Masallıda saxta bülleten açan həkimin dedikləri yalan çıxdı » Regionxeber.tv

Masallıda saxta bülleten açan həkimin dedikləri yalan çıxdı

Masallıda saxta bülleten açan həkimin dedikləri yalan çıxdı


Bir neçə gün öncə Türkdünyası.az xəbər portalında Masallı Regional Ağciyər Xəstəlikləri Xəstəxanasının müdiri Nəbiyev Mirrəhim Yardımlı rayon Bərcan kənd sakini Adıyev Məhəmməd Balamır oğluna 20.04.2022-ci il tarixdə bülleten açılması barədə xəbər yayımlamışdıq.

Sözügedən xəbər yayımlanandan sonra əməkdaşımız Mirrəhim Nəbiyevə zəng vuraraq onun mövqeyin öyrənməyə çalışmışdır.

Əmıkdaşımıza "Biz Məhəmməd Adıyev müayinə etdik, amma bülleten açmadıq və ona bildirdik ki, get işlədiyin yerdən sənət gətir ki, həqiqətən də orada çalışırsan. Hətta prokurorluq da bülleten məsələsini araşdırıb və bülleten açılmayıb", -deyə Mirrəhim Nəbiyev bildirib.



Amma sən demə Məhəmməd Adıyevə Mirrəhim Nəbiyev 20.04.2022-ci ildən 20.05.2022-ci il tarixdə kimi bülleten açıb. Və sözü gedən bülleten Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinə da təqdim olunub.

P.S. Məhəmməd Adıyev Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliyinin meşəbəyisi işləyib. M.Adıyev işlədiyi dövrdə 100 hektara yaxın əkin və aqrobağları batırıb, 20.000 manatdan çox qırıntıya görə cəriməsi olub və hələ də ödənilməyib. Adıyev məsuliyyətdən yayınmaq üçün fevral 2022-ci il tarixdən müxtəlif xəstəxanalarda özün yayındırmaqla bülleten açdırır.

Qarşı tərəfi dinləməyə hazırıq.


Masallıda saxta bülleten açan həkimin dedikləri yalan çıxdı
Masallıda saxta bülleten açan həkimin dedikləri yalan çıxdı