Masallıda dövlət meşə fondu zəbtləri » Regionxeber.tv

Masallıda dövlət meşə fondu zəbtləri

Masallıda dövlət meşə fondu zəbtləri




Azinfo.tv xəbər portalına Cəlilabad rayon Ağdaş kənd sakini Nəhmətov Əli Əhməd oğlunu verdiyi məlumata görə, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Masalıı meşəbəyliyinin 18 saylı meşə zolağında bir neçə ərazinı Mərkəzin baş meşəbəyisi Faiq Əmişov və baş mühafizə mühəndisi Abturab Bağırov satıb. Orada maşın qaraçı, qaynağçı sexi, kafe və s. açılıb.

"Xahiş edirik aidiyyatı orqanlar bu işə qarışıb tədbir görsün"-deyə şikayətçi qeyd edir.

Qarşı tərəfi dinləməyə hazırıq.

Masallıda dövlət meşə fondu zəbtləri


Baş prokurorluğun məlumatı
Bəzi sosial media səhifələrində Yardımlı rayonunu ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı yayılmış məlumatlar üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılmışdır.
Aparılmış araşdırmalarla, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin vəzifəli şəxsləri tərəfindən Yardımlı rayonu ərazisində bioloji inkişafda olmuş meşə fonduna daxil olan ümumilikdə 172 ədəd müxtəlif cinsli və diametrli ağacların qanunsuz kəsilməsi nəticəsində dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olan 30 min 643 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilmişdir.
Fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə) və 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) maddələri ilə cinayət işi başlanılaraq istintaqın davam etdirilməsi Yardımlı rayon prokurorluğuna tapşırılmışdır.