Şok! Masallıda həkim saxta "büllüten" verdi » Regionxeber.tv

Şok! Masallıda həkim saxta "büllüten" verdi

Şok! Masallıda həkim saxta "büllüten" verdi


Türkdünyası.az xəbər portalına verilən məlumat da bildirilir ki, Masallı Regional Ağciyər Xəstəlikləri Xəstəxanasının müdiri Nəbiyev Mirrəhim Yardımlı rayon Bərcan kənd sakini Adıyev Məhəmməd Balamır oğlunu 20.04.2022-ci il tarixdə büllütenə çıxardmışdır.

Bizə çatan məlumatlarda bildirilir ki, M.Adıyev bir müddət öncə Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 1 saylı meşəbəyliklərin meşəbəyisi vəzifəsində çalışıb və işində törətdiyi cinayətlərə (Meşə qırıntılarına) görə yanvar 2022-ci il tarixdən özünü müxtəlif xəstəliklərə vuraraq Yardımlı Mərkəzi Xəstəxanasında işdən yayınmaq üçün büllütenə çıxmışdır.

Deyilənə görə, Məhəmmədin işdən yayındığı üçün büllütenə çıxdığından xəbər tutan sözügedən xəstəxana müdiri, onun bülletenin vaxtını artırmamış və bu səbəbdən Məhəmməd Adıyev "qara yollar"la Masallı Regional Ağciyər Xəstəlikləri Xəstəxanasına yol tapmışdır.
Aldığımız məlumata görə Məhəmməd Adıyev hazırda sağlamdır, kənddə evlərində oturub və ara da bir meşələri də seyr edir və 28.04 2022-ci il tarixdə Meşələrin İnkişafı Xidməti Tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam da verilmişdir.


Qarşı tərəfin mövqeyin dinləməyə hazırıq.


Şok! Masallıda həkim saxta "büllüten" verdi