Muxtar Babayevin nəzərinə: cənub ekologiyası artıq çöküb » Regionxeber.tv

Muxtar Babayevin nəzərinə: cənub ekologiyası artıq çöküb

Muxtar Babayevin nəzərinə: cənub ekologiyası artıq çöküb


Redaksiyamıza Lerik sakinlərinin göndərdiyi məlum görə, Lənkəran-Lerik çay yatağlarında olan qum və qrabillər 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər Idarəsinin rəisi Şakir Quliyev tərəfindən qazılaraq daşınır. "Biz bu barədə dəfələrlə aidiyyatı orqanlara şikayət ünvanlamaşıq, amma çox təəssüflər olsun ki, bizim şikayətimizə bu günə kimi hələ də baxılmır. Şakir Quliyevin arxasında Ekologiya nazirinin müavini Vüqar Kərimov durduğu üçün, Şakir müəllim bizə bildirir ki, sizin mənə gücünüz çatmaz. Bundan əlavə 21-ci km- dən "Təbəssüm" istirahət mərkəzinə kimi meşə əraziləri çay boyu zibil tullantıları ilə doludur.
Şakir müəllim bəzən gəlib meşəlik ərazilərdə olan zaman, o zibillikləri öz gözləri görür və onların içində belə gəzir, amma sanki, özünü görməməzlə vurur",-deyə şikayətçilər qeyd edir.
Şikayətçilər cənab Prezidentdən kömək istəyirlər.

P.S. Tək Lənkəran-Lerik çay yatağları yox, Masalıı və respublikanın digər çay yatağları da bu gün ki, gün qazılmağdadır.

Qarşı tərəfi dinləməyə hazırıq.