziyyətdədir. Divarlar ovxalanıb parçam-parçadır, üst örtüyündə aşsüzən kimi dəliklər olduğuna görə yağan qar və yağış otaqlara dolur, tavan çürüyüb döşəməyə tökülür. Tez-tez ilan və digər zərərli həşəratlar otaqlara girir. Bəzən qorxudan evi tərk edərək qonşularda gecələyirəm. Dəfələrlə İsmayıllı Rayon İcra Hakimiyyətinə müraciət etmişəm. Hətta icra başçısı Nahid Bağırovun da qəbulunda olmuşam. Məsələ ilə əlaqədar ötən il Arxitektura və Memarlıq şöbəsindən gələrək video çəkilişlə evə baxış keçirmişdilər. Bunun da heç bir nəticəsi olmadı. Daha sonra Mehriban xanım Əliyevaya da yazılı ərizə ünvanladım. Mehriban xanımdan gələn müəyyən göstəriş də İsmayıllı Rayon İcra Hakimiyyətində icra olunmadı. Olduqca çarəsiz durumdayam. Özüm də xəstəyəm, yüksək təziqlə yaşayıram, eyni zamanda şəkərli diabet xəstəliyindən əziyyət çəkirəm. Yüksək şəkər səbəbilə sağ ayağım işləmir. Həyat yoldaşım 2013-cü ildə vəfat edib. 3 qızım var, onlar da ailəlidir, tək yaşayıram. Gündəlik təlabatları və müalicəmi qocalıq pensiyası ilə qarşılamağa çalışıram. Başqa heç yerdən maddi gəlirim yoxdur.
Sizdən çox xahiş edirəm, yaşadığım evin həyətində kiçik və təhlükəsiz bir daxma tikilməsinə köməklik göstərəsiniz. Doğrusu hazırda yaşadığım və ev adlandırdığım bu yer köhnə tikilidir deyə istismar müddətini başa vurub. Ümid edirəm ki, çarəsizliyimi və kimsəsizliyimi nəzərə alaraq əlinizdən gələn yardımı edəcəksiniz. Sizə çox təşəkkürümü bildirirəm.

İmza: İ. Bağıyeva

Tel: 0559820562