Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı » Regionxeber.tv

Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı

Ekologiya oğrusu elə  bağırdı,  dorğunun bağrı yarıldı





Azerinfo.az informasiya agentliyi xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov mədəniyyətdən kənar kadrları haradan tapıb ekologiya sahəsinə rəis vəzifəsinə təyin etdirir və həmin kadrlar da utanmadan deyir ki, bizim arxamızda Vüqar müəllim durub və siz mənə heç nə edə bilməzsiniz.

Həmin üzdəniraq, əxlaqdan kənar və mədəniyyət görməmiş kadırlarından biri də 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Şakir Quliyevdir.
Bu şəxsin ekologiya sahəsində elədiyi cinayətləri dəfələrlə xəbər portallarımızda fakt və sübutlarla işıqlandırmışıq, amma buna baxmayaraq bu rəzil, dırnaq arası ekoloq yenə də elədiyi çirkin əməllərdən əl çəkmək istəmir.

30.07.2022-ci il tarixdə Şakir Quliyev əməkdaşımızla rastlaşıb və ona hədə-qorxu gəlməyə başlayıb, onun barəsində xəbər portallarında yazan jurnalistləri gobud ifadələrlə vəzifəsinə yaraşmayan nalayiq sözlərlə söymüş , üstəlik bizi də prokuraturaya verəcəyi ilə hədələmişdir. Yəni, bizə ona görə hədə qorxu-gəlir ki, biz ekologiya və o cümlədən də meşə sahəsində olan nöqsan və soyqırımları çəkib xəbər prortallarımızda işığlandırmayaq.

Vüqar Kərimov, sənin ekologiya sahəsinə təyin etdirdiyin bəzi quldurlar özlərin rekert və həbsxanada yatıb-çıxmış "vorzakonlar" kimi aparırlar.

Artıq yetər, bəsdir sənin cinayətkar dəstən sənə arxayın olub belə hərəkətlərə yol verirlər.

Sizə məsləhət görürük ki, belə mədəniyyətdən kənar insanları rəis təyin etdirən də heç olmasa onların psixoloji durumun bir test etdirib yoxlatdırıb sonra isə vəzifəyə təyin etdirin.

Qarşı tərəfi dinləməyə hazırıq